Bazar günü günü, 08 noyabr 2026
     

"Qohumla evlənənlər bu xəstəliklərə yol açır"- Mütəxəssis- həkim dəhşətli faktlar söylədi...

Image


Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılıb. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilib. Artıq qohum evlilikləri yalnız tibbi baxımdan deyil, qanunla da yolverilməzdir.

Tanınmış uşaq ginekoloqu Xəyalə İsmayılova da hesab edir ki, ölkəmizdə ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi sağlam genefondun davam etməsi üçün atılan ən doğru addımdır və məsələ kifayət qədər ciddidir. Qohum evlilikləri çoxdan ölkə miqyasında problemə çevrilib. Xəyalə İsmayılova mətbuata verdiyi açıqlamada qohum nikahların fəsadları, irsi yolla ötürülən xəstəliklər, həmçinin mütəxəssisləri narahat edən məsələlər barədə danışıb. X. İsmayılova bildirib ki, xəstə olaraq doğulmuş uşağın valideynlərindən də əvvəl, özünün yaşadığı iztirabları göz önünə gətirmək lazımdır. SİTAT: - Qohum nikahlarının qarşısının sərt şəkildə alınması müsbət nəticələrə gətirib çıxaracaq. Ortada hamıya məlum olan bir həqiqət var. O da qohum evliliklərinin tibbi baxımdan təhlükəli olmasıdır.

"Qohum evliliyinin genetik xəstəliklərə yol açma riski olduqca yüksəkdir və təqribən dünya əhalisinin 20 faizi bu problemdən əziyyət çəkir. Dünyadakı qüsurlu doğulmuş şəxslərin 41 faizinin ata və anası qohumdur. Qərb dünyasında belə nikahlar pis qarşılanır, qanunvericilikdə konkret qadağalar var. Azərbaycanda da qohum evliliyinin çox olması səbəbindən genetik xəstəliklər geniş yayılıb. Əsasən beta talassemiya, metabolik xəstəliklər, əzələ distrofiyaları, aralıq qızdırması sıx müşahidə edilir. Bəzən elə bilirlər ki, evlənəcək cütlüyün qan qruplarında uyğunluq varsa, deməli problem yoxdur. Bu məqamın doğulacaq xəstə uşaqla heç bir əlaqəsi yoxdur. Əsas genetik faktordur. Evlənəcək fərdlərin eyni soyunda vaxtilə hər hansı xəstəlik olubsa, doğulacaq uşaqda da bu xəstəliyin olması yüksək risk daşıyır.Ata-ana genetik xəstəliyin daşıyıcısıdırsa, hər hamiləlikdə uşağın 25 faiz xəstə doğulma ehtimalı var. Tibbi nöqteyi-nəzərdən bu belə izah olunur: dominant (özünü büruzə verən) genlərlə və ressesiv (gizli qalan) genlərlə keçən xəstəliklər var. Ressesiv genlərlə keçən xəstəliklər daha geniş yayılıb. Yad bir insanla ailə quranda bu xəstəliklər özünü büruzə vermir, çünki yad insanda xəstə genlər olmadığına görə, sağlam genlər ressesiv genləri örtür. Amma iki qohumda bir xəstəlik varsa, iki ressesiv gen bir-biri ilə birləşəndə xəstəlik özünü büruzə verir. O baxımdan bütün qohum nikahlarda əksər halda xəstə uşaqların doğulma ehtimalı çox yüksək olur. Nəsildə, ulu babada, nənədə olan xəstəliklər bu tip evliliklər zamanı dünyaya gələn körpələrdə təkrarən meydana çıxır. Bu da ondan irəli gəlir ki, ulu baba, nənə daşıyıcı olub, xəstəlik özünü büruzə verməyib. Sadəcə onların gələcək nəsli bu genləri götürüb.

Hər bir uşağa genomun yarısı atadan, yarısı anadan keçir. Əmiuşaqları, xalauşaqları, bibi, dayıuşaqları da hamısı eyni dərəcəli qohum evliliyidir və eyni dərəcədə genetik xəstəliklərlə rastlaşırıq. Həm ana, həm də ata tərəfdən yaxın qan qohumlarının nikahlarından olan uşaqlar qüsurlu doğula bilər. Bu evliliklərdə xəstə uşaqların doğulma riski hər zaman böyükdür. Hətta belə uşaqlar ana bətnində qalmır, ya düşük olur, ya da ölü doğulur. Beynin düzgün formalaşmaması, şəkərli diabet, eşitmə, görmə qabiliyyətinin zəifləməsi və digər bu kimi problemlər bəzən yalnız zamanla özünü büruzə verir. Hər iki tərəf daşıyıcıdırsa, ressesiv genlər birləşdiyi zaman, xəstəlik əmələ gətirmə faizi yüksəlir. Dominant genlərlə keçən xəstəliklər qohum evlilikləri olmadıqda da keçir. Daşıyıcı ana və ata praktiki olaraq sağlam insanlardır, lakin qohumdurlar və xəstəliyi genlərində daşıyırlar. Belə olan halda hər dörd qohum evliliyindən birində xəstə uşaq dünyaya gəlir.

Elə qohum evlilikləri var ki, onlarda heç bir xəstəlik yoxdur, uşaqlar da çox sağlamdırlar. Nəslə, şəcərəyə baxanda onlarda hər hansı genetik xəstəlik görmürük. Amma daşıyıcılıq var. Ona görə də ilk dönəmdə olmasa belə, nəvə və yaxud nəticələrində xəstəlik özünü büruzə verəcək.

Erkən yaşda hamiləlik qadınların reproduktiv sağlamlığı üçün ciddi təhlükədir. Erkən hamiləlik travma və vaxtından əvvəl doğuş riski kimi sağlamlıq problemlərinə səbəb olur. Xüsusilə də ananın arzuolunmaz hamiləlik keçirməsi bir çox xəstəliklərə yol açır. Bu uşaqlar erkən yaşda hamiləlik dövründə qalıcı fiziki və psixoloji problemlərlə üzləşirlər. Bu qadınların gələcəkdə təkrar hamiləliyi zamanı da fəsadlar yaşanır. Orqanizmin hamiləlik dönəmini başa çatdırıb, normal uşaq dünyaya gətirməsində problemlər yaranır. Buna görə də xəstəliklərin qarşısını almaq üçün qohum evliliklərinə, erkən nikahlara yox deyək!




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ