Bazar günü günü, 08 noyabr 2026
     

Xəzərin altından çıxmış şəhər(?) tarixçilərin müzakirəsinə verildi - ziddiyyətli rəylər var

Image


İdris Əliyev: "Belə bir məlumat da yoxdur ki, orda şəhər olub"

Xəzər dənizinin qoynunda çox sirlər gizlənib. Bu sirlər əsasən dənizin suyu çəkiləndə üzə çıxır. Azərbaycan arxeoloqlarının müxtəlif dövrlərdə apardıqları arxeoloji kəşfiyyatlar nəticəsində indiyə qədər qədim şəhərlər, arxeoloji abidələr, qalalar və başqa tikililər aşkarlanıb. 

Xəzərin qoynunda gizlənən bu sərvət yenidən üzə çıxarılıb, tədqiq edilib, barəsində elmi fikirlər söylənilib, məqalələr yazılıb. Əlbəttə, son illər ölkəmizin ərazisində arxeoloqların səyləri nəticəsində xeyli sayda antik və orta əsrlər dövrünə aid abidələrin aşkarlanması da bu sahədə görülən işlərdən biridir.

Bu günlərdə AzTV-nin hazırladığı bir süjetdə Yaşma adasında qədim bir şəhərin aşkarlandığı bildirilib. Bu məlumat böyük əks-səda doğurdu və yeni müzakirələrə səbəb oldu.

Qeyd olunur ki, Xəzər dənizində yerləşən Yaşma adası dənizin qabarıb-çəkilməsi ilə sahəsini dəyişib. Xəzərin suyunun quruması nəticəsində adanın sahəsi artıb. Tarixçilərə istinadən bildirilir ki, adada vaxtilə qədim şəhər olub və bu şəhərin qalıqları zaman-zaman üzə çıxıb. Hazırda suyun çəkilməsi isə Yaşma adasında arxeoloji tədqiqatlar üçün bir fürsətdir.

Yaşma adası dəniz səviyyəsindən 29 metr aşağıda yerləşir. Düzənlik relyefə malikdir. Giləzi Dili burnundan bir qədər aralıdadır. Sahəsi dənizin qalxıb-enməsi ilə əlaqədar dəyişir. Bəzən hətta materikə birləşərək yarımadaya çevrilir. İnzibati cəhətdən Xızı rayonunun ərazisinə daxildir.

Xəzərdən   yeni çıxmış qədim şəhər barədə məlumat almaq, bütövlükdə bu barədə deyilənlərin həqiqət, yoxsa sadəcə bir fikir olduğunu araşdırmaq istədik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, Abşeron ekspedisiyasının rəhbəri İdris Əliyevlə əlaqə saxladıq. 

"Biz bir şərtlə buna öz rəyimizi bildirə bilərik ki, gərək o ərazidə olaq, kəşfiyyat aparaq" 

İdris Əliyev "Bakı-Xəbər"ə bildirdi ki, Yaşma adasında aşkarlandığı deyilən şəhərlə bağlı heç bir məlumatı yoxdur: "Bu məlumatın mənbəyini bilmirəm. Sizə bir məlumat verim, bir neçə il əvvəl aralarında müxbir üzvü də olmaqla bir sıra tanınmış ziyalılar Prezident Adminstrasiyasına müraciət etdilər ki, bunlar Pirallahı tərəfdə bir şəhər tapıblar. Məsələ böyüdü, araşdırma getdi, axırda məlum oldu ki, bu şəhər yox, qədim bostan yeri olub. Bir layihə də yazmışdılar, hətta burada  Xəzərin şəhər yerindən, Türkmənistana çıxışdan, qədim şəhərdən və sairdən danışırdılar. Mən demişdim ki, ora şəhər deyil. Kosmosdan çəkilmişdi, kosmosdan da ora şəhər kimi görünürdü. Halbuki, ora bostan yeri idi. 

Mənim özümün Yaşma adasında hansısa qədim şəhərin olduğu barədə məlumatım yoxdur. Biz orada olmalıyıq, kəşfiyyat işləri aparmalıyıq, bundan sonra hər şey aydın olar. Şərait yaratsınlar, gedib əvvəla jurnalistlərlə o əraziyə baxaq və ondan sonra bu barədə rəy bildirmək olar. Bu yoxlanılmamış bir məlumatdır, nə bir material, nə bir tikinti qalığı göstərirlər, sadəcə informasiya veriblər".

İ.Əliyev bildirdi ki, zaman-zaman Xəzər dənizi çəkildikcə oradan abidələr çıxıb. "Xəzər çəkiləndə Bayıl qəsri, Gürgan burnu yaxınlığında Gürganşəhr adlanan yerdə suyun altında orta əsrlərə aid yaşayış yerinin qalıqları çıxdı. Sonra Salyan rayonunun Şirvan qoruğu ərazisində IX-XIV əsrlərə aid Muğan şəhərinin qalıqları, Səngi-Muğan adasının cənub hissəsində gəmi lövbərləri aşakarlandı. Səngi-Muğan və onunla üzbəüz şəhər yeri məlumdur. Ələt tərəfdə də nə isə var. Amma Yaşma adasında hansısa qədim şəhərin aşkarlanması barədə məlumatım yoxdur. Biz bir şərtlə buna öz rəyimizi bildirə bilərik ki, gərək o ərazidə olaq, kəşfiyyat aparaq. Bu barədə məlumat yayılıbsa, hər halda orda iş görülməlidir, kəşfiyyat aparılmalıdır, müşahidə olunmalıdır. 

Mən bütün kəşfiyyat xarakterli materialları, bütün mənbələri, məlumatları bildiyimə görə deyirəm ki, biz orda yoxlama aparmasaq bir söz deyə bilmərik. Belə bir məlumat da yoxdur ki, orda şəhər olub"-deyə İ.Əliyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ