Bazar günü günü, 08 noyabr 2026
     

Azanın səsgücləndiricidə verilməsinə etirazlar var... Arqumentlər nədir?

Image


Üzeyir Şəfiyev: "Azanın səsgücləndiricilər vasitəsilə verilməsi cəmiyyətdə diskomfort yaradır"

Azərbaycan tolerant və multikultural bir ölkədir. Burada hər bir dinin, hər bir millətin, etnik qrupun huquqlarına hörmət edilir, dinlərinə ehtiramla yanaşılır. İslam dininə, onun dəyərlərinə də cəmiyyətin, dövlətin ehtiramı sonsuzdur.

Hər bir vətəndaş milliyyətindən, dinindən aslı olmayaraq islami dəyərlərə sayğı ilə yanaşır. Bu birmənalı belədir. Məscidlər inanclı insanların, hər müsəlmanın əsas ziyarət yerlərindən biridir və insanlar ora gedib ibadət edir, dualar oxuyur, ayinlər icra edirlər. Lakin insanlarımızı, cəmiyyətimizi narahat edən bir məqam var. Bu da məscidlərdə azanın səsgücləndiricilər vasitəsilə verilməsi məsələsidir. Hətta din xadimlərin, inanclı insanların özləri də hesab edirlər ki, azanın səsgücləndiricilər vasitəsilə veriməsi narahatlıq doğurur. Bunu səsgücləndiricilərdən istifadə etmədən də icra etməyin mümkün olduğunu deyən ekspertlər hesab edir ki, məscidin imamı, yaxud orada azan verməyə mükəlləf olan şəxs bunu səsgücləndiricisiz də həyata keçirə bilər. Necə ki, qədim dövrlərdə bunu ediblər. Səsgücləndirici olmadığı çağlarda  insanlara azanın gözəlliyini, əzəmətini öz səsi ilə çatdıran insanlar olub.

Azanın səsgücləndirici ilə verilməsinin dayandırılması daim cəmiyyətdə müzakirə olunur. Hətta bu zaman-zaman Milli Məclisin də gündəliyinə çıxarılıb, lakin yekdil qərar verilməyib.

Bir sıra ekspertlərin fikrincə, müsəlman ölkələrinin çoxunda azan səsgücləndiricilər vasitəsilə verilmir, adi qaydada verilir.

Bir neçə il bundan əvvəl mətbuatda gedən məlumatlardan birində qeyd edilirdi ki, 23 may 2007-ci ildə azanın səsgücləndirici ilə verilməsinə qadağan qoyulub, lakin 29 may 2007-ci ildə qadağa ləğv edilib.

Ekspertlər deyir ki, din xadimləri özləri azanın səsgücləndirici vasitəsilə verilməsinin qarşısının alınması üçün addımlar atmalıdır,  bununla bağlı əlaqədar qurumlara müraciət etməlidirlər. 

Bəzi ekspertlərin fikrincə, azanın bu vasitə ilə verilməsi müəyyən mollalara, din xadimlərinə sərf edir, onlar əziyyət çəkmədən, enerji xərcləmədən səsgücləndiricilər vasitəsilə inanclı insanları namaza, ibadətə çağırırlar, halbuki, minbərə çıxıb azanı özləri verməlidirlər. 

Əlbəttə, azanı adi qaydada dinləmək insanın əhvalına, ruhuna təsir edir və onda öz dininə daha dərin sevgi yaradır. 

"Məscidlərdən səsgücləndiricilər yığışdırılmalıdır" 

Sosiologiya üzrə fəlsəfə doktoru, sosioloq Üzeyir Şəfiyev "Bakı-Xəbər"ə bildirdi ki, azanın səsgücləndiricilər vasitəsilə verilməsi normal hal deyil. "Bu məsələdə qayda yaratmağa ehtiyac var. Şəhər yerində fəaliyyət göstərən məscidlərdə səsgücləndiriciləri qoşurlar, azanı bu vasitə ilə verirlər. Azanın səsgücləndiricilər vasitəsilə verilməsi cəmiyyətdə diskomfort yaradır. Bu, əslində, insanda dinə qarşı bir ikrah yaradır. Yəni əgər onların təqdim etdiyi budursa, məscidlərdən səsgücləndiricilər yığışdırılmalıdır. Bu, ictimai diskomfort yaratmaqla bərabər, insanların rahatlığını pozur. Hesab edirəm ki, bu istiqamətdə təcili tədbirlərin həyata keçirilməsi çox yaxşı olardı. Bu həm də sosial bir məsələdir. Xəstə olanlar, əsəbləri qaydasında olmayanlar, bu dinə biət etməyənlər var. Biz tolerant, multikultural dəyərlər elan edirik. Həmişə elan edirik ki, cəmiyyətimiz tolerant və multikulturaldır. Burada qarşılıqlı gözləmə olmalıdır. Hər bir dini sekta, təriqətlər bir-birinə qarşılıqlı hörmət və cəmiyyətə ehtiram, sayğı əsasında fəaliyyət göstərməlidir"-deyə Ü.Şəfiyev qeyd etdi. 

Ü.Şəfiyevin sözlərinə görə, elə məscidlər var ki, yaşayış binalarına yaxındır və orada səsgücləndiricilər vasitəsilə azan veriləndə insanlar çox narahat olur. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin cəmiyyət üçün qiymətli olduğunu deyən sosioloq hesab edir ki, aidiyyəti qurumlar bununla bağlı tədbir görərsə daha yaxşı olar. Müsahibimiz vurğuladı ki, bu fikirlər söz xatirinə deyilmir və tədqiqatlar nəticəsində meydana çıxıb. Məscidlərin imamlarının, axundlarının da bu məsələdə təşəbbüskar olmalı olduğunu deyən Ü.Şəfiyev qeyd etdi ki, bu çox vacibdir. 

Ü.Şəfiyevin də dediyi kimi, dinimizə dəyər verən bir xalqıq və biz milli-mənəvi dəyərlərimizin yanındayıq. Elə bu baxımdan da, cəmiyyətin istəyi odur ki, azan ənənəvi şəkildə verilsin və səsgücləndiricilərlə azan verilməsi tendensiyası dayandırılsın. 

Məscidlər məktəblərin, xəstəxanaların, başqa müəssisələrin yanında yerləşdiyi üçün səsgücləndirici vasitəsilə verilən azan qeyri-ixtiyari olaraq onlara mənfi təsir edir. Bir şeyin ki, ictimai-sosial narahatlığı var və insanların beyninə mənfi təsir edir, o vasitənin qalmasına zərurət yoxdur. Yenə də qeyd edirik, azana məlahətli bir səsdə, adi qaydada qulaq asmaq insanın ruhunu, beynini rahatladır, amma səsgücləndirici vasitəsilə onu dinləmək beyinlərə mənfi təsir göstərir, xəstələri rahatsız edir.

Əlbəttə,   ola bilsin, bəziləri azanın səsgücləndiricilər vasitəsilə yüksək səslə verilməsinin dayandırılması ilə bağlı fikirlərin gündəmə gəlməsini dini etiqad azadlığının "pozulması" cəhdi kimi qələmə versin, amma bu fikirdə olanlar yanlış düşünürlər. Azərbaycanda dini etiqad azadlığı yüksək səviyyədə qorunur, dövlət və xalq bu istiqamətdə həmrəydir. 

Onu da qeyd edək ki, zaman-zaman Dini İşlər üzrə Dövlət Komitəsində də bu məsələ gündəmə gətirilib və orada da fikirlər səsləndirilirdi ki,  azanın səsgücləndiricilər vasitəsilə yüksək səslə verilməsi insanların haqlı narahatlığına səbəb olur. Yəni insanların narazılığının kökündə məscid və ziyarətgahlarda azanın səsgücləndiricilər vasitəsilə yüksək səslə verilməsi dayanır. 

Göründüyü kimi, bu məsələ son illərdə çox aktualdır və onun həlli zərurətə çevrilib. 

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ