çərşənbə günü, 26 avqust 2026
     

Cənubda dini toylar genişlənir - ancaq kişilər qatılır, bundan başqa...

Image


Son vaxtlar sosial şəbəkələrdə dini toylardan çəkilən video görüntülərə rast gəlirik. Xüsusən də ölkəmizin Cənub bölgəsində dini toylar az qala ənənə halını alıb. Görüntülərdən görsənən odur ki, belə toyda yalnız kişilər olur və orada dini mahnılar,  mədhiyyələr oxunur. Məsələ burasındadır ki, bu cür toylar get-gedə kütləviləşir. 

Bu cür toyların milli Azərbaycan toylarından, toy ənənələrimizdən tamamilə fərqləndiyini görürük. 

Dini toyların keçirilməsi ənənəsi bizdə olubmu? Bəyəm islamda toy adətləri yoxdurmu ki, toyu bu şəklə salırlar?

Tural İrfan: "Həmin toy məclislərini özlərinə bir siyasi toplanış yeri hesab edirlər"    

Tanınmış ilahiyyatçı Tural İrfan "Bakı-Xəbər"ə bildirdi ki, ümumiyyətlə toyun və nikahın dini və dinsizi yoxdur, bu ayrıntını saxta dindarlar ediblər. "Guya dini və dinsiz kəbin, guya dini və dinsiz toy var. Əgər dini toydan danışılırsa, onun əksi dinsiz toy olur. Bu təsnifatı saxta dindarlar yaradıblar, bu xarici təşkilatların bunlara təsirindən qaynaqlanan məsələdir. Sələfi adlanan vəhabi cərəyanında da toyların bu cür əcaib hala salınması var. Bu həmçinin özünü şiə adlandıran əslində İrançılara, İran siyasətinə xidmət edənlərin arasında da yayılıb. Təəssüflər olsun ki, bu son on il ərzində QMİ-nin demirəm səhlankarlığı, birbaşa təşkilatçılığı ilə bu toylar əmələ gətirilib, eləcə də yas mərasimləri əcaib hala salınıb, ehsanlar yığışdırılmayıb. Çünki QMİ-nin heyəti, Qazilər Şurasının üzvlərinin hamısı birbaşa İran siyasətinə xidmət edən, İranın dini- siyasi liderlərinə təqlid etdikləri, şəriyət hökmlərində və siyasətdə birbaşa onlara bağlı olduqları üçün onların dediklərini burda əhaliyə icra etdirirlər. İranın siyasəti budur ki, islam inqilabının islam ölkələrinə ixrac edilməsi üçün birinci mərhələ olaraq bütün "dini" adlandırdıqları ənənələri yaymalıdırlar, təbliğat aparmalıdırlar. "Din" adı altında bütün bu ənənələri yaydıqdan sonra artıq öz təşkilatlarını yaratmalıdırlar. Necə ki, başqa ölkələrdə öz işlərini görürlər, burada da onu etmək istəyirlər. Məsələ ondan ibarətdir ki, din xadimlərimizin 80 fazii gizli, üstü örtülü şəkildə, müxtəlif üsullarla bu siyasətə xidmət edirlər. Çox təəssüflər olsun ki, bizim din məsələsinə nəzarət edən qurumlarımızın, şəxslərimizin çoxunun da ya din fəlsəfəsinin dərinliyindən xəbərləri yoxdur, ya dinin belə təhlükəli oyunlarda istifadə olunmasına qarşı mübarizədə təcrübələri mövcud deyil, ya da işlərinə səhlənkar yanaşıb bu boşluğu buraxıblar. Çünki toyların bu şəkildə keçirilməsi xurafat, toy ənənələrimizin sıradan bir təhrif olunması məsələsi deyil, bunun altında başqa maraqlar yatır. Bir azdan bu cür toylarda siyasi şüarların səsləndirilməsi meydana gələcək, belə hallar olur da. Dinə xurafi cəfətdən inanan, xarici ideoloji-siyasi məsələləri din adı altında icra edən insanlar həmin toy məclislərini özlərinə bir siyasi toplanış yeri hesab edirlər".

T.İrfanın sözlərinə görə, yas və toy yerləri xarici qüvvələrin maraqlarına xidmət edən şəxslərin təbliğat aparması üçün əlverişli yerlər kimi seçilir.

Ekspert deyir ki, onlar toy və yas mərasimlərindən öz siyasi maraq və məqsədlərini həyata keçirmək üçün istifadə edirlər. "Digər tərəfdən, bizim milli toy adət-ənənəmiz də aradan çıxmaq istəyirlər. Bizim milli adətlərimizə uyğun keçidriyimiz toylar hara, onların "din" adı ilə keçirdikləri toylar hara?  Gəlin, İranın özünə gedək, xurafatdan uzaq soydaşlarımızın Təbrizdə və başqa yerlərdə keçirdiləri toylara baxaq, görək onlarda belə şeylər varmı? Yoxdur əlbəttə. O toylardan videolar yayılır, toylar milli adət-ənələrimizə uyğun keçirilir, qadınla kiçinin bir məclisdə olması o ölkədə qadağan edilsə də, Azərbaycan toylarında hətta bəzən qadın və kişio bərabər rəqs də edirlər. Yəni oradakı toylar bizim milli adətlərimizə uyğun şəkildə keçirilir. Gəlin Ərəb ölkələrinə, Türkiyəyə baxaq, onlarda toylar normal keçirilir. Bizdə "dini" toy keçirirlər, əslinə qalanda elə bu cür toylar dinsiz toylardır. Çünki orda başdan-başa xurafat təbliğ olunur, özlərini əcaib hala salmış mərsiyyəçilər artistlərdən betər həyasızlıqlar edirlər, dini də təhqir etməkdən çəkinmirlər. Xanım Fatimənin, xanım Zəhranın adına orda nərə çəkib mərsiyyə adı altında cürbə-cür sözlər danışırlar, dinimizi təhrif edirlər. Bu cür saxtakarlıqları dinimizə yapışdırmaqla insanları dinimizə nifrət etdirirlər. Xalqımız həmişə bir olub, hamı dinə inanıb, dinin tələblərinə riayət ediblər. Amma onlar xalqımızı iki təsnifata bölüblər ki, guya əsl dindarlar onlardır, guya hər şey bu cür olmalıdır, o birilər isə dinsizdir. Bunu da edən İrandır, bəzi ərəb ölkələridir. Bu təxribatlar o adamların yetişdirildikləri yerlərdən qaynaqlanır. 

Düşünürəm ki, gecdir, bunun qarşısını almaq da çox çətin məsələdir. İmamın mövlud günündə tort bişirirlər, lağ-lağı ilə imamın şəkilini tortun üstünə çəkirlər, sonra da tortu kəsərkən imamın "başını" bıçaqla parçalayırlar. Bu birbaşa islam dinini, dini adət-ənənəmisi, Peyğəmbərimizi, imamları  təhqir etməkdir. Bəzi cahil insanlar da altdan iş görənlərin təsirinə düşür, elə bilir ki, bu dini ayindir. Belə bir şey yoxdur. Toy normal şəkildə keçirilməlidir. Toyun adı toydur, vayın adı vaydır. Həmçinin islamın irəli sürdüyü ənənə var. Peyğəmbərin də toyu olub. Düzdür, o dövrdə imkanlar elə geniş olmayıb ki, müxtəlif çalğı alətlərindən, çeşidli yeməklərdən istifadə olunsun. Hətta mənbələrə görə, Peyğəmbərin toyunda içki də verilib. Çünki həmin dövrdə içki haram edilməmişdi. Məlumdur ki, Məkkə dövründən uzun müddət sonra bu qadağalar oldu. Ney, qaval çalırdılar, şənlik keçirirdilər və sair. İnsanlar təbii ki, cəmləşdilər və Xədicə ilə Peyğəşbərin evliliyini şənlik şəkildə qeyd etdilər. Peyğəmbər ora öz qohumlarını çağırmışdı, orda müsəlmanlar da, qeyri-müsəlmanlar da var idi. Eyno zamanda əsabələrin də toy və şənlik məclisləri keçirilib. Heç bir mənbədə yoxdur ki, həmin məclislərdə ağı, mərsiyyə deyilib. 

Bunlar isə yaslarımızı təhrif etdikləri kimi toylarımızı da təhrif edirlər" - deyə T.İrfan qeyd etdi.   

Üzeyir Şəfiyev: "Biz bu toylara sadəcə bir törən kimi baxmamalıyıq, bunu həm də bu dini konfessiyaların arxasında duran dövlətlərin..." 

Sosiologiya üzrə fəlsəfə doktoru, dosent, sosioloq Üzeyir Şəfiyev "Bakı-Xəbər"ə bildirdi ki, dini toylar nəinki Cənub bölgəsində, hətta Bakı kəndlərində də kütləvi hal almaqdadır. "Azərbaycan tarixən müxtəlif dini konfessiyaların, müxtəlif dinlərin çarpazlaşdığı bir ölkədir. Ölkəmizdə qədim dövrlərdən ayrı-ayrı dini konfessiyalar mövcud olub.  Bu ölkəmizin geosiyasi bölgədə yerləşməsi ilə xarakterizə edilir. Siz düzgün vurğulayırsınız, bəli, təkcə dediyiniz coğrafiyada yox, Bakı kəndlərində də biz bunun şahidi oluruq. Şübhəsiz, bu onu göstərir ki, tarix boyu olduğu kimi, bu gün də Azərbaycanda məhz bu dini konfessiyalar bu və digər şəkildə təsirləri var. Bu cəmiyyətə müxtəlif səviyyələrdə təsir göstərir. Biz bu toylara sadəcə bir törən kimi baxmamalıyıq, bunu həm də bu dini konfessiyaların arxasında duran dövlətlərin bu və digər şəkildə cəmiyyətə müdaxiləsi kimi də qiymətləndirə bilərik. Bilirik ki, Azərbaycanın Cənubunda İran var. Biz nəinki İranın, hətta bir sıra ərəb ölkələrinin dini təriqətlərinin, dini sektalarının təsirini cəmiyyətimizdə hiss edirik. Sanki cəmiyyətdə mənəvi-ideoloji baxımdan həmin bu dini sektaların, təriqətlərin təsiri ilə qütbləşmə özünü göstərir. Deyim ki, bu əslində çox ciddi düşünməyi tələb edən bir məsələdir. Çünki baxmayaraq ki, müsəlman, islam cameəsidir, ancaq bunların özləri arasında da qütbləşmə, qarşıdurmalar, bir-birini qəbul etməmək var. Biz bunu görürük. Bunu hətta Azərbaycanda məscidlərin fəaliyyət istiqamətlərində bu halları müşahidə edirik. Ölkə başçımız, dövlətimiz "Heydər məscidini" inşa edib istifadəyə verməklə əslində islam dininə tapınan insanları ümumi bir məcrada birləşdirdi, təriqətlər arasında bir vəhədt yaratdı. Həmin məsciddə simvolizə etdi ki, bizim vahid dinimiz var, dinimiz islam dinidir və biz vahid Allaha biət edirik. Bu məsciddə bütün dini təriqətlərin namaz qılması, dini törənlər keçirməsi, ayinlər icra etməsi üçün şərait yaratdı. Dövlət bu istiqamətdə örnək bir addım atdı. Gözlənən o olardı ki, bu dini sektalar, təriqətlər bundan bir örnək götürsünlər. Ancaq biz görürük ki, cəmiyyət həyatında, müxtəlif törənlər səviyyəsində onlar yenə də öz yollarını sürdürməkdə israrlıdırlar. Zatən dövlət bu istiqamətdə addım atıb və öz iradəsini, qərarını ortaya qoyub. Çox yaxşı olardı ki, bununla bağlı QMİ, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəallığını, mövqeyini artırsın". 

Ü.Şəfiyev qeyd etdi ki, müxtəlif dini sektaların, təriqətlərin nümayəndələri əsasən sosial şəbəkələr üzərindən bu cür ayrıntı yaradan çıxış edirlər. Sosioloq hesab edir ki, belə halların qarşısının alınması üçün nüfuzlu din alimlərinin, ruhanilərin, ziyalıların çıxışlarına ciddi ehtiyac var. "Bütün istiqamətdə, o cümlədən də bu istiqamətdə cəmiyyətdə həmrəylik olmalıdır. Müşahidəm əsasında deyirəm ki, dini təriqətlər arasında çatlar dərinləşə bilər, hətta dərinləşir. Güman edirəm ki, həm dövlətin bu istiqiamətdə fəaliyyəti daha da dərinləşməlidir, həm də QMİ, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələyə fokslanmalıdır. Çünki cəmiyyətdə bu sahədə fərqli ideoloji ayrımçılıq dərinləşməkdədir".

Ü.Şəfiyevin qeyd etdi ki, toylarda da qəribə bir ayrımçılıq hökm sürür, biz buna sıradan bir təriqət məsələsi kimi baxmamalıyıq. "Çünki hər bir sektanın təriqətin arxasında hansısa maraqlı dövlətlətlər, kriminal qüvvə durur. Biz bunun fərqində olmalıyıq. Əlbəttə, dövlət bunun fərqindədir. Ancaq cəmiyyət olaraq da ayıq, diqqətli olmalıyıq. Din nədir? Din insanı mənəvi cəhətdən rahatladan, mənəvi cəhətdən təmizləyən, mənəvi-əxlaqı saflıq aşılayan, Allah qorxusu və Allah sevgisi ilə cəmiyyəti tənzimləyən bir vasitədir. Amma təəssüf ki, bəzən bu dini təriqətlər, sektalar hansısa bir missiyanı icra edən nəsnə kimi özünü göstərir. Bu təriqətlərin, sektaların bu tip fəaliyyətlərində bir missionerlik fəaliyyəti hiss edirik. Toy mərasimlərindəki fəaliyyətləri də bu qəbildəndir. Hətta ayrı-ayrı dövlətlər bundan istifadə edib Azərbaycanda hansısa bir mühit, cəmiyyət formalaşdımaq istəyirlər. O cəmiyyət ki, o sabah dövlətə, hökumətə qarşı bir təzyiq qrupu kimi istifadə oluna bilər. Biz həm vətəndaş, həm cəmiyyət, həm də dövlət olaraq bunun fərqində olmalıyıq. Çünki bu təsirlər artıq güclü şəkildə özünü göstərir, bu cəmiyyətdə ayrımçılığı dərinləşdirə bilər. Bu istiqamətdə ideoloji-mənəvi işləri gücləndirməliyik ki, bunun qarşısını alaq".

Ü.Şəfiyevin fikrincə, aidiyyatı qurumlar səviyyəsində bu istiqamətdə faəliyyət genişləndirilməlidir və təhsil müəssisələrində gəncləri və uşaqları bu təhlükə ilə bağlı məlumatlandırmalıyıq ki, onlar bu təriqətlərin, sektaların, bu missionerlərin təsiri altına düşməsinlər. "Hətta görüsüz ki, bunlar gəlib məişətimizə, toylarımıza nüfuz ediblər"-deyə Ü.Şəfiyev bildirdi ki, bu çox təhlükəli məsələdir. 

Hansısa təriqətlərin "dini toyları" cəmiyyətə, xalqa təlqin etmək istəyinin, "hegomon" bir təriqət kimi bunu cəmiyyətə aşılamaq istəyinin düzgün yanaşma olmadığını deyən Ü.Şəfiyev qeyd etdi ki, bu missonerlik fəaliyyəti ilə məşğul olan tərqiqətlərin "fironluğu" anlamına gəlir: "Sanki onlar öz təriqətlərini tamamilə yaymaq istəyirlər. Bu missionerlik kimi görsənir. Azərbaycan xalqının bütün ənənələri kimi gözəl toy ənənələri də var, bu toy ənənələrində paylaşmaq, bir-birinə əl tutmaq, toy sahibinə dəstək vermək kimi yaxşı xüsusiyyətlər əks olunub. Ancaq bu gün sanki bu ənənələr sanki arxa plana keçir..."deyə bildirən sosioloq hesab edir ki, xalqın ülvi dəyərlərinin yerini başqa məsələlərin tutması təəssüf doğurur. "Bu toylar sadəcə bir toy təsiri bağışlamamlıdır. Bu belə toylar vasitəsilə  hansısa dövlətlərin cəmiyyətimizin mənəvi aurasına, mənəvi iqliminə təsir göstərmək cəhdləri kimi də qiymətləndirililməlidir" - deyə sosioloq bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

26.08.2026 / 07:43
Medvedev Finlandiya prezidentini "əsl axmaq" adlandırdı

26.08.2026 / 06:44
MKİ hesabat dərc etdi, kəşfiyyatın rəhbəri Moskvaya uçdu… Müəmma…

26.08.2026 / 06:05
Tramp ölkədə bayraqların endirilməsini əmr etdi - musiqiçi Parton üçün

26.08.2026 / 05:50
İran prezidenti müsəlman ölkələrini birliyə çağırdı

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

25.08.2026 / 17:39
Tramp İranla bağlı dünya liderlərinə bir-bir zəng vuracaq - xəbərdarlıq və hədə zəngi...

25.08.2026 / 17:25
Paşinyan Köçəryanın bütün gəlir qaynaqlarını da qurudur… Şirkət direktorları saxlandı - 2,6 milyardlıq yeyinti…

25.08.2026 / 17:11
Paşinyan Köçəryan və Sarkisyanı bitirmək üçün hərəkətə keçdi – biri həbs edildi, digərinə cinayət iş açıldı…

25.08.2026 / 16:55
Qazaxıstanda "Ədalət"lə "Əmanət" birləşsə də, Tokayevin planları ilə bağlı qeyri-müəyyənlik qaldı...

25.08.2026 / 16:34
“Azəripək” “Azərxalça”ya birləşdirilir - FƏRMAN

25.08.2026 / 16:32
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevrilir...

25.08.2026 / 16:29
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM

25.08.2026 / 16:25
Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi

25.08.2026 / 16:22
Qeyri-neft ixracı 184 faiz böyüdü - qızılın ölkə iqtisadiyyatında xüsusi çəkisi artır...

25.08.2026 / 16:03
İsrail özünü "Yaxın Şərqdə ən demokratik ölkə" elan etdi - Türkiyə bu bəyanatı cavabsız buraxdı...

25.08.2026 / 15:45
Ukrayna Rusiyanın Afipski və Həştərxan neft-qaz emalı zavodlarını vurdu…

25.08.2026 / 15:30
Ermənistanın Avroittifaqa üzvlük referendumunun vaxtı bəyan edildi...

25.08.2026 / 15:17
Laçında Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirildi

25.08.2026 / 15:12
Azərbaycan memarlığında xəlvətiyyələr...

25.08.2026 / 15:03
Prezident seçkiləri Ukraynanı məğlubiyyətə sürükləyə bilər...

25.08.2026 / 15:00
Bakı ilə Daşkənd bir-birinə əvəzsiz qapılar açır - biri Mərkəzi Asiyaya, digəri Avroatlantik məkana...

25.08.2026 / 14:52
Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...

25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi - əlaqələri kəsin…

25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ