Bazar günü günü, 08 noyabr 2026
     

Yanacağın keyfiyyətindən narazılıqlar səngimir - ümid elektromobillərədir...

Image


Ölkəmizdə Ai-92 markalı benzinin və dizelin bahalaşmasından sonra yanacağın keyfiyyəti məsələsi yenidən gündəmə gəlib. İddialar səslənir ki, son vaxtlar Ai92 markalı benzinin və dizelin həm keyfiyyəti pisləşib, həm də maşınlarda yanacaq sərfiyyatı artıb. Halbuki, məntiqlə, qiymət artdıqca, keyfiyyət də yaxşılaşmalı idi. 

Amma son günlər yanacağın keyfiyyəti ilə bağlı narazılıq edənlərin sayı xeyli artıb. Onlar iddia edir ki, əvvəl eyni həcimdə benzinlə daha böyük məsafə qət edə bilirdilər.

Bu barədə danışmazdan öncə bir daha xatırladaq ki, iyulun 1-də Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1 manat 10 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 20 qəpik artırılaraq 1 manat müəyyən edilib. İyulun 15-dən Aİ-95 markalı benzinin qiyməti 2 manatdan 1 manat 60 qəpiyə endirilib. Bakıda yaşayan Səid Ziyadzadə adlı şəxs "Azadlıq" radiosona bildirir ki, dizel yanacağının sərfiyyatında artım var: "Qiymət artımından əvvəl 80 qəpikdən 70 litrik çəni tam doldurdum və 650 kilometr sürdüm. Amma dizel 1 manat olan vaxt tam 70 litr doldurdum və cəmi 500 kilometr sürə bildim". Sadiq Heydərov adlı digər şəxs isə qeyd edir ki, Aİ-92 markalı benzin işlədir və o da yanacağın keyfiyyətindən şikayətlənir: "Yanacaq sərfiyyatı fərqi əvvəlki ilə müqayisədə mənim maşınımda orta hesabla 5-6 litrdir. Maşınım 2.4 motordur və hər 100 kilometrə 13 litrdən 18-19 litrə qalxıb". Sürücülər iddia edirlər ki, bu problem benzin keyfiyyətindən qaynaqlanır. Amma Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) şikayətlərlə bağlı "Turan"a bildirilib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan və ölkədə satışı həyata keçirilən Aİ-92 avtomobil benzini AZS 059-2001 etilsiz avtomobil benzinləri texniki standartlarına cavab verir: "Bunu nəzərə alaraq, Aİ-92 benzininin daha tez sərf olunması barədə yayılan məlumat həqiqəti əks etdirmir". Qurumdan qeyd olunub ki, yay aylarında sürücülərin avtomobillərdə kondisionerlərindən tez-tez istifadə etməsi, həmçinin ağır yük daşımaları benzinin daha çox sərfiyyatına səbəb ola bilər. Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, ictimai rəyə görə, Azərbaycanda benzinin keyfiyyəti aşağıdır: "Bu işdən ən çox əzab çəkənlər təzə avtomobil satan distributorlardır. Onlar alıcılara zəmanət müddətini verir. Qısa bir müddətdə Azərbaycanda benzin keyfiyyətsizliyindən mühərrikin ən bahalı yerləri sıradan çıxır, alıcılar da avtomobili satan şirkətə dönüb tələb edirlər ki, mühərrik dəyişilsin. İllər ərzində Azad İstehlakçılar İctimai Birliyinə belə şikayətlər olub". O qeyd edib ki, avtomobil sahibləri də benzinin keyfiyyətinə görə ziyana düşürlər. Onun sözlərinə görə, ölkədə müstəqil laboratoriya yoxdur: "Hətta müstəqil laboratoriya, xarici laboratoriyanın nəticələri də olsa belə, Azərbaycanda onun sənədi hüquqi sənəd hesab olunmur və məhkəmələr onu hüquqi sənəd kimi qəbul etmir". E.Hüseynov həmçinin vurğulayıb ki, şikayətlərə görə, bəzi yanacaqdoldurma məntəqələrində aparatlar düzgün işləmir, benzin daha az vurulur. Onun fikrincə, bu kimi problemlərin kökündə qanunvericilikdəki boşluqlar durur: "Ölkədə istehlakçı durumu bərbad vəziyyətdədir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun 1995-ci ildə qəbul olunub, ondan bəri həyat dəyişib. Dəfələrlə mən bu qanunun dəyişməsi ilə bağlı məsələni qaldırsam da, o dəyişməyib".

İqtisadçı Natiq Cəfərli isə xatırladır ki, uzun müddətdir Bakıda yerləşən neftayırma zavodları təmirə dayanmışdı: "Rəsmi xəbərlər də var idi ki, həmin neftayırma zavodlarının bəzilərindəki xətlərin təmiri bitib və artıq dizel yanacağı "Avro-5" standartına uyğundur, Aİ-92 markalı benzinin də keyfiyyəti artıb. Məntiqlə, əgər zavod yenilənibsə, keyfiyyəti artmalıdır". Onun fikrincə, deməli, burada keyfiyyət məsələsi yox, yanacaqdoldurma stansiyalarında ölçü ilə bağlı problemlər ola bilər: "Məsələn, aparatın ekranında görünənlə maşına real vurulan benzinin həcmi eyni olmaya bilər. Belə bir ehtimal daha yüksəkdir". N.Cəfərli hesab edir ki, bununla bağlı istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan dövlət qurumları vətəndaşların şikayətləri çərçivəsində yoxlamalar aparmalıdır: "Həm yanacağın keyfiyyəti, həm yanacaqdoldurma aparatları yoxlanmalıdır və vətəndaşlara məlumat verilməlidir". Hər bir halda aidiyyəti qurumlar bu məsələyə mütləq aydınlıq gətirməlidirlər. Yanacağın keyfiyyəti ilə bağlı yaranmış vəziyyət, ortaya çıxan narazılıqlar artıq onu deməyə əsas verir ki, bu məsələyə hüquq-mühafizə orqanlarının qarışması qaçılmaz ola bilər. Onu da qeyd edək ki, ölkəyə gətirilən avtomobillərin demək olar əksəriyyəti yüksək oktanlı yanacaqla işlədiyindən, Aİ-92 markalı benzin və ya avro-5 standartlarına uyğun olmayan dizel onları sıradan çıxarır. Sürücülərin Aİ-92 markalı benzin və dizellə bağlı narazılığı artdığından, elektromobilə keçmək istəyənlərin sayı hər keçən gün çoxalır. İdxal olunan hibrid və elektrik avtomobillərin qiymətində də artım qeydə alınır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ