Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ölkədə ümumilikdə 792 445 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 603 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib, aktiv xəstə sayı 135 nəfərdir.
Ölkədə son sutka ərzində 4 472, hazırkı dövrədək isə 6 785 398 test aparılıb.