şənbə günü, 07 noyabr 2026
     

UNESCO bütün gücünü Dağlıq Qarabağda ermənilərin məhv etdiyi tarix-mədəniyyət abidələrinə yönəldəcək

Image


Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan ərazilərində abidələrimizə qarşı həyata keçirlən vandalizm hərəkətləri, saxtalaşdırma aktları barədə kifayət qədər faktlarımız olsa da, hələ də beynəlxalq qurumlar dünyada qəbul edilən hüquq normalarına uyğun şəkildə ermənilərin bu təxribatçı davranışlarına qarşı heç bir tədbir görməyiblər. Ermənilərin Azərbaycan abidələrinə qarşı törətdikləri vəhşiliklərin bütün beynəlxalq konvensiyalara zidd olduğu məlumdur. Dünyanın heç bir yerində işğal edilmiş ərazilərdə abidələrə qarşı belə davranış göstərilmir. Amma ermənilər abidələrimizin başına hər cür oyun açırlar.

Məlum olduğu kimi, Bakının evsahibliyi ilə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası öz işini davam etdirir. Bakı sessiyasında UNESCO üzvü olan ölkələrin təhlükə altında olan abidələri ilə bağlı müxtəlif panellərdə müzakirələr aparılır. Sessiyada erməni işğalı altında olan abidələrimizin də taleyi, vəziyyəti ciddi müzakirə mövzusudur. Bu istiqamətdə müzakirələr aparılır, çıxışlar edilir. Əlbəttə, işğal altındakı abidələrimizin taleyi yalnız bizi deyil, həm də beynəlxalq ictimaiyyəti ciddi narahat etməlidir. Çünki bu abidələr bəşər mədəniyyətinin çox qiymətli örnəkləridir, onların da bir qismi ermənilər tərəfindən dağıdılıb, bir qismi saxtalaşdırılıb, bir qismi isə qanunsuz olaraq konservasiya edilib. Bütün bunlar onu göstərir ki, ermənilər bu qanunsuz əməlləri ilə bizim izimizi o torpaqlardan silmək istəyirlər. Amma sözsüz ki, onların bu cəhdləri də uğursuzluğa düçardır.    

Bakı sessiyasından gözləntilərimizdən biri işğal altındakı abidələrimizlə bağlı idi və artıq UNESCO da buna münasibət bildirib. Mədəniyyət naziri Əbülfəs Qarayevin bildirdiyinə görə, UNESCO Dağlıq Qarabağdakı tarixi abidələrlə bağlı daha ciddi addımların atılmasına hazır olduğunu bildirib. “Biz Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində olan mədəni irs nümunələri ilə bağlı məsələni ciddi şəkildə UNESCO-nun bütün üzvlərinin qarşısında qoyuruq, onları məlumatlandırırıq. Artıq UNESCO-nun baş direktoru Odre Azule Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıda olarkən həm cənab Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşlərində də bu məsələ qaldırılıb. UNESCO Dağlıq Qarabağdakı tarixi abidələrlə bağlı daha ciddi addımların atılmasına hazır olduğunu bildirib və bu iş UNESCO ilə bizim diplomatlar arasında müzakirə olunacaq”.

Ə.Qarayev onu da qeyd edib ki, bu, sadə proses deyil. “Amma əsas odur ki, Azərbaycan reallığı və işğal altında olan torpaqlarımızda mədəni sərvətlərimizin vəziyyətinin bizi narahat etməsi onlara tam aydın oldu. Biz UNESCO-nun fəal üzvlərindən biri olduğumuz üçün, təşkilat bu vəziyyətə biganə yanaşa bilməz. Ümidvarıq ki, sessiya uğurla başa çatandan sonra növbəti bir neçə ay ərzində də müzakirələri davam etdirəcəyik” - deyə nazir vurğulayıb.

Söhbət UNESCO-nun atacağı hansı addımlardan gedə bilər? UNESCO konkret olaraq işğal altındakı abidələrlə bağlı hansı addımları atmalıdır?

  • Faiq İsmayılov: “... abidələrimizə qarşı törədilən erməni vəhşiliyinin qarşısını ala biləcək”

Azərbaycanın işğal olunmuş ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələ ilə bağlı UNESCO-nun da, digər beynəlxalq aidiyyəti qurumların da əməli iş görməsi arzuediləndir. O vurğuladı ki, Memarlar İttifaqının sədri Elbay Qasımzadə ilə birgə sessiya çərçivəsində işğal altında olan abidələrimizlə bağlı sərginin keçirilməsi təşəbbüsünü qaldırıb, lakin hələ sərgi açılmayıb. “UNESCO-nun Azərbaycanın işğal altındakı tarix-mədəniyyət abidələrinə verə biləcəyi töhfə bu abidələrin mühafizəsini möhkəmləndirməkdən və həmin abidələrin erməniləşdirilməsinin, onların bir yerdən başqa yerə köçürülməsinin, formasının dəyişdirilməsinin qarşısının alınmasından ibarət ola bilər. Bu da əsaslanır 1954-cü ildə qəbul edilən Haaqa Konvensiyasına. Həmin konvesiyaya görə, üzv olan dövlətlər öhdəlik götürüblər ki, bir dövlət başqa dövlətin ərazisini işğal etsə belə, o, abidələrin formasının dəyişdirilməsinin, bir yerdən başqa yerə daşınmasının, uçurulub dağıdılmasının, vandalizmə uğradılmasının qarşısını almalıdır. Bu baxımdan, UNESCO-nun Bakı sessiyasını çox əhəmiyyətli hesab edirəm. Azərbaycan diplomatlarının UNESCO-nun baş direktoru, eləcə də təşkilat üzvləri ilə keçirəcəyi görüşlər işğal altındakı abidələrimizə göstərilən bir münasibət olacaq. İyulun 5-də və 6-da bununla bağlı müzakirələr keçiriləcək. Mən də həmin müzakirəyə dəvət edilmişəm. Hesab edirəm ki, bu müzakirələr nəticəsiz olmayacaq və UNESCO tərəfindən işğal altındakı abidələrimizin nəzarətə götürülməsinə nail olacağıq. UNESCO Dağlıq Qarabağdakı tarixi abidələrlə bağlı daha ciddi addımların atılmasına hazır olduğunu bəyan edib və düşünürəm ki, bu qurum erməni vandalizminə məruz qalan abidələrimizlə bağlı tədbir görəcək, tarix-mədəniyyət abidələrimizə qarşı törədilən erməni vəhşiliyinin qarşısını ala biləcək” - deyə F.İsmayılov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ