Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənistanın tarixdən silmək istədiyi Göyçə mahalının tarixi coğrafiyası...

Image


“Folklor yaradıcılığında Qərbi Azərbaycan izləri” rubrikasında qədim türk-oğuz yurdu, folkor yaradıcılığının, aşıq sənətinin tarixi beşiklərindən biri Göyçə mahalından, onun tarixi coğrafiyasından, inzibati bölgüsündən söhbət açacağıq.

Göyçə gölü ətrafında yerləşən tarixi Göyçə mahalı Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olub. Tədqiqatçıların verdikləri bilgiyə görə, 1747–1828-ci illərdə İrəvan xanlığının mahalı olub. Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu.

Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş edib.

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub. 1918–1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min km². olub. 1920-ci ildən AXC-ni işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Zəngəzur mahalı, Göyçə mahalı, Şərur mahalı, Dərələyəz mahalı, Dilican ərazisini qanunsuz şəkildə Ermənistana verib.

Göyçə gölünün adı “Kitabi Dədə Qorqud”da çəkilir. Tədqiqatçılara görə, "Kitabi-Dədə Qorqud"da rast gəlinən yer-yurd adlarının izini Göyçə gölü boyunca hər tərəfdə tapmaq olar. Bu eposda Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər azərbaycanlıların qədim yaddaşının və mədəniyyətinin izidir. Göyçə mahalı cənubdan – Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimalda isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunmuşdur. Şah dağından baxanda bu mahal ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladırdı. Göyçə mahalı çox qədim zamanlardan bəri el şairlərinin vətəni olmuşdur. Göyçə mahalında yaşayıb-yaratmış saz ustaları aşıq sənətinə yenilməzlik gətirmişlər. Buranın əhalisi şad günlərdə, qəmli anlarda qədim qopuzun varisi olan sazı kökləmiş və onun sədaları ilə ürək çırpıntısını, daxili sızıltısını ifadə etmişdir. Göyçənin elə bir guşəsi yoxdur ki, orada türk-oğuz izlərinə rast gəlinməsin. Toxluca kəndindəki Qanqalı dağı, Göyərçin kəndinin örüşündə Qara Quzeyadlı dağı, Zod aşırımında soyuq bulaq uzaq keçmişdən bu günə kimi oğuz türklərinin daş yaddaşı idi. Göyçə elinin şifahi xalq ədəbiyyatı nümunələrindəki mifoloji varlıqlar haqqında inanclarının kökü qədim dövrə gedərək tanrıçılıq, şamançılıq dünyagörüşünə söykənir. Əyə inancı insanlara sağlamlıq, səadət, bərəkət gətirən ocaq hamisi sayılırdı. Qaraçuxa isə tale, bəxt tanrısıdır. Bu tanrıların simvolları xalça sənətinə də keçmiş, onun naxış-kompozisiya həllində iştirak edib...Bu barədə internet resurslarında gedən məlumatlarda bəhs olunur.

Goyce.az saytında qeyd edilir ki, tarixlər boyu aborigen türk tayfalarının yaşadığı Göyçə mahalında VIII əsrin əvvəllərindən başlayaraq Qara dəniz bölgəsində yaşayan türk mənşəli kimmer, iskit, sak tayfalarının axını və məskunlaşması prosesi başlanıb. Türklərin bu etnik köç prosesi XI – XII əsrlərə qədər davam esib. Müxtəlif dövrlərdə bu bölgəyə türk tayfaları olan kimmer, sak, quqar, şirak, katak, peçeneq, oğuz tayfalarının gəlişi nəticəsində yerli türk əhalisinin demoqrafik və etnik mövqeyi güclənib. Orta əsrlər dövründə də bu bölgənin azərbaycan türklərinin tarixi vətəninin bir hissəsi olması haqqında qaynaqlarda təkzib olunmaz məlumatlar mövcuddur. “Oğuz türklərinin böyük tarixi və ədəbi ensiklopediyası olan “Kitabi Dədə Qorqud” dastanında Göyçə mahalı haqqında geniş məlumatlar verilmiş, bu bölgə Oğuz türklərinin vətəni kimi təsvir olunmuşdur. Bu bölgədə olan bir çox toponimlər dastanda verilən toponim və şəxs adları ilə eyniyyət təşkil edir. Göyçə mahalında ən qədim yaşayış məskənlərindən olan Babacan kəndinin toponim və antroponim( ad bildirən) üzrə yanaşmalarda tarixinə baxsaq bu ad “Kitabi Dədə Qorqud” dastanlarında Baybecan adı çəkilən oguz igidlərindən birinin adı ilə bağlı olduğunu görə bilərik. Eyni zamanda "Kitabi-Dədə Qorqud" dastanında Göyçə gölü çevrəsini əhatə edən Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər azərbaycanlıların qədim yaddaşının və mədəniyyətinin izidir. Göyçə mahalı ərazisi türk mənşəli Sacilərin, sonra Salari və Rəvvadilərin, Səlcuq İmperiyasının, Atabəylər, Hülaki, nəhayət XV əsrdə Qaraqoyunlu, sonralar Ağqoyunlu dövlətləri və Səfəvi dövlətinin tərkibində olub. Qaraqoyunlu və Ağqoyunlu dövlətləri dövründə Çuxursəd vilayətinin tərkibində olan Göyçə mahalı, Səfəvi dövləti dövründə 13 bəylərbəyilikdən biri olan Çüxursəd bəylərbəyiliyinin ərazi inzibati vahidlərindən biri olmuşdur. Qaraqoyunluların hakimiyyətinin ilk dövrlərində Çuxursəd vilayətini Sədlilər sülaləsi idarə edirdi. Lakin Qaraqoyunlu hökmdarı İsgəndərin dövründə Sədli tayfasının nümayəndələri idarəçilikdən uzaqlaşdırılmış və Çuxursədin idarəçiliyi birbaşa mərkəzi hakimiyyətə tabe edilmişdir. Azərbaycanda Səfəvilər sülaləsinin hakimiyyəti dövründə Çuxursəd bəylərbəyiliyini səfəvi şahlarının təyin etdikləri iki Azərbaycan türk tayfasının – ustaclı və rumlu tayfalarının nümayəndələri idarə edirdi. Çuxursəd bəylərbəyliyinin Həsən bəy Rumlunun “Əhsən-üt təvarix” əsərində 1538-ci ildə xatırlanan ilk bəylərbəyi Bədir xan Ustaclu olmuşdur. 1554-cü ildə Sultan Süleyman İrəvana hücum edərkən Hüseyn xan Rumlu Cuxursəd bəylərbəyi idi. Uzunmüddətli Səfəvi-Osmanlı müharibələri dövründə strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bu bölgə ciddi dağıntılara məruz qaldı. Nəhayət, 1590-cı il İstanbul sülh müqviləsinə görə, Cuxursəd bəylərbəyiliyinin ərazisi Osmanlı imperiyasının tabeliyinə keçdi 1590-cı ildə Osmanlılar tərəfindən tərtib olunmuş “Müfəssəl dəftər”ə görə Cuxursəd bəylərbəyliyinin ərazisi iki livaya – İrəvan və Naxçıvan livalarına bölünmüşdür. XVII əsrdə baş verən Səfəvi – Osmanlı müharibələri nəticəsində, 1635-1639-cu illərdə Cuxursəd bəylərbəyliyinin ərazisinin təqribən yarısı Osmanlı imperiyasının tabeliyinə keçdi”. Saytda vurğulanır ki, XIV-XVI əsrlərdə ona məxsus ərazilərin yalnız İrəvan və Şərqi Şörəyel bəylərbəyliyin əlində qaldı (6, 8-9).XVII əsrin 30-cu illərindən XVIII əsrin 20-ci illərinə qədər olan dövrdə Cuxursəd bəylərbəyliyi İrəvan, Şərqi Şörəyel Naxçıvan və Maku əyalətlərini əhatə edirdi (5, 42).XVIII əsrin 20-ci illərində Səfəvi dövlətinin siyasi böhran dövründən istifadə edən Rusiya və Osmanlı imperiyası Cənubi Qafqaza – Səfəvi dövlətinin şimal bölgələrinə hərbi müdaxiləyə başladılar. 1724-cü ildə bağlanan Rusiya-Osmanlı birgə müqaviləsinə görə, Səfəvi dövlətinin şımal bölgələri tərəflər arasında bölüşdürüldü. Bu müqavilədən sonra Azərbaycanın digər əraziləri ilə yanaşı, Cuxursəd bəylərbəyliyinin əraziləri də müharibə meydanına çevrildi...

Qeyd edilir ki, XVIII əsrdə Azərbaycan Səfəvi dövlətinin süqutundan sonra bu bölgə Əfşarlar imperiyasının hüdudları daxilində Azərbaycan inzibati ərazisinin tərkibində olmuşdur. Nadir Şahın ölümündən sonra Göyçə mahalı çevrəsində İrəvan xanlığı yaranmışdır. Nadir Şah Əfşarın İrəvan xanlığı Çuxursəd bəylərbəyiliyi əsasında təşəkkül tapmışdı. Nadir Şah qətlə yetirildikdə İrəvan bəylərbəyi Pir Mahmud xan hakimiyyəti əldən verməməyə cəhd göstərmişdisə də, İrəvanda İran ağalığına qarşı üsyana başçılıq edən yerli feodal Mir Mehdi xan özünü xan elan edərək, müstəqil İrəvan xanlığının əsasını qoydu. Lakin İrəvan xanlığı keçmiş bəylərbəyiliyin bütün ərazisini əhatə edə bilmədi. Onun bir hissəsi Naxçıvan və digər xanlıqların tərkibinə daxil edildi. “İrəvan xanlığı Azərbaycanın qərbində Göyçə gölü ətrafında yerləşmiş və 15 mahaldan ibarət idi: Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Üzməli, Dəzəkənd-Parçenis, Səədli, Talın, Seyidli-Asaxlı, Sərdarabad, Qərbibasar, Abaran, Dərəçiçək və Göyçə. Xanlığın mərkəzi İrəvan şəhəri idi.Tarixşünaslıqda Göyçə adının etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Əksər alimlərin fikrincə bu ad hidronimdir və Göyçə gölünün adından götürülmüşdür. Göyçay sözünün tədricən dəyiçilərək Göyçə formasına düşməsi əsasında əmələ gəlmişdir. Gölün suyunun rəngi göy (təmiz, duru) olduğu üçün Göyçay adlandırılmışdır. Müxtəlif illərdə nəşr olunan “Kitabi-Dədə-Qorqud” dastanlarında Göyçə gölünün adı Göyçə dəniz, Gökcə dəniz, Gökçe dəniz formalarında qeyd edilmişdir. Orta əsr Azərbaycan tarixçisi İsgəndər bəy Münşi Türkmanın “Tarixe-aləmaraye-Abbasi” əsərində də Göyçə gölü haqqında olduqca maraqlı məlumatlar vardır. Bu əsərdə gölün adı Gökcə (Göycə) dənizi və ya Gökcə Təngiz kimi əks olunmuşdur. İsgəndər bəy Münşi öz əsərində Göycə dənizinin təbiəti haqqında yazır: “... Təbiətin paklıq və xürrəmilik vaxtı olan bahar günlərində əlhəzrət zilləlah şah (I Şah Abbas-M) havasının lətafəti, suyunun bolluğu, gül-çiçəyinin çoxluğu, çay və bulaqlarının göz oxşaması ilə göz oxşayan və cənnət gülzarına bənzəyən Göycə dəniz yaylağında işrətlə məşğul olub ov edirdi” (9, 1204).Səfəvi dövrü Anonim müəllifi “Tarix-i aləmara-yi Səfəvi” əsərində də bu gölün adını “Göyçə dəryası” adlandıraraq yazır: “İsmayıl (Səfəvi-M) Ərdəbildən “Göyçə dəryası kənarına getmək, oradan isə Şərqi Anadoluya keçmək fikrində idi”. Erməni və rus mənbələrində bu göl Göyçay (Sinaya-Voda), Sevank, Qeqam, Qeqarkuni fomasında qeyd edilir.  Rus işğalından sonra məkrli siyasətini davam etdirən erəmənilər Göyçə gölünün adını dəyişdirib Sevank (Qarakilsə) qoymuşlar. Bu ərazidə qədim albanlar tərəfindən qara daşdan tikilmiş kilsə mövcuddur və Göyçə adının Sevank adlanadırılması da bununla əlaqədardır. Bu yolla ermənilər ərazinin tarixi adını saxtalaşdırmaq məqsədi güdmüşlər...”

Sayta görə, Göyçə mahalı İrəvan xanlığının şimal hissəsini əhatə etməklə, həm ərazisinə, həm də əhalisinin sayına görə xanlığın ən böyük mahalı hesab edilirdi. Bu mahal indiki Ermənistan Respublikası ərazisindəki Çəmbərək (Krasnoselo) rayonuna daxil olan Toxluca, Ağbulaq, Şorca, Ardanış, Cil kəndbrini, Basarkeçər (Vardenis), Qaranlıq (Martuni), Kəvər (Kamo) rayonlarının ərazilərini əhatə edirdi...

“Azərbaycanın qədim və tarixi torpaqlarında yeni inzibati bölgü - “Erməni vilayəti” yaradıldı. Rus tarixçi-statistiki İ.Şopen tərəfindən 1828-ci ilin aprelindən 1832-ci ilin mayına qədər “Erməni vilayəti”ndə kameral siyahıyaalma həyata keçirilmişdir. Həmin siyahıyaalmanın nəticəsinə görə 2 mahalda (Dərəçiçək və Göyçə) ümumilikdə 179 kənd mövcud olmuşdur. Bunlardan 83-ü tamamilə dağıdılmış və viran edilmiş, 96-sı isə yaşayışüçün yararlı, qismən dağılmış kəndlər idi. XIX əsrin 30-cu illərinə doğru Göyçə mahalında dağıdılmamış 59 kənddən 36-sında, Dərəçiçək mahalının 37 kəndindən 20-sində yaşayış olmuşdur...”

Əlbəttə, Göyçə mahalı barədə çox geniş yazmaq olar. Bundan sonra da bu istiqamətdə yazılarımız olacaq. Sazlı-sözlü qədim Göyçəni hər birimiz yaxından tanımalıyıq, çünki gec-tez yolumuz oradır...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ