Bazar günü günü, 08 noyabr 2026
     

“Şaxsey”ə uşaq aparanlar bilməlidir ki, bu, Allahın da xoşuna gəlmir...

Image


"Valideynlərə tövsiyə edərdim ki, belə isti havada sıxlığın və izdihamın olduğu mərasimlərə övladlarını aparmasınlar, bunun onların övladlarına xeyrindən çox zərəri ola bilər"

Uşaqların, azyaşlıların belə isti havalarda sıxlıqla, izdihamla müşayiət olunan kütləvi mərasimlərə aparılmasının təhlükəli olduğu məlumdur. 

Bu baxımdan, mərasimlərdə azyaşlı uşaqların iştirakı onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun sayılmır. Həm belə isti havada, həm sıxlıq şəraitində, izdihamda hər şey baş verə bilər, həm də Aşura kimi kütləvi mərasimlərdə uşaqların iştirakı ona gərək deyil. Dinimizin tələbindən kənara çıxıb uşaqların, azyaşlıların "şaxsey-vaxsey" deyilən mərasimlərə aparılması, heç şübhəsiz, Allaha da xoş getməz. 

Belə isti havada, sıxlıq şəraitində, bunun körpə uşaqlar üçün elə də gərəkli, vacib olmadığı şərti daxilində azyaşlıların, yeniyetmələrin "şaxsey-vaxsey" deyilən məscidlərə, Aşura mərasimlərinə aparılması nə dərəcədə doğrudur?

"Uşaqları bu məsələlərə qatmaq tamamilə günahdır, qətiyyən yolverilməzdir" 

Tanınmış ilahiyyatçı Tural İrfan "Bakı-Xəbər"ə bildirdi ki, bu istiqamətdə həm din xadimləri, həm də media vaxtaşırı maarifləndirmə işləri aparır və uşaqların o cür mərasimlərdə təmsil olunmasının düzgün olmadığını deyirlər. "İslam dinində ibadətlərin edilməsi, ayinlərin icrası həddi buluğa çatandan sonra insanlara vacib olur. Yəni müsəlmanlar həddi-büluğa çatdıqdan sonra mükəlləf olurlar. Xüsusən də, Aşura məraismlərində edilən hərəkətlərin heç biri ibadət sayılımır. Yəni zəncir vurmağın, mərsiyyə deməyin, ağlamağın, şaxsey-vaxsey deməyin, o tədbirlərdə toplaşmağın, insanları bəzən də narahat etməyin Quranda, şəriətdə heç bir əmri, göstərşi yoxdur.  Bu, ümumiyyətlə rsəmi olaraq da tövsiyə olunmur. Bunlar din xadimlərinin qeyri-rəsmi şəkildə çıxardığı əməllərdir. Xüsusən də uşaqları bu məsələlərə qatmaq tamamilə günahdır, qətiyyən yolverilməzdir. Bütün mənalarda uşaqların belə məraimlərə qatılması, aparılması qətiyyən düzgün deyil. Böyüklər əsaslandıra bilərlər ki, bu bizim inancımızdır və sair. Uşaqlar həddi-büluğa çatmayıblarsa, demək o əqidəni, etiqadı mənimməyiblər. Mənimsələr də belə, uşaqlar həddi-büluğa çatmadıqları üçün onların ora aparılması düzgün deyil. İnsan özü sərbəst getməlidir. Amma biz müşahidə edirik ki, valideynlər özləri uşaqlarını məqsədyönlü şəkildə yönəldir. Bəzən də xaricə təqlid edən bəzi "din xadimlərimiz" kütlənin daha izdihamlı olması, bəlkə də hansısa təxribatların yaşanması üçün uşaqları da qəsdən o məraimlərə cəlb edirlər. Uşaqların belə mərasimlərə aparılması, cəlb edilməsi qətiyyən yolverilməzdir. Xüsusən də orada keçirilən ağlaşma məclisləri, səsy-küy, faciə görüntüsü uşaqların psixologiyasına çox ağır təsir göstərir. Orada  zəncir vurmaq, baş yarmaq kimi məsələrə yol verilməsə də belə, mərasimdə  gördükləri uşaqların psixikasında ağrılı iz buraxır.  Onlara uşaq yaşından psixoloji travma yaşadır. Uşaqların nəzrində islam dininə qarşı bir qara, bədbin obraz yaradılır. Yəni uşaqlar, gənclər öz dinləri haqqında xoş, ürək açan bir məsələ görmürlər, ancaq matəm, ağlaşma görürlər və bu da uşaqların nəzərində islam dini haqqında "qılıc dini", bir-birinin başını kəsmiş, bir-birini qırmış insanlar obrazı yaradılır. Bu, uşaqlarda çox pis təsir buraxır".

T.İrfan valideynlərə tövsiyə edir ki, həm hava şərtləri ilə əlaqədar, həm sıxlıq və izdiham baxımından, eyni zamanda da uşaq psixikasına mənvi təsir göstərən amillərin olması nöqteyi-nəzərindən azyaşlı övladlarını o mərasimlərə aparmasınlar. "Valideynlərə tövsiyə edərdim ki, belə isti havada, sıxlığın və izdihamın olduğu mərasimlərə övladlarını aparmasınlar, bunun onların övladlarına xeyrindən çox zərəri ola bilər. Ən azı təhlükəsizlik baxımından bunu etməsinlər"-deyə bildirən T.İrfan qeyd etdi ki, valideynlər hər şeydən əvvəl övladlarını düşünməlidirlər. "Onlar uşaqlarını o mərasimlərə qoymasınlar. Bu din deyil. Ən dəhşətlisi də odur ki, bu işləri təşkil edənlər bunu din adı ilə, Əhli-Beyt adı ilə deyirlər. İnanıram ki, İmam Hüseyn sağ olsaydı Yeziddən əvvəl bu xurafatı yayanların, yaşadanların, körpə uşaqları bu işə qatanların  cəzasını verərdi. Hətta bir vaxtlar olub ki, uşaqların alnını ülgüclə çapırmışlar, onları qana qərq edirmişlər, bu dəhşətlər içində yaşadırmışlar. Bu qətiyyən yolverilməzdir. Heç Yezidin özünün ənənəsində bu xurafatlar olmayıb. Allah uzaq eləsin, İmam Hüseynə bu məsələləri şamil etmək onu və Əhli-Beyti təhqir etməkdir.  Mən bunu bu cür qəbul edirəm. Quran da, din də, Peyğəmbər də, elə imamların özləri də hədislərində bu cür deyirlər. Əhli-Beyt imamları, Əhli-Beytin Kərbəlada sağ qalmış qadınları, kişiləri İmam Hüseyn şəhid olanda üç gün yas saxlayıblar. Yezidin sarayında əsir olanda üç gündən artıq yas saxlamayıblar. Ondan 1000-1400 il sonra 40-50 gün dünyanı qara parçalara bürümək, uşaqları aparıb o məraimlərə qatmaq, insanları narahat etmək, "toy, nişan, xeyir iş olmaz" kimi şeyləri ortaya gətirmək kimi məsələlər tamamilə İmam Hüseynin şəhadətini ucalığının, fəlsəfəsinin əksinə, əleyhinə olan işlərdir. Mən əsasən uşaqlar barədə deyə bilərəm ki, uşaqları bu mərasimlərə aparmaq, onların o sıxlıqda, hay-küydə, izdihamda olması qətiyyən düzgün deyil. Orada müxtəlif səsgücləndiricilər vasitəsilə mərsiyələr, nöhələr oxuyurlar, "şaxsey-vaxsey" deyirlər, uşaqların bunlara qulaq asması onlara ağır travma yaşadır. Bununla bağlı psixoloqların da rəyi var ki, uşaqlıq yaşından onlar psixoloji travma alırlar. Uşaq yaşdan bədbin ruhda yaşayırlar, öz dinləri haqda çox mənfi fikirdə olurlar. Buna görə də uşaqları bu məsələyə qatmaq, onları o mərasimlərə aparmaq qətiyyən doğru hərəkət deyil"-deyə T.İrfan bildirdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ