Bazar günü günü, 08 noyabr 2026
     

İctimai nəqliyyatdan narazılıq - qiymət artsa da dəyişən nəsə yoxdur...

Image


Aparılan son araşdırmalar göstərir ki, Bakıda sərnişinlər hələ də ictimai nəqliyyatın fəaliyyətindən narazıdır. Mütəxəssislər nəqliyyatın effektiv fəaliyyəti üçün vacib olan amillər sırasında bu sahədə təklifin artmaqda olan tələblə ayaqlaşa bilməsini, şəhərətrafı torpaqlardan səmərəli istifadəni, ictimai nəqliyyatın müxtəlif qollarının inteqrasiyasını, nəqliyyatı idarə edən qurumların və rəsmilərin bu sahədə aydın baxışının olmasını qeyd edirlər.

Bundan başqa, Bakıda alternativ nəqliyyat növlərinin yaradılması vacibdir. Bu proses həm Bakı və Bakıətrafı ərazilərdə ictimai nəqliyyatın yükünü, həm də ekologiyaya dəyən ziyanı azaldır. Onu da xatırladaq ki, alternativ ictimai nəqliyyat növlərinin yaradılması ilə bağlı 2018-ci ilin dekabr ayında prezident İlham Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. Yəni həmin proqramda tramvay və trolleybus kimi ekoloji təmiz nəqliyyat vasitələrinin yaradılması göstərilib. Amma bu istiqamətdə hər hansı addım atılmayıb. Bu arada onu da xatırladaq ki, iyulun 1-dən avtobuslarda və metroda gediş haqqı 10 qəpik bahalaşaraq 50 qəpik olub. Bakı-Sumqayıt istiqamətində avtobusda gediş haqqı isə 60 qəpikdən 70 qəpiyə yüksəlib. Amma qiymət artımından sonra keyfiyyətdə heç bir dəyişikliyin olmadığı bildirilir. Şikayətlərə görə, periferiyada fəaliyyət göstərən avtobuslarda kondisionerlər işləmir, sıxlıq davam edir. Bakıda yaşayan Bahar Əliyeva bu xüsusda "Azadlıq" radiosuna deyir ki, "Əhmədli qəsəbəsi - Sabunçu vağzalı" marşrutu üzrə işləyən 62 nömrəli avtobusların vəziyyəti heç də ürəkaçan deyil: "İllərdir köhnə avtobuslarla gedib-gəlirik. Nə kondisioneri var, nə də isitmə sistemi. Yayda istidən bişirik, qışda donuruq. Yol gedəndə də elə bilirsən, bu dəqiqə avtobus dağılacaq. Qiymət 10 qəpik qalxıb, amma nəyə görə qalxdığını bilmirik. Elə eyni vəziyyət qalıb". Sosial şəbəkələrdə metro stansiyalarında da bəzi qatarlarda kondisionerin işləmədiyi, sıxlığın olması ilə bağlı şikayətlər eşidilir. "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Turan"a bildirib ki, yayda sərnişinlərin sayı azalıb. B.Məmmədov qeyd edib ki, buna uyğun olaraq Bakı Metropoliteni yay hərəkət qrafikinə keçir: "Səhər saat 7-dən 10-a qədər və axşam - saat 17:30-dan 21:30-a qədər "28 May" – "Həzi Aslanov" istiqamətində 2 dəqiqə 30 saniyəlik interval tətbiq olunur. Həmin intervalda sıxlığı tənzimləmək üçün metropoliten ehtiyat qatarlardan rahat istifadə edə bilir. Qışda bu interval 2 dəqiqədir. Günün qalan saatlarında heç nə dəyişmir". Onun sözlərinə görə, köhnə nəsil qatarlarda kondisioner sistemini tətbiq etmək texniki cəhətdən mümkün deyil: "Bakı Metropoliteni bununla bağlı araşdırmalar aparıb, istehsal müəssisəsinin müvafiq rəyini də almışıq. Bu, faktiki olaraq yeni vaqonun istehsal prosesinə bərabər olur. Bir vaqona soyutma sisteminin quraşdırılması üçün o, tamamilə sökülməli, havalandırma, elektrik xətləri dəyişməlidir. Bu da o deməkdir ki, vaqonun konstruksiyası dəyişir, bu isə qəti qadağandır". B.Məmmədov vurğulayıb ki, Bakı Metropoliteninin 61 qatarı var, onlardan 23-ü yeni nəsil qatarlardır: "Yaxın üç il ərzində 65 yeni vaqon gətiriləcək. Onlardan 35-i məhz yaxın bir ildə xəttə buraxılacaq. Bu da o deməkdir ki, köhnə vaqonlarda kondisionerin olmaması problemi mərhələ ilə öz həllini tapacaq". Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən vurğulanıb ki, avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır: "Son bir ildə yalnız Bakıda 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Həmçinin bu il ərzində daha 200 avtobusun təmir olunaraq istismara qaytarılması, eləcə də 160 yeni elektrik avtobusun alınaraq Bakıya gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır".

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun deməsinə görə, ölkədə qiymət artımı olsa da, keyfiyyətdə dəyişiklik yoxdur: "Hazırda Bakıda 2 minə yaxın avtobusun olduğunu deyirlər. Bu azdır. Həm də bunların 1 mini 15-20 ilin avtobuslarıdır. Normal ictimai nəqliyyatdan danışırıqsa, yeni avtobusların sayı 3 min olmalıdır. Sürücülər də dəqiq qrafiklə işləməlidir". Metroya gəlincə, Ə.Hüseynov hesab edir ki, Bakı Metropoliteni mümkün olan bütün potensialı ilə işləyir: "Amma yenə də məlumatlar var ki, bəzi vaqonlarda kondisioner yoxdur, sadəcə havalandırma sistemi var, o da qızmar yayda dolu vaqonda sərinliyi təmin etmir. Vaqon parkının xeyli hissəsi köhnəlib və yenilənməyə ehtiyac var. Eyni zamanda, sıxlığın aradan qaldırılması üçün xətlər bir-birindən ayrılmalıdır". Onun fikrincə, bütün bunlar böyük investisiya tələb edir: "Qiymətin 10 qəpik qaldırılması keyfiyyəti qaldıracaq gücdə deyil. Ona görə də bu sahənin maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilməlidir". Onu da qeyd edək ki, dövlət Bakı Metropoliteninə, daşıyıcı şirkətlərdən isə "Baku Bus MMC"yə illik subsidiya ayırır. Avtobusları dizel mühərriki ilə çalışan özəl daşıyıcı şirkətlərə dizel subsidiyası verir. Bundan əlavə, Azərbaycanda yalnız xidməti vəzifəsinin icrası zamanı polis orqanları əməkdaşları və müddətli həqiqi hərbi xidmət qulluqçularının metrodan ödənişsiz istifadəsi üçün güzəştlər nəzərdə tutulur. Başqa heç bir sosial təbəqəyə, statusu olan şəxslərə güzəşt yoxdur. Bu, özlüyündə dövlətin özəl daşıyıcılara yaratdığı imkandır. Amma əvəzində ictimai nəqliyaytın fəaliyyəti hələ də tələblərə cavab vermir. 

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ