Bazar günü günü, 08 noyabr 2026
     

Bəzi universitetlərin pedaqoji ixtisaslarına qəbul dayandırılacaq(?)

Image


İlqar Orucov: "Pedaqoji ixtisaslar üzrə də qiyabi təhsil yığışdırılmalıdır"

Azərbaycanda bir sıra universitetlərdə qiyabi ixtisaslar ləğv edilib. Yerli medianın verdiyi məlumata görə, 15-ə yaxın universitetdə qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq.

Belə ki, 2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Milli Aviasiya Akademiyasında, Naxçıvan Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində, Sumqayıt Dövlət Universitetində, Mingəçevir Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində, Azərbaycan Kooperasiya Universitetində əsasən mühəndisliklə bağlı ixtisaslarında (geologiya, qida, sənaye, neft-qaz, elektrik, maşın, metallurgiya və sair) qiyabi təhsilalma forması olmayacaq.

Həmçinin BDU-da kompüter elmləri ixtisasında da qiyabi formaya qəbul mümkün olmayacaq.

Maraqlıdır ki, siyahıda ali məktəblərin pedaqoji ixtisaslarına rast gəlinmir. Halbuki, bu sahədə də qiyabi təhsilin ləğv edilməsinin tərəfdarı olanlar var. Bu fikirdə olanlar qeyd edirlər ki, son dövrlər daha çox sayda müəllim iş yerini itirir, ali təhsilli müəllimlər işsiz qalır, bu gün ölkədə böyük bir işsiz müəllim ordusu var. Eyni zamanda Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarının, sertifikasiyaların keçirilməsi nəticəsində saysız müəllimin iş yerini itirdiyi məlumdur. Sertifikasiya imtahanı keçirib müəllimləri ixtisara salmaqla bərabər (bu sahədə müəllim çoxdursa), pedaqoji ixtisaslarda həm   qəbul sayını azaltmaq, həm də qiyabi təhsili ləğv etmək lazımdır. Bir halda ki, pedaqoji sahəni bitirib işsiz qalır, onda nə üçün gedib o ixtisas üzrə oxumalıdır ki? Siyahıya pedaqoji ixtisasların da əlavə edilməli olduğunu deyən ekspertlər sual edirlər ki, qiyabi pedaqoji ixtisaslar niyə ixtisara salınmır? Ekspertlərə görə, müəllimin hörmətinin qalxması üçün bu üsuldan istifadə etmək lazımdır. Bu adamlar zamanında başqa ixtisaslar seçərlər ki,  əlində diplom ortada qalmasınlar. 

"Azərbaycanda qiyabi təhsil forması bütövlükdə ləğv olunmalıdır" 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov "Bakı-Xəbər"ə şərhində "Ümumiyyətlə fikirləşirəm ki, pedaqoji ixtisaslar da daxil olmaqla, bütün ixtisaslar üzrə qiyabi təhsil ləğv olunmalıdır. Çünki pedaqoji və qeyri-poedoqoji ixtisaslarda qiyabi təhsilin aparılması keyfiyyətsiz diplomluların cəmiyyətdə yer almasına gətirib çıxara bilər. Eyni zamanda universitet onlara güzəştlər etməyə məcbur qalır. Bu baxımdan hesab edirəm ki, həmçinin ölkədə pedaqoji ixtisaslar üzrə də qiyabi təhsil yığışdırılmalıdır. Ölkə ali məktəblərində qiyabi təhsilin ləğv edilməsinin tərəfdarıyam. Düşünürəm ki, qiyabi təhsil gələcəkdə yerini distant və yaxud hibrid təhsilə verməlidir. Baxmayaraq ki, qanunvericilikdə distant və hibrid təhsil yer almayıb, bu halda ümumilikdə qiyabi təhsilin də təhsil forması olaraq ölkədə ləğv olunması, fikrimcə, faydalı olar"-deyə bildirdi. 

İ.Orucov qeyd etdi ki, 2024-2025-ci tədris ilində 15-ə yaxın universitetdə qiyabi ixtisislarda tələbə qəbulunun aparılmaması müsbət haldır: "Qiyabi təhsilin ləğv olunması zaman-zaman gündəmdə olub. Xatırlayıram, təxminən 2010-cu ildən başlayaraq təhsil ekspertləri, mütəxəssislər qiyabi təhsilin keyfiyyət baxımından effektsizliyini gündəmə gətirdilər. Eyni zamanda paralellər, müqayisələr apardılar və onların fikirləri kifayət qədər əsaslı idi. Ümumilikdə qiyabi təhsil formasının keyfiyyət baxımından özünü nə dərəcədə doğrultduğunu hamımız bilirik. SSRİ dövründə təhsil sistemi  əyani, qiyabi və axşam təhsil forması kimi formalaşmışdı. Qiyabi təhsil elə o vaxtlar da keyfiyyətsiz təhsil forması idi. Bu heç kimə sirr deyil. Əyani təhsil formasında təhsil alan, əyani şöbədə oxuyanlar istehsalatdan ayrılmalıdırlar, onlar işləyə bilməzlər. Ona görə də işləyən insanlar, xüsusən də rayon yerlərində yaşayıb çalışanlar üçün qiyabi təhsil forması yaradılmışdı. Biz bilirik, həmin dövrdə də qiyabi təhsil formasında keyfiyyət necə idi? Daha çox rüşvət halları məhz elə qiyabi təhsil alan tələbələr arasında tüğyan edirdi. Birinci il iki semestr tələbə "hazırlaşırdı" və gəlib "imtahan" verirdi. Çünki onların necə imtahan verdiyi hamıya məlumdur. Təbii ki, qiyabi təhsil alan tələbə hazırlaşa bilmir. Gedib bizim kitabxanalara baxın, görün ora nə qədər qiyabi tələbələr gəlib tədris vəsaitindən istifadə edirlər? Təbii ki, belə hallar yoxdur, barmaqla sayılasıdır. Kiyabxanalara gedənlər əyani oxuyan tələbələrdir. Ona görə də qiyabi formada təshil almış məzunların bilik səviyyəsi birmənalı olaraq aşağıdır, keyfiyyətsizdir, həm də neqativlərə yol açır. Universitetlər qiyabi təhsili niyə saxlamaq istəyirlər? Çünki universitetlərdə qiyabi təhsil alanlar daha çox ödənişli təhsil alanlardır və universitetlər də maraqlı idilər ki, tələbə pulunu köçürüb gəlir, ona da sınıq-salxaq bir 3, indiki anlamda desək, keçid balını  yazırdılar, o da çıxıb gedirdi. Kəsiri, kretidi olanda yenə də ödəniş edirdi. 

Bundansa, bəlkə biz axşam təhsilini yaradaq? Ən azı, şəhərdə yaşayan və işləyən insanlar üçün axşam təshilini yaratsaq hər halda qiyabi təhsildən bir az keyfiyyətli təhsil verə bilərik. Bir neçə saat olsa belə, tələbə gəlib axşam saatlarında universitetlərdə təhsil ala, proqram çərçivəsində dərs öyrənə bilər. Ona görə də, hesab edirəm ki, Azərbaycanda qiyabi təhsil forması bütövlükdə ləğv olunmalıdır. Onların əvəzində ali məktəblərdə distant və hibrid təhsil formasının təmin olunması vacibdir. Mən universitetləri də qınamıram, çünki bizim bu sahədə bazamız yoxdur. "Ali Təshil Haqqında" qanunda distant təhsil forması əksini tapmasa universitetlər ona keçid edə bilməzlər. Keçid etsələr də faydası olmayacaq, çünki diplomu tanınmayacaqsa bunun mənası yoxdur". 

İ.Orucov hesab edir ki, iniversitetlər üçün hüquqi müstəvidə imkanları genişləndirmək lazımdır, bu olmalıdır. Növbəti parlament dövründə Elm və Təhsil Komitəsinin bu məsələlər üzərinə gedəcəyinə ümid etdiyini deyən İ.Orucovun sözlərinə görə, distant və yaxud hibrid təhsil formasında ali təhsil verə bilsək, bu daha effektli olar, nəinki qiyabi təhsil. 

O hesab edir ki, 15-ə yaxın ali məktəbdə müxtəlif ixtisaslar üzrə qiyabi təhsilin ləğvi çox doğru qərardır, yaxşı olardı ki, bütün ölkə ali məktəblərini də əhatə etsin. Qiyabi təhsilin neqativlərə yol açdığını deyən İ.Orucovun sözlərinə görə, neqativlik odur ki, məzuna verilən diplom keyfiyyətsiz diplomdur. "Bu diplomla sabah əmək bazarında bu adamlar özlərinə iş tapa bilməz. Necə ola bilər ki, il boyu sən dərsə gəlmə, heç zaman oxuma, bu effekt verəcək? Qətiyyən. Təlim-tədrisdə interaktivliyi təmin etməyən, dərsdə oturmayan tələbənin nə biliyi olar? Qiyabi təhsil alan tələbələrin davranışına baxanda aydın görünür ki, o, auditoriya görməyib. Auditoriya görməyən tələbənin hansı "biliyə" malik olması dərhal müşahidə olunur"-deyə İ.Orucov əlavə etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ