çərşənbə günü, 26 avqust 2026
     

Ordubad şəhərinin yeni Baş planına yerli ziyalılar necə baxdılar?..

Image


Çingiz Özgür: "Yeni Baş plan qədim Ordubada toxunulmadan hazırlanarsa bu çox gözəl olar"

Son dövrlər Azərbaycanın müxtəlif şəhərlərinin Baş planı yenidən hazırlanır. Təbii ki, buna zərurət var. Şəhərlər günü-gündən genişlənir, əhali sayı artır, yeni tikililərə, yaşayış və inzibati binaların inşasına ehtiyac yaranır. 

Amma bir məqam xüsusi vurğulanmalıdır ki, şəhərlərin Baş planı hazırlanarkən yerli şərait, tarixi memarlıq məqamları da nəzərə alınmalıdır. Elə şəhərlər var ki, ora müasir elementlərin tətbiqi özünü doğrultmir, orada ənənəvi memarlıq üslubundan istifadə daha çox arzu olunur.

Bilirik ki, hələ keçən ildən Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərinin Baş planının hazırlanacağı barədə məlumat yayılmışdı. İndi isə artıq proses gerçəkləşmək yolundadır.

Belə ki, Ordubad şəhərinin Baş planının hazırlanması ilə bağlı onlayn görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov, nazirliyin əməkdaşı Gülbuta Babayeva, Azərbaycan Respublikası Şəhərsalama və Arxitektura komitəsinin əməkdaşı Məzahir Hüseynov, İsveçrənin "SA Partners" şirkətinin əməkdaşları Angela Viest və İpek Kahraman iştirak edib.

Görüşün əsas məqsədi Azərbaycan Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının müvafiq bəndinin icrası ilə bağlı Ordubad şəhərinin baş planının hazırlanması zamanı mədəniyyət abidələrinin qorunması, şəhərin ümumi tarixi görünüşünün diqqətdə saxlanılması ilə bağlı işlərin həyata keçirilməsidir.

Görüşdə qoruq ərazisində iş aparılması üçün nəzərə alınmalı olan amillər və qaydalar, qoruğun mühafizə zonasının olması və qaydaları, sərhədlərinin mövcudluğu, tikiləcək olan otel binası layihəsinin tarixi şəhər qaydalarına uyğunluğu, yeraltı su kanalları, kəhrizlərin, tunellərin sxemləri, qoruq ərazisində tikinti və bərpa işinin aparılması qaydaları və digər məsələlər müzakirə edilib.

Ordubadı necə tanıyırsız? Ordubadın Baş planının hazırlanmasında nələrin nəzərə alınmasını tövsiyə edərdiz? Orda nələr qorunmalıdır? Bütövlükdə, bu şəhərin Baş planı hazırlanarkən nəyə diqqət yetirilməlidir? 

"Ordubad camaatının, ziyalılarının, ağsaqqallarının rəyi, fikirləri, məsləhətləri Baş planda mütləq ki, öz yerini tapacaq" 

Tanınmış jurnalist, ictimai fəal, əslən Ordubaddan olan Çingiz Özgür "Bakı-Xəbər"ə şərhində "Söhbət Ordubadın şəhər planı ststusundan gedirsə, o zaman biz Ordubada şəhər olaraq yanaşmalıyıq. Amma Ordubad həm şəhəri, həm də kəndləri ilə tam bir məmləkətdir, bütöv yurddur. Bir-birini tamamlayan 40-a yaxın kəndi var. Bütün bunlarla və çox maraqlı iqlimi, təbiəti ilə Ordubad bir bütövlük təşkil edir. Biz Ordubadın Baş planı barədə danışırqsa, bu şəhər özündə qədim dövlətçilik ənənəsini yaşadan və çox maraqlı bir plana sahib olan bir şəhərdir. Ordubadın 7 məhəlləsi, hər məhəlləsində məscidi, hər məhəlləsində kəhrizləri var. Ordubad əsararəngiz bir şəhərdir. Şəhərə memarlıq tərəfdən yanaşdıqda Ordubad kifayət qədər qədim abidələrə malik olan bir şəhər kimi diqqəti cəlb edir. Bu yaxınlarda Prezidentin Ordubadın qoruq elan edilməsi ilə bağlı verdiyi sərəncam bir daha onu göstərir ki, sözün əsl mənasında Ordubad əmin əllərdədir, dövlətimizin xüsusi nəzarətində olan bir bölgədir. 

Burada nə baş verə bilər? Yeni Baş plan qədim Ordubada toxunulmadan hazırlanarsa bu çox gözəl olar. Sovet dövründə orda inşa olunan bəzi tikililər zamanla sıradan çıxıb. Məsələn, bu gün Ordubadda mehmanxana yoxdur. Düzdür, Ordubad camaatı o qədər qonaqpərvərdir ki, bəlkə bu üzdən heç mehmanxanaya ehtiyac hiss olunmayıb. Amma bütün hallarda şəhərdə mehmanxana tikilməsinə ehtiyac var. Vaxtilə mövcud olan böyük mehmanxana sökülüb, məhv olub. Əlbəttə, mehmanxana da, yerli turizimin potensialını üzə çıxarmaq, xarici turistləri qarşılamaq tələbinə cavab verəcək obyektlərin tikintisi də, kafe və restoranlar, uşaq əyləncə mərkəzləri, istirahət yerləri də lazımdır. Müasir kənd modellərindən istifadə edib bu işlərin görülməsi kəndlərə gərəkdir. Zaman-zaman kənd icmaları, şəhər icması tərəfindən də müəyyən işlər görülür. Baş plandan danışarkən, mən bu işə bir ordubadlı kimi yanaşıram. Bu baxımdan ona arxitektura baxımından yanaşa bilmərəm, çünki memar deyiləm. Baş plan bütövlükdə Ordubadın qədimliyini qorumaq şərtilə müasir Ordubadda yer almalıdır. Belə düşünürəm. Ordubadın elə məhəllələri, elə tikilləri var ki, heç bir halda onları itməyə, kölgədə qalmağa qoymaq olmaz. Yeniliklər gözəldir. Əgər Ordubadın yeni simasında qədimliyi, tarixiliyi qorumaq, saxlamaq şərti ilə bir Baş plan hazırlanacaqsa, bunu yalnız alqışlamaq olar"-deyə bildirdi.

Ç.Özgürün sözlərinə görə, Ordubad ziyalıları ilə Ordubad rayon  İcra Hakimiyyətinin başçısı ilə görüşündə də şəhərin Baş planının hazırlanması məsələsi xüsusi müzakirə olunub. "Ona görə "Ordubad əmin əllərdədir" deyirəm ki, oranın icra başçısı əslən Ordubaddan olan, əsl ziyalı bir insandır, eyni zamanda da Ordubadı çox yaxşı tanıyır. Ona görə də inanıram ki, yeni Baş plan həm Ordubad, həm ordubadlılar, həm də bütövlükdə Azərbaycanımız üçün ən xeyirlisi olacaq, Ordubad camaatının, ziyalılarının, ağsaqqallarının rəyi, fikirləri, məsləhətləri Baş planda mütləq ki, öz yerini tapacaq. Çünki o məsləhətləri alan, o fikirləri öyrənən Ordubadın bir icra başçısı var. Bu mənada hesab edirəm ki, hər şey yaxşı olacaq. Baş plan haqda memar oolmadığı üçün peşəkar fikir söyləyə bilmirəm və orada nə olacağından xəbərsizəm. Bir Ordubad ziyalısı olaraq öz mövqeyimi bildirirəm".

Ç.Özgür hesab edir ki, Baş plan hazırlanarkən Ordubadın tarixinə toxunulmayacaq və şəhərin öz qədim ruhu saxlanılacaq. Bununla belə, müsahibimizin sözlərinə görə, Ordubadda yeni binalırın tikintisinə, su təsisatlarına, müasir standartlara uyğun keyfiyyətli yollara, köhnə yolların bərpasına ehtiyac var. "Amma Ordubadda əvvəlki dövrlərdə olduğu kimi, "mədəni abidələri qorumaq" adı ilə dağıdılmasına ehtiyac yoxdur. Bunun olacağını da düşünmürəm. Çünki o dövr keçib, arxada qalıb. İndi yəqin ki, Ordubadın Baş planını hazırılayanlar bu məsələlərə bizdən daha həssasdırlar" - deyə Ç.Özgür bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

26.08.2026 / 12:40
Netanyahunun İranın ölüm siyahısında olan oğluna sui-qəsd cəhdi – gizli yolla ABŞ-dan çıxarıldı...

26.08.2026 / 12:17
“Aİ qoşulursuz, onda niyə AİB-in imkanlarından istifadə edirsiniz?” - Duma sədri Ermənistana səsləndi…

26.08.2026 / 12:02
ABŞ noyabr seçkilərindən sonra İrana qarşı yenidən müharibəyə başlaya bilər…

26.08.2026 / 11:23
Ukrayna daha bir Wildberries anbarını və ən böyük neft zavodlarından birini vurdu…

26.08.2026 / 11:02
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik etdi

26.08.2026 / 10:57
ABŞ və İran atəşkəs barədə razılığa gəldi - İDDİA...

26.08.2026 / 10:41
İran Trampın Hörmüzlə bağlı iddialarını təkzib etdi – minaların yerini bizdən başqa heç kim bilmir…

26.08.2026 / 10:27
Bir gündə 73 cinayətin üstü açıldı

26.08.2026 / 10:15
Ermənistandan Putini qəzəbləndirəcək açıqlama - müharibədən qaçan ruslara qapılarını açdılar…

26.08.2026 / 09:58
Binəqədidə yanğın - bir nəfər öldü...

26.08.2026 / 09:15
ABŞ-da "Black Hawk" helikopteri qəzaya uğradı

26.08.2026 / 08:40
Putin Hindistan MİD rəhbərini Kremldə qəbul etdi - açıq qalan suallar var…

26.08.2026 / 08:20
Amerika parkında Özbəkistan pavilyonları - Mirziyoyev Trampa iki ənənəvi əsər hədiyyə etdi

26.08.2026 / 08:06
Sənətçi Güllünü öldürənin öz qızı olduğu təsdiqləndi - ağırlaşdırılmış ömürlük həbs…

26.08.2026 / 07:48
İran və Oman Hörmüzdən gəmilər üçün müvəqqəti keçid barədə anlaşdı

26.08.2026 / 07:43
Medvedev Finlandiya prezidentini "əsl axmaq" adlandırdı

26.08.2026 / 06:44
MKİ hesabat dərc etdi, kəşfiyyatın rəhbəri Moskvaya uçdu… Müəmma…

26.08.2026 / 06:05
Tramp ölkədə bayraqların endirilməsini əmr etdi - musiqiçi Parton üçün

26.08.2026 / 05:50
İran prezidenti müsəlman ölkələrini birliyə çağırdı

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

25.08.2026 / 17:39
Tramp İranla bağlı dünya liderlərinə bir-bir zəng vuracaq - xəbərdarlıq və hədə zəngi...

25.08.2026 / 17:25
Paşinyan Köçəryanın bütün gəlir qaynaqlarını da qurudur… Şirkət direktorları saxlandı - 2,6 milyardlıq yeyinti…

25.08.2026 / 17:11
Paşinyan Köçəryan və Sarkisyanı bitirmək üçün hərəkətə keçdi – biri həbs edildi, digərinə cinayət iş açıldı…

25.08.2026 / 16:55
Qazaxıstanda "Ədalət"lə "Əmanət" birləşsə də, Tokayevin planları ilə bağlı qeyri-müəyyənlik qaldı...

25.08.2026 / 16:34
“Azəripək” “Azərxalça”ya birləşdirilir - FƏRMAN

25.08.2026 / 16:32
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevrilir...

25.08.2026 / 16:29
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM

25.08.2026 / 16:25
Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi

25.08.2026 / 16:22
Qeyri-neft ixracı 184 faiz böyüdü - qızılın ölkə iqtisadiyyatında xüsusi çəkisi artır...

25.08.2026 / 16:03
İsrail özünü "Yaxın Şərqdə ən demokratik ölkə" elan etdi - Türkiyə bu bəyanatı cavabsız buraxdı...

25.08.2026 / 15:45
Ukrayna Rusiyanın Afipski və Həştərxan neft-qaz emalı zavodlarını vurdu…

25.08.2026 / 15:30
Ermənistanın Avroittifaqa üzvlük referendumunun vaxtı bəyan edildi...

25.08.2026 / 15:17
Laçında Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirildi

25.08.2026 / 15:12
Azərbaycan memarlığında xəlvətiyyələr...

25.08.2026 / 15:03
Prezident seçkiləri Ukraynanı məğlubiyyətə sürükləyə bilər...

25.08.2026 / 15:00
Bakı ilə Daşkənd bir-birinə əvəzsiz qapılar açır - biri Mərkəzi Asiyaya, digəri Avroatlantik məkana...

25.08.2026 / 14:52
Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...

25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi - əlaqələri kəsin…

25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ