21 aprel tarixində saat 10:00-da Fairmont Baku otelində Mədəniyyət Nazirliyinin Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birgə memarlıq abidələrinin bərpası və konservasiyası üzrə xarici ekspertlərin iştirakı ilə "Qarabağ və Şərqi Zəngəzur memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri" adlı beynəlxalq elmi-praktik konfransın açılış mərasimi baş tutacaq.
Elmi konfrans memarlıq irsinin qorunması və istifadəsinin geniş spektri problemlərinə, Qarabağ və Şərqi Zəngəzur ərazisində qədim dövrlərdən qorunub saxlanılan və 30 ilə yaxın işğal nəticəsində böyük ziyan görmüş Azərbaycan memarlıq irsinin bərpasına, bu irsin qorunması problemlərinin hüquqi aspektlərinə həsr olunacaq.
Ülviyyə GÜLBABAQIZI