Bazar günü günü, 08 noyabr 2026
     

BMU-İNHA ikili diplom proqramının ilk “Məzun Günü” keçirilib

Image


Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) ilk "Məzun Günü" keçirilib.

Elm və Təhsil Nazirliyinin rəsmiləri, Koreyanın ölkəmizdəki səfirliyi, həmçinin KOİCA-nın əməkdaşları, hər iki universitetin rektorları, professor-müəllim heyəti, eləcə də məzunların iştirak etdiyi tədbir şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla anılması, ardınca Azərbaycan və Koreyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev ikili diplom proqramından məzun olan tələbələri ürəkdən təbrik edib, onlara karyera pilləsində bol uğurlar arzulayıb.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu xaricdə təhsil ənənəsinin davamı olaraq Prezident cənab İlham Əliyev tərəfindən bu istiqamətdə önəmli tədbirlərin həyata keçirildiyini vurğulayan rektor müxtəlif proqramlar çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil alan gənclərin böyük əksəriyyətinin geri qayıdaraq ölkəmizin inkişafına töhfələr verdiyini bildirib.

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" əsasında icra olunan BMU-İNHA İDP haqqında ətraflı məlumat verən Yaqub Piriyev proqram çərçivəsində hazırda 385 tələbənin təhsil aldığını və artıq 61 tələbənin həmin proqramdan ilk dəfə məzun olduğunu söyləyib. Proqramın Azərbaycanın təhsil sistemində yeni olmasına baxmayaraq, BMU-nun tarixinə mühüm hadisə kimi düşdüyünü söyləyən rektor ilk dəfə xarici tərəfdaş universitetlə bu həcmdə bir layihə çərçivəsində əməkdaşlıq edildiyini, bunun nəticəsində professor-müəllim heyətinin nəzəri və praktiki biliklərinin təkmilləşdiyini deyib. Ali təhsil ocağının rəhbəri diqqətə çatdırıb ki, cari tədris ilinin əvvəlində proqram üzrə nəzərdə tutulmuş 123 nəfərlik qəbul kvotası ilk dəfə 100% dolub, bu isə proqramın yaratdığı maraq və onun əhəmiyyətini aydın ifadə edir.

Koreyada təhsil alan tələbələrin yüksəkixtisaslı mühəndis kadrlar kimi işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına töhfələr verəcəklərinə inandığını söyləyən Yaqub Piriyev proqramın uğurla gerçəkləşməsində əməyi keçən hər kəsə, ilk növbədə, professor-müəllim heyətinə təşəkkür edib. Rektor, eyni zamanda tələbələrin valideynlərinə minnətdarlığını çatdırıb, məzunlara isə bir daha karyeralarında uğurlar, həyatlarında cansağlığı və xoşbəxtlik arzulayıb.   

Elm və Təhsil Nazirliyi adından məzunları təbrik edən nazir müavini İdris İsayev ölkəmizdə təhsilə dövlət səviyyəsində göstərilən diqqət   və qayğıdan danışıb. Gənclərin nüfuzlu xarici universitetlərdə təhsil almaları üçün qəbul olunan dövlət proqramlarının əhəmiyyətini, yüksəkixtisaslı kadrların yetişməsində müsbət rolunu vurğulayaraq bildirib ki, bütün təhsil səviyyələrini əhatə edən dövlət proqramları təhsillərini xaricdə davam etdirmək istəyən məzunlar üçün geniş  imkanlar yaradır. Məzunların qazandıqları bilik və bacarıqların gələcək əmək fəaliyyətlərində onlara böyük kömək olacağını deyən İdris İsayev ölkəmizdə müasir bilik və bacarıqlara malik kadrların əmək fəaliyyəti üçün də əlverişli imkanların mövcud olduğunu sözlərinə əlavə edib. Bu gün məzun olan gənclərin nailiyyətlərini həm də hər iki universitetin professor-müəllim heyətinin uğurları kimi xarakterizə edən nazir müavini müəllimlərə, habelə övladlarının yetişməsində və təhsillərində böyük dəstək olan valideynlərə minnətdarlığını bildirib. Cəmiyyətimizin inkişafının savadlı gənclərdən asılı olduğunu deyən İdris İsayev məzunları öz üzərlərində daim işləməyə, bilik və bacarıqlarını artırmağa çağırıb.     

İNHA Universitetinin rektoru Cho Myeong Voo isə çıxışında 2020-ci ildə BMU tələbələrini İNHA-da qarşıladığı günü xatırlayıb, pandemiya dövrünün çətinliklərində təhsilinə davam edən, oxuyan tələbələrin əzminin, fədakarlığının nəticəsi olan məzun buraxılışı mərasimində xoş hisslər keçirdiyini dilə gətirib. "Məzun olmaq son deyil, yeni başlanğıcdır, yeni başlanğıclar çətin görünsə də, sonsuz imkanlar və nailiyyətlərin qazanılması üçün şansdır"-deyən rektor gəncləri hər zaman yeniliklərin arxasınca getməyə, sonsuz imkanlara inanmağa səsləyib. Məzunlara uğurlar və xoşbəxtlik arzulayan Cho Myeong Voo BMU ilə əməkdaşlıq çərçivəsində İNHA Universitetinin proqram məzunlarının 10%-nə bu universitetin magistr proqramlarına qəbul olunduqları təqdirdə tam təqaüd ayıracağını, istedadlı tələbələrin inkişafları üçün köməklik göstəriləcəyini bildirib.

Koreyanın Azərbaycandakı səfirliyinin əməkdaşı xanım You Kyoung Hvang da məzunları təbrik edərək iki universitet arasındakı diplom proqramını Koreya ilə Azərbaycanın təhsil sahəsində əlaqələrinin ən bariz nümunəsi adlandırıb. Səfirlik nümayəndəsi BMU-İNHA İDP-yə bundan sonra neçə-neçə məzun buraxılışları həyata keçirən ən uğurlu təhsil əməkdaşlığı layihəsi kimi böyük ümidlər bəslənildiyini bildirib. Əlavə edib ki, proqramın məzunları Koreya ilə Azərbaycanın gələcəyə istiqamətlənmiş əlaqələrinin inkişafında böyük rol oynayacaqlar.  

Çıxışlardan sonra 2023/2024-cü tədris ili məzunlarından ixtisas birincilərinə fəxri diplomlar təqdim olunub, eyni zamanda proqramın digər məzunları da mükafatlandırılıb.

Tədbir məzunların "papaq atma" mərasimi və ikili diplom proqramı tələbələrinin ifasında Azərbaycan, həmçinin Koreya rəqslərinin nümayişi ilə başa çatıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ