Azərbaycanda karantin rejimi ilə bağlı hazırda qüvvədə olan məhdudiyyətlərin ləğvi ilə bağlı təkliflər Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərilib.
Trend-in məlumatına görə, bunu TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, son nəticələr yaxın müddətdə bildiriləcək.