Bazar günü günü, 08 noyabr 2026
     

Gürcüstan məktəblərində "Azərbaycan dili" fənni ləğv olunmaq üzrədir - haqlı etirazlar başladı...

Image


Aygül İsayeva: "Gürcüstan azərbaycanlıları etnik azlıq, diaspor deyil, biz bu torpağın yerli, aborigen əhalisiyik"

Gürcüstanda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ Gürcüstan qanunvericiliyi ilə təmin olunsa da, bəzi problemlər nəticəsində ana dilimizdə təhsil almaq imkanları sıxışdırılır, get-gedə məktəblərdə Azərbaycan dili və ədəbiyyatı fənlərinin saatı azaldılır. 

Məktəblərdə həftədə bu iki fənnə bir yerdə cəmi üç saat verilir ki, müəllimlər də Azərbaycan dilini 2 saat, ədəbiyyatı 1 saat, yaxud Azərbaycan dilini 1 saat, ədəbiyyat fənnini 2 saat keçəcəklərini bilmirlər. Hansı fənni daha artıq tədris etmək seçimi qarşısında qalıblar. 

Gürcüstan məktəblərində fəaliyyət göstərən azərbaycanlı müəllimlərin narazılıqlarını dilə gətirməkdən və hökumətə müraciət etməkdən başqa çarələri qalmayıb. 

Avqustun 3-də Marneulidə fəaliyyət göstərən "Azərbaycan Evi"ndə iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayevanın təşəbbüsü ilə müəllimlərlə görüş keçirilib. 

"Bizim əsas tələblərimizdən biri ana dili üzrə dərs saatlarının artırılması ilə bərabər Milli Tədris Planından, təhsil proqramından "etnik azlığın dili" ifadəsinin çıxarılması və əvəzində "Azərbaycan dili və ədəbiyyatı" sözünün işlədilməsi ilə bağlıdır" 

Aygül İsayeva ilə əlaqə saxlayıb azərbaycanlı müəllimləri narahat edən məsələlərə aydınlıq gətirməyini istədik. 

- Aygül xanım, bu görüşün məqsədi nə idi? Görüşdə nələr müzakirə olundu? 

- Görüşdə ana dili üzrə dərs saatlarının məqsədyönlü şəkildə azaldılması, təhsil proqramından "Azərbaycan ədəbiyyatı"nın çıxarılması, o cümlədən universitetə qəbul imtahanlarına "Azərbaycan dili və ədəbiyyat" fənninin daxil edilməsi müzakirə edilib. Çıxışımda  ana dili üzrə dərs saatlarının ikinci xarici dil hesabına azaldılmasının qəbuledilməz olmasını vurğuladım. Bizim ana dilində təhsil almaq hüququmuz Gürcüstanın təhsil qanunvericiliyi ilə qorunur. Gürcüstan həmçinin bizim milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, ana dilimizin qorunub saxlanılması ilə bağlı beynəlxalq konvensiyaları imzalayıb.

Təəssüflər olsun ki, Gürcüstanın Təhsil, Elm və Gənclər nazirliyinin qəbul etdiyi qərara əsasən, ana dilimiz müəyyən şərtlər daxilində tədris edilir və ana dili üzrə dərs saatları 2-ci xarici dilin hesabına azaldılıb. Təhsil Nazirliyinin qəbul etdiyi sərəncamda qeyd edilir ki, "etnik azlığın dilinə həftədə minimum 3, maksimum 5 saat vaxt ayrılır. Eyni zamanda, məktəb ikinci xarici dilin tədrisinə 1 və ya 2 saat ayırmaq qərarına gələrsə, ana dilinin tədrisinə maksimum 3 saat ayrılmalıdır". Əvvəla, Gürcüstan azərbaycanlıları etnik azlıq, diaspor deyil, biz bu torpağın yerli, aborigen əhalisiyik. 

Biz yaşadığmız torpağın yerli, aborigen əhalisyik. 

- Gürcüstan hökumətindən, aidiyyəti qurumlardan tələbləriniz nədir?

- Bizim əsas tələblərimizdən biri ana dili üzrə dərs saatlarının artırılması ilə bərabər Milli Tədris Planından, təhsil proqramından "etnik azlığın dili" ifadəsinin çıxarılması və əvəzində "Azərbaycan dili və ədəbiyyatı" sözünün işlədilməsi ilə bağlıdır. Sertifikasiya imtahanlarında iştirak edən müəllimlər həm "Azərbaycan dilindən", həm də "ədəbiyyatdan" imtahan verirlər. Burada bir uyğunsuzluq var və bu səbəbdən də Milli Tədris Planına "etnik azlığın dili" yazılması məntiqli deyil. Çox təəssüflər olsun ki, kurikulumda, təhsil proqramında ana dilimiz xarici dil səviyyəsinə endirilib. Mədəni surətdə heç kəslə razılaşdırılmadan bizim ədəbiyyatımız kurikulumdan çıxarılıb.

- Azərbaycandilli məktəblərdə gürcü dilinə neçə saat verilib? 

- Dövlət dili ilə ana dilinə ayrılan saatlar arasında fərq olmalı deyil. Hazırda bir çox azərbaycandilli məktəblərdə gürcü dili üzrə dərs saatları Azərbaycan dilindən çoxdur. Tədqiqatlar onu göstərir ki, insan öz ana dilini yaxşı bilməyəndə, digər dilləri öyrənməkdə çətinlik çəkir. Apardığımız tədqiqatlar, həmçinin onu da göstərir ki, azərbaycandilli məktəbləri bitirən şagirdlər gürcü dilini daha tez mənimsəyirlər və hətta sinxron tərcümələr edirlər. Bu faktı təhsil nazirliyinin nümayəndələri də təsdiq edirlər. 

Gürcüdilli məktəblərdə "Gürcü dili və ədəbiyyatı" fənninə ibtidai siniflərdə həftədə 7 saat, baza və tam təhsil səviyyəsində isə həftədə 5 saat ayırırlar. Uyğun olaraq azərbaycandilli məktəblərdə də "Azərbaycan dili və ədəbiyyatı" fənninə ibtidai siniflərdə həftədə 7 saat, yuxarı siniflərdə isə 5 saat ayrılmasını tələb edirik. 

- Dilimizlə bağlı çox həyəcanlı danışırsınız. Vəziyyət elə kritikdir ki?  

- Bizim ana dilimiz məişət dili səviyyəsinə enmək üzrədir. Bir müqayisə aparmaq istərdim. Sovet dövründə azərbaycandilli məktəblərin sayı 200-dən çox idi. Müstəqil Gürcüstanda 116 azərbaycandilli məktəb mövcuddur və bu məktəblərin sayı ilbəil azalmaq üzrədir. Sovet dövründə Azərbaycan dili və ədəbiyyat fənninə ayrılan həftəlik dərs saatları 7, ibtidai siniflərdə isə 8 saat idi. İndi əksər məktəblərdə 3 saatdır. 

- Gürcüstan ali məktəblərində Azərbaycan  məktəbləri üçün pedaqoji kadrlar hazırlanmır daha. Bu da böyük problemdir və kadr qıtlığı yaradır. Bu başqa millətlərə münasibətdə də belədir, yoxsa başqalarına fərqli yanaşma var? 

- Sovet dövründə Puşkin adına Pedaqoji İnstitutda  Azərbaycan dili və ədəbiyyatı müəllimləri hazırlanırdı. Müstəqil Gürcüstanda Azərbaycan bölməsi bağandı və yeni kadrların hazırlanması dayandırıldı. Sualınıza cavab olaraq onu qeyd edim ki, Tbilisi Dövlət Universitetində "Ermənişünaslıq" ixtisası mövcuddur və kadr çatışmazlığı problemi onlarda yaşanmır. Ümumiyyətlə, bütün bunlar, milli məktəblərimizin sayının azalması, dərs saatlarının azaldılması, yeni kadrların hazırlanmaması Azərbaycan dilinin sıxışdırılmasına və məişət dili səviyyəsinə enməsinə gətirib çıxardır. 

- Avqustun 3-də təşkil etdiyiniz tədbirdə iştirak edən müəllimlərin sayı nə qədər idi? 

- Tədbirə Marneulidən, Qardabanidən, Bolnisidən, Dmanisidən, Tbilisidən və Kaxetidən müəllimlər, valideynlər və gənclər qatıldılar. 

- Səhv etmirəmsə, Gürcüstanın dövlət qurumlarına müraciət də qəbul edilib. 

- Bəli. Tədbirin sonunda dövlət qurumlarına ünvanlanan müraciət oxundu və yekdilliklə qəbul edildi. İmzatoplama aksiyasında qısa müddət ərzində 2000-dən çox müəllim iştirak etdi. 

Müsahibənin sonunda müraciıtdən də müəyyən hissələr təqdim etmək istədik. 

Qeyd edək ki, azərbaycanlı müəllimlərin  Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə,  Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvariyə, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə, 

Gürcüstanın xalq müdafiəçisi Levan İoselianiyə, 

Gürcüstan Parlamentinin Təhsil və Elm Komitəsinin sədri Givi Mikanadzeyə, Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri xanım Tea Axvledianiyə ünvanladığı müraciətdə "Biz, aşağıda imza atan müəllimlər Milli Tədris Planına dəyişiklik edilməsini, ana dili üzrə dərs saatlarına həftədə 5 saat (ibtidai siniflərdə həftədə 7 saat) ayrılmasını xahiş edirik. Qeyd etmək istəyirik ki, gürcüdilli məktəblərdə gürcü dilinə ibtidai siniflərdə həftədə 7 saat ayrılır, baza və tam təhsil səvviyəsində isə 5 saat ayrılır. Gürcüdilli məktəblərdə gürcülərin ana dili necə qorunursa azərbaycandilli məktəblərdə də azərbaycanlıların ana dilinə eyni dərəcədə hörmət edilməlidir. Bu diskriminasiya aradan götürülməlidir. 

Milli Tədris Planında qeyd edilən qayda yəni "etnik azlığın dilinə həftədə minimum 3, maksimum 5 saat vaxt ayrılır. Eyni zamanda, məktəb ikinci xarici dilin tədrisinə 1 və ya 2 saat ayırmaq qərarına gələrsə, ana dilinin tədrisinə maksimum 3 saat ayrılmalıdır" bizim üçün qəbuledilməzdir. Biz, Gürcüstanda yaşayan azərbaycanlılar etnik azlıq deyilik. Biz Gürcüstanın bərabərhüquqlu vətəndaşlarıyıq və gürcülərlə eyni hüquqlara malikik. Milli Tədris Planından "etnik azlıın dili" sözünün götürülməsini və əvəzində "Azərbaycan dili və ədəbiyyat" sözünün işlədilməsini sizdən xahiş edirik. Sertifikasiya imtahanlarında iştirak edən müəllimlər həm "Azərbaycan dilindən", həm də "ədəbiyyatdan" imtahan verirlər. Bu səbəbdən də Milli Tədris Planına "etnik azlığın dili" yazılması məntiqli deyil"-deyə qeyd olunub.  

Müəllimlər qeyd ediblər ki, həftəlik dərs saatları az olduğu üçün müəllimlər həm Azərbaycan dilindən, həm də ədəbiyyat fənnindən materialı çatdıra bilmirlər: "Biz hesab edirik ki, Milli Tədris Planına istənilən fənnin əlavə edilməsi və ya istənilən fənn üzrə dərs saatlarının artırılması heç bir halda ana dili üzrə dərs saatlarının azaldılması hesabına baş verməli deyil. İkinci xarici dil üzrə saatların artırılması ana dili üzrə saatların azaldılması hesabına baş verməsi qətiyyən yolverilməzdir. Bizim ana dilimiz - Azərbaycan dili xarici dil deyil və ana dilimizin xarici dil statusuna endirilməsi qəbuledilməzdir. Çox təəssüflər olsun ki, kurikulumda ana dilimiz xarici dil səviyyəsinə endirilib. Mədəni surətdə heç kəslə razılaşdırılmadan bizim ədəbiyyatımız kurikulumdan çıxarılıb. İllərdir, ikinci xarici dili tədris edən müəllimləri isə işdən çıxartmaq qeyri-etik hərəkət olduğu üçün məktəb direktorları ana dili üzrə dərs saatlarını azaltmaq məcburiyyətində qalıblar. Məktəb direktorlarını hər hansı bir seçim qarşısında qoymaq düzgün deyil və belə seçim məktəbdə münaqişə ilə nəticələnir"-deyə sənəddə vurğulanıb.

Ümid edirik ki, Gürcüstan hökuməti 2 mindən çox azərbaycanlı müəllimin və yerli ziyalıların səsini eşidəcək, müvafiq qərarlara, Milli Tədris Planına dəyişiklik edəcək. Müsahibimizin də dediyi kimi, azərbaycanlılar Gürcüstanın yerli əhalisidir. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ