çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Cığır”dan Zəfər yoluna

Image


Ədəbi mühitdə gedən cari proseslərə, tendensiyalara nəzər saldıqda  Vətən müharibəsindən sonra müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeni etapının başlandığını əminliklə qeyd edə bilərik. Bu tendensiya müstəqillik dövrü ədəbiyyatının əsas mövzularından biri olan Qarabağ mövzusunun tam fərqli rakursda işıqlandırılmasının faktoloji əsaslarının yaranması ilə bağlıdır.

44 günlük Vətən müharibəsinin zəfərlə başa çatması, XXI əsrin müharibəsi və XXI əsrin hərbi-siyasi liderinin dünyada qəbul olunması kimi xalqımız üçün önəmli olan, vətənimizin nəinki müasir, hətta yüzillər sonrakı taleyini müsbət yöndə dəyişdirən hadisələrin ədəbiyyatımızda əksini tapması bu etapın əsas xüsusiyyətidir. Bu kontekstdə Zəfərimizin simvolu olan və gələcəkdə qələbəmizin arxetipik obrazına çevriləcək olan Şuşa şəhərinin 270 illik yubileyi ilə bağlı olaraq Ali Baş Komandan, prezident İlham Əliyev tərəfindən 2022-ci ilin "Şuşa ili" elan edilməsi ədəbiyyatın qarşısında yeni kontekstdə, yeni reallıqda, yeni mövzu ilə bağlı məsuliyyətli vəzifələr qoyur. Daim  tarixi roman janrı ilə bağlı  intensiv yaradıcılıq axtarışlarında olan Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr edilmiş yeni romanı "Cığır" məhz bu vəzifələrin həlli baxımından ədəbiyyatımız üçün böyük önəm kəsb edir.  Romanda hadisələr 3 zaman kəsiyində təqdim olunur: Şuşanın inşa olunduğu XVIII əsrin ortaları, Şuşanın işğal olunduğu 1992-ci il və Şuşanın azad olunduğu 2020-ci il. XVIII əsrin ortalarında çoban Nəsrəddinin Pənahəli xana göstərdiyi gizli cığır Şuşanın  inşası üçün əsas rol oynayır. Pənahəli xanın göstərişi ilə Nəsrəddin kişinin oğlu Murad, daha sonra isə nəslin digər nümayəndələri bu cığırın sirrini nəsildən nəsilə keçirərək qoruyurlar. "Nəsrəddin cığırı"  tarix boyu Şuşanın qorunmasında, düşmənə zərbə vurulmasında müstəsna rol oynayır. Məhəmmədhəsən xanın Şuşaya hücumu zamanı Muradın gizli dəstəsi, 1992-ci ildə  Milli  Qəhrəman Ramiz Qənbərovun rəhbərlik etdiyi Şuşa özünümüdafiə batalyonu məhz bu cığır vasitəsilə düşmənə sarsıdıcı zərbə vurur. 44 günlük Vətən müharibəsi dövründə Şuşanın ermənilərin 28 il ərzində tapa bilmədikləri Pənahəli xandan yadigar sirrini -  heç bir xəritədə əks olunmayan cığırın varlığını məhz Pənahəli xanın mühafizə rəhbəri qəhrəman Muradın nəslinin sonuncu nümayəndəsi olan 70 yaşlı Nəsrəddin Murad dövlət orqanlarına bildirir. Yunus Oğuz "Cığır"da daha öncəki tarixi romanlarından oxucuya tanış olan Murad obrazını yeni ştrixlərlə təqdim edir. Yazıçı romanda çoban Nəsrəddinin Səfəvi xanədanı ilə bağlılığını dilə gətirməklə onun nəslinin Azərbaycan dövlətçiliyinin qorunmasındakı rolunun, çığırın qoruyucusu olmasının təsadüfi olmadığını vurğulayır. Maraqlıdır ki, hər üç tarixi dövrdə cığırdan istifadə edən "kölgə döyüşçülər" düşməni eyni üsulla - xəncər (bıçaqla) boğazlarını kəsərək zərərsizləşdirirlər. Bu faktla yazıçı yalnız  Muradın daşıdığı  sirrin deyil,  "kölgə əsgər" taktikasının da hərbi-tarixi ənənə formatında ötürülməsini göstərir.

Romanda Şuşa şəhərinin Hülakü hökmdarı Qazan xanın zamanından qalmış  "Şuşa" adlı keşikçi qülləsinin yerində inşası, Qarabağ məliklərinin - "Xəmsə" məliklərinin əslində xristian türklər-albanlar olması, Tonoyanın oxuyub hiddətləndiyi V.L.Veliçkonun "Qafqaz: Rus işi və tayfalararası suallar" kitabındakı ermənilərlə bağlı həqiqətləri əks etdirən hissələr tarixi arayış xarakteri daşısa mətnin ana xəttinə məharətlə hörülərək müəllifin qayəsinin gerçəkləşdirməsinə kömək edir.

Şuşa Azərbaycan üçün yalnız qürur, ləyaqət, mədəniyyət simvolu deyil, həm də hakimiyyət rəmzidir. Bu səbəbdən 1992-ci ildə Şuşanın işğalını "Dağlarda toy" adlandıran ermənilər bununla həm xalqımızda "toy tutduqlarını", həm də Qarabağın hakimlik açarını əldə etdiklərini vurğulayırdılar. Vaxtilə Azərbaycanın hərbi-siyasi zəifliyindən istifadə edərək torpaqlarının 20 faizini işğal edən ermənilər yeni dövrün reallıqlarını nəzərə almayaraq "yeni müharibə yeni ərazilər" şüarı ilə 2020-ci ildə Tovuz istiqamətində hücuma keçərək bu təxribat vasitəsilə Qarabağı Azərbaycandan tamamilə qoparmaq niyyətini gerçəkləşdirməyə çalışırlar.  Tonoyanın Moskva görüşlərində açıqlanan əsas gediş KTMT-ni müharibəyə cəlb etməklə Azərbaycanı hərbi-siyasi iflasa uğratmaqdan ibarət idi. Erməni tərəfi Azərbaycanı qıcıqlandırmaq üçün xalqımızın məbədgah bildiyi Şuşada yallı getmək, parlament binası tikmək, Anna Akopovanın sərsəm açıqlamaları və müraciəti, Tovuz döyüşlərində general-mayor Polad Həşimov və silahdaşlarının xain zərbə ilə həlak edilməsi, Bakıda orduya dəstək mitinqində təxribat cəhdi ilə öz  niyyətini həyata keçirməyə çalışır.  Lakin Ali Baş Komandanın dəqiq hərbi-siyasi gedişi, səbri sayəsində müharibəyə digər dövlətlərin müdaxilə etməsinin qarşısı alnır. Tovuz döyüşlərinin aurası, Dövlətin Xalq və Vətən sevdası, Xalqın Vətən və Dövlət eşqi romanda gerçəkliyin bədii boyalarla əksinin ən gözəl nümunəsi kimi diqqəti cəlb edir. Koronavirusla mübarizə fonunda xarici dövlətlərin təzyiqləri altında Ali Baş Komandan Azərbaycan  üçün yeni cığır açır, sentyabrda isə "Dəmir yumruq" işə düşərək bu çığırı 44 gün ərzində geniş Zəfər yoluna çevirir.

Əsərdə həm erməni, həm də Azərbaycan  dövlət xadimlərinin obrazları realist boyalarla təsvir edilmişdir. Ali Baş Komandan İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban Əliyevanın, general - mayor Polad Həşimovun, Millət vəkili Qənirə Paşayevanın, prezidentin köməkçisi Hikmət Hacıyevin,  Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəlıiyevin və digərlərinin parlaq obrazları oxucuda nə qədər rəğbət doğurursa, Ermənistanın baş naziri Nikol Paşinyanın, Anna Akopyanın, Tonoyanın, Ter-Petrosyanın, Zori Balayanın obrazları bir o qədər ikrah və nifrət yaradır.

Yunus Oğuz romanda müharibədə yaşanmış, hər birimizə 44 günlük Vətən müharibəsindən tanış olan, həm arxa cəbhədə, həm də ön cəbhədə yaşanmış, xalqımızın yurd sevgisini əks etdirəm olayları böyük riqqətlə əks etdirmişdir. Keçmiş döyüşçü Nurəddin Xoca,  cığırın sirrini açan Şuşalı Nəsrəddin Murad, Şəhid əri Farizə zəng vuran qürurlu Əzizə, şəhid ərinin tabutunu çiynində daşıyan Nurgül, təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürən Hikmət baba, 3 oğlunu müharibəyə yola salan Gülbaba kişi, gözləri mərmidən ovulub tökülsə də silahdaşını çiynində daşıyan kəşfiyyatçı Kamran, ayaqları Qubadlıda basdırılan Camal, erməni zabitini boğan Cəbrayıl Dövlətzadə  bizim real qəhrəmanlarımız, xalqımızın Vətən eşqinin canlı heykəlləridirlər.

Əmir Teymurun əsrlər öncə söylədiyi  "Mənim xalqım da, ordum da bir yumruqdur. Hara yönəltsəm ora gedəcək" sözləri XXI əsrdə Azırbaycanın lideri İlham Əliyevin timsalında, "Dəmir Yumruq" formatında türkün qüdrətinin bir daha dünyaya hayqırır. Romanda türk ruhu, türk birliyi zəfərin təminatçısına çevrilir, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin qardaşlıq və dostluq münasibətləri fonunda dünya tərəfindən əsrlərlə qarşısı alınan türk birliyinin təntənəsi canlandırılır.

44 günlük Vətən müharibəsinin simvolu olan Şuşa şəhərinin tarixi fonunda xalqımızın öz torpaqları, öz milli dəyərləri uğrunda əsrlərdən bəri davam edən  çətin, lakin qələbəyə köklənmiş mübarizəsini işıqlandıran romanın təhkiyəsi olduqca canlı və axıcı olduğundan yaxın tarixdən oxucuya tanış olan real faktlar, rəsmi, xronikal-tarixi arayışlar, hərbi xarakterli sadalamalar bədii mətnin siqlətinə xələl gətirmir. Faktiki-tarixi materialı bədii mətnlə üzvi şəkildə məharətlə birləşdirərək 44 günlük müharibənin canlı mənzərəsini yaradan Yunus Oğuz bu əsəri ilə oxucuya  həmin zaman kəsiyinin aurasını, qələbə və zəfər sevincini, Şuşa qürurunu yenidən yaşadır.

Elnarə Qaragözova
Fil.f.d.
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ