şənbə günü, 07 noyabr 2026
     

ABŞ və İran müharibənin bir addımlığında... Vaşinqton Tehranın nüvə obyektlərinə nüvə zərbəsi endirməyi nəzərdən keçirir

Image


ABŞ və İran arasında artan gərginlik fonunda sonuncunun zənginləşdirilmiş uran limitini artırmaq niyyəti bu iki ölkənin gözlənildyindən də tez savaşa başlamalarını istisna etmir. ABŞ və İsraildə hesab edirlər ki, İran bu gedişlə nüvə silahına sahib olmaq niyyətindədir. Lakin həm Vaşinqton, həm də Təl-Əviv buna qətiyyən icazə verməyəcəklərini açıqlayıb. Bildirilir ki, lazım gələrsə, İranın nüvə obyektlərinə hərbi zərbələr endiriləcək. Bunlara rəğmən, İran hökuməti zənginləşdirilmiş uran limitini nüvə sazişində müəyyən edilən 300 kiloqramlıq həddin üzərinə çıxaracağını açıqlayıb.

Bundan başqa, İran nüvə sazişi üzrə Birgə Hərtərəfli İş Planının şərtlərinə qayıtmaqdan da imtina edib. Məhz belə bir vaxtda ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) Qətərdəki Əl-Udeyd hərbi hava bazasında F-22 Raptor tipli döyüş təyyarələrini yerləşdirib. Bildirilir ki, sözügedən döyüş təyyarələri ABŞ qüvvələrinin və ABŞ Mərkəzi Qüvvələr Komandanlığının nəzarətindəki bölgələrdə maraqların qorunması məqsədilə Qətərə ilk dəfə göndərilib. ABŞ-ın Əl-Udeyd hərbi hava bazasında 13 minə yaxın əsgəri var. Sözügedən baza Suriya və İraqdakı İŞİD terror təşkilatına qarşı mübarizə məqsədilə istifadə olunur. Lakin bu gedişlə ondan İrana qarşı da istifadə olunması proqnozlaşdırılır. Rusiyanın “regnum.ru” portalı isə yazır ki, ABŞ İran məsələsini qısa müddətdə həll etmək üçün nüvə zərbəsindən istifadəni də düşünür: “ABŞ hərbi-siyasi rəhbərliyi İrana zərbə zamanı gücü zəif nüvə silahı işlətməyi mümkün sayır. Tehranın nüvə kompleksinin və raket proqramının obyektləri nüvə basqını vasitələrinin hədəfi kimi müəyyən edilə bilər.

ABŞ prezidenti Donald Tramp 2019-cu il iyunun 24-də İranın ali dini lideri ayətullah Əli Xamneyini “düşmən davranışı”nda ittiham edib və öz sərəncamı ilə ona və İslam İnqilabı Keşikçiləri Korpusunun səkkiz yüksək rütbəli zabitinə qarşı sanksiya qoyub. Bu, ayətullah Əli Xamneyiyə münasibətdə ilk dəfə tətbiq olunub. İran prezidenti Həsən Ruhani Amerika liderinin bu addımını əlüstü şərh edib: “Amerika administrasiyası ağıldan kəmdir. ABŞ göstərib ki, dialoqa hazır olmaq bəyanı yalandır. Tehranın strateji səbri var, biz qorxmuruq”.

Bu bəyanat Ağ Evdə güclü qıcıq doğurub və milli ruhu, siyasi və dini institutları baxımından Birləşmiş Ştatların başqa xalqlar arasında özəl yer tutduğuna dair Amerikanın müstəsnalığı dünyagörüşündə tərbiyə almış ABŞ hərbi-siyasi başçıları tərəfindən çox mənfi qarşılanıb. Donald Tramp Həsən Ruhaninin ifadəsinə şəxsən reaksiya verib. O qeyd edib ki, təəssüf ki, İran rəhbərliyi yalnız güc və qüvvənin dilindən anlayır və “ABŞ bu gün dünyada təkcə son iki ildə 1,5 trilyon dollar yatırılan ən qüdrətli hərbi gücdür”. Tramp növbəti tvitində yazıb ki, heç bir səbəb olmadan əziyyət çəkən, başçılarının bütün pulları terrora sərf etdiyi İran xalqına yazığı gəlir. O vurğulayıb ki, Birləşmiş Ştatlar “İranın 2000 amerikalını öldürən və bir çox başqalarını yaralayan əldəqayırma partladıcı qurğulardan istifadə etdiyini unutmayıb”.

Amma bu mövzuda ən önəmlisi ABŞ prezidentinin üçüncü məlumatında ifadə olunub. Tam sitat sıradakıdır: “İranın bu gün verilən olduqca cahil və təhqiramiz bəyanatı yalnız bunu göstərir ki, onlar mətləblərin gerçək durumunu anlamırlar. İranın Amerikaya aid nəyəsə istənilən hücumu böyük və üstün qüvvə ilə qarşılanacaq, “üstün qüvvə” bəzi bölgələrdə məhv edilməyi bildirəcək. Daha nə Con Kerri, nə də Obama olacaq!”

Güman etməyə bütün əsaslar var ki, ABŞ prezidenti üçüncü tvitdə nüvə basqını vasitələrindən yararlanmaqla İrana zərbə haqqında danışıb. Qeyd edilməlidir ki, bunu İranda yaxşı anlayıblar. İran XİN başçısı Məhəmməd Cavad Zərif iyunun 26-da CNN müxbirinin Donald Tramp tərəfindən hədələr haqda sualını cavablandırıb: “Bu bəyanat xəbər ondan verir ki, ABŞ-ın niyyətləri qanunsuzdur, ABŞ o durumda deyil ki, İranı məhv etsin, onun yasaqlanmış silahdan istifadə etməkdən başqa  imkanı yoxdur”. 2017-ci il fevralın 2-də ABŞ-ın indiki prezidenti tərəfindən yeni nüvə doktrinası haqda sənəd hazırlamaq göstərişi verilib. Bu, 2018-ci il fevralın 2-də dərc olunub. Yeri gəlmişkən, əvvəlki oxşar sənəd 2010-cu ildə prezident Barak Obama dönəmində bəyənilib. Həmin sənədə əsasən, “ABŞ, müttfəqilərimiz və tərəfdaşlarımız üçün mümkün cüzi itkilərlə və maksimal əlverişli şərtlərlə istənilən münaqişəyə son qoymaq”dan ötrü Birləşmiş Ştatların nüvə silahı işlətməsi mümkündür.

Doktrinada deyilir ki, Birləşmiş Ştatlar özünə, müttəfiqlərinə və tərəfdaşlarına qarşı təcavüzün nüvə silahı işlətməklə və yaxud işlətmədən qoyulan məqsədlərə çatmaması üçün çevik nüvə qüvvə və vasitələrinin geniş diapazonunu dəstəkləyəcək. Beləliklə, ABŞ-ın özünə, müttəfiqlərinə və tərəfdaşlarına hətta qeyri-nüvə zərbəsinin qarşılığında nüvə silahı tətbiq etmək imkanından birbaşa danışılır. ABŞ-ın nüvə doktrinasında qeyd olunub ki, İran uyğun qərar qəbul edildiyi andan bəri nüvə silahı yaratmaq üçün gərəkli potensial və texniki imkanların önəmli bölümünü bir il boyunca saxlayıb. Yeri gəlmişkən, Donald Tramp və ABŞ-ın başqa rəsmiləri dəfələrlə bildiriblər ki, Tehranın nüvə silahı yaratmasına heç vaxt imkan verməzlər.

ABŞ-ın yeni nüvə doktrinası qeyri-strateji nüvə qüvvə və vasitələrinin yardımı ilə zərbəni qabaqlamağın effektivliyini yüksəltməyi nəzərdə tutur və “bölgə miqyasında təcavüzü önləmək bacarığını saxlamaq” üçün gücü zəif nüvə silahı işlətmək imkanına yol açır. Ekspertlərin fikrincə, ABŞ tərəfindən nüvə cəbbəxanası olmayan ölkələrə qarşı gücü zəif nüvə döyüş sursatları tətbiq edilə bilər, çünki Rusiya və Birləşmiş Ştatlar arasında heç bir məhdud savaş ola bilməz. Pentaqonda məhəlli münaqişələr çərçivəsində gücü zəiflədilmiş nüvə döyüş sursatlarının yüksək dəqiqlikli sistemlərlə uyğunluqda qeyri-nüvə dövlətlərinə qarşı tuşlamaq imkanlarını ciddi müzakirə edirlər.

Amerika Alimləri Federasiyasının məlumatına görə, indiki anda ABŞ cəbbəxanasında 1000-dən çox gücü zəif nüvə döyüş başlığı var. Güc 20 kilotona bərabər və ya az olanda zəif sayılır. ABŞ-ın nüvə doktrinasına uyğun olaraq ən yeni gücü zəif nüvə döyüş sursatının inkişaf etdirilməsi artıq gedir. Bu, sualtı qayıqların ballistik raketlərində, dəniz bazalı qanadlı raketlərdə və B-61 tipli aviabombalarda yerləşdiriləcək. Açıq əlyetən məlumatlara görə, ABŞ Hərbi Dəniz Qüvvədəri W76-2 nüvə döyüş başlıqlarının ilk partiyasını 2019-cu il sentyabrın 30-dək almalıdır. Döyüş başlığı “Ohayo” sinifli sualtı qayıqların istifadə etdiyi “Trident II” ballistik raketlərində qurulacaq. Döyüş başlığının gücü trotil ekvivalentində 5-6 kiloton dəyərləndirilir. Təkmilləşdirilmiş B61-12 nüvə aviabombası 2020-ci ilə doğru ABŞ SQ-nin silahlanmasına daxil olmalıdır. Güc seçiminə görə onun dörd variantı var: 0,3, 5, 10 və 50 kiloton. B61-12 öz sələflərindən – B61-3, B61-4, B61-7 və B61-10 bombalarından üç qat daha dəqiqdir. Yeni döyüş sursatının yönəldilən quyruq hissəsi öz hədəfinə planlaşdırılmaqla düşmənin HHM zonasına girmədən tapşırığı yerinə yetirmək imkanı verir.

İrana qarşı nüvə vasitələri basqısının mümkün tətbiqi məsələsi incələndiyi zaman Donald Trampın şəxsi səciyyələrini də nəzərə almaq gərəkdir. Bu adam prezident postuna biznesdən gəlib və Pareto qanunu – “20% cəhdin 80% nəticə verdiyi” effektivlik prinsipi ona yaxşı bəllidir.

20/80 yanaşmasını Amerika prezidentinin İranla mümkün savaş haqqında “Fox Business” telekanalına cavabı da təsdiqləyir: “Ümidvaram ki, xeyr. Amma nəsə baş verərsə, biz olduqca üstün durumdayıq. Mən yerüstü əməliyyatdan danışmıram, mən demirəm ki, bir milyon əsgər göndərərik. Sadəcə deyirəm ki, nəsə olsa, çox vaxt aparmaz”.

Yaranmış gərginlik fonunda ABŞ-ın Yaxın Şərqdəki hərbi qruplaşmasını azca artırmaq da bu strategiyaya sığışır. Bu qayda ilə tam aydındır ki, ABŞ-ın hərbi-siyasi rəhbərliyi İrana zərbə zamanı gücü zəif nüvə basqısı vasitələrinin tətbiqinə yol verir. Tehranın nüvə kompleksinin və raket proqramının obyektləri nüvə basqını vasitələrinin hədəfi kimi müəyyən edilə bilər. Bunun üçün gərəkən hər şey var: qanunvericilik bazası, gücü zəif nüvə döyüş sursatı, ABŞ prezidenti Donald Trampın müəyyən şəraitdə belə bir addım atmağa psixoloji hazırlığı. Lazım olan yeganə şey uyğun durumdur, belə ki, İranın hərəkətinə cavab zərbəsi vurmaq son dərəcə daha üstündür. Burada silahlı münaqişənin əsas mənfəətdarları İsrail və Səudiyyə Ərəbistanının ABŞ-ın İranla böhranı hərbi yollarla həll etməkdə maraqlı olan siyasi və hərbi isteblişlmentinin bir hissəsi də təxribatın təşkilinə yardım edə bilər”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ