şənbə günü, 07 noyabr 2026
     

Erməni mediasında “azərbaycanlıların İsa bulağında kef məclisi” təxribatı...

Image


Ermənilərin Azərbaycana qarşı törətdikləri təxribatçı hərəkətlərin miqyası günü-gündən genişlənir. Onlar əllərində olan imkanlardan istifadə edərək bizə qarşı hər cür xoşagəlməzliklər törədirlər. Bu gün ermənilər torpaqlarımızı işğal altında saxlamaqla yanaşı, abidələrimizi dağıdır, onları saxtalaşdırır, həm də Azərbaycana qarşı informasiya müharibəsi aparırlar.

Bu günlərdə erməni saytlarında, eləcə də sosial şəbəkələrdə Azərbaycana qarşı növbəti erməni iyrəncliyi yer alıb. Ermənilər tərəfindən sosial şəbəkələrdə ilginc və inanılması mümkün olmayan bir video paylaşılıb. Yayılan videogörüntüdə göstərilir ki, guya bir qrup azərbaycanlı Şuşada yerləşən məşhur İsa bulağında istirahət edir və burada yeyib-içir (?). Hətta görüntülərdə o da təqdim edilir ki, “azərbaycanlı turistlər” erməni qadından araq alırlar. Onu da vurğulayaq ki, videonu müşayiət edən danışıq səsləri təmiz Azərbaycan dilində eşidilir, hətta ləhcədən bu insanların Azərbaycanın hansı bölgəsində yaşamasını da müəyyənləşdirmək mümkündür. Azərbaycan sosial şəbəkələrində də geniş müzakirə edilən bu videogörüntüdə olan insanların azərbaycanlı olmadığı məlumdur. Bildirilənə görə, bu videodakı ermənilərdir və onlar belə rəy yaratmaq istəyirlər ki, guya azərbaycanlılar çox sərbəst şəkildə işğal altında olan Azərbaycan torpaqlarına gedirlər, hətta yeyib-içmək məclisi də qururlar.

Ekspertlər qeyd edirlər ki, bu video ermənilər tərəfindən məqsədli şəkildə çəkilərək sosial şəbəkələrə və mediaya ötürülüb. Onların məqsədinə gəlincə, ekspertlər hesab edirlər ki, bu birbaşa UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakı sessiyasına qarşı bir təxribatdır. Yəni Azərbaycan tərəfi haqlı olaraq sessiyada ölkəmizin işğal altındakı ərazilərinin taleyi ilə bağlı məsələ qaldırıb və orada bir nəfər də olsun azərbaycanlının qalmadığını bildirib. Buna görə də ermənilər belə bir video yayırlar ki, guya orada azərbaycanlılar var və istədikləri vaxt işğal altındakı torpaqlarımıza gəlib-gedə bilirlər. 

Ekspertlər hesab edirlər ki, azərbaycanlılar erməni işğalı altındakı dədə-baba torpaqlarına sərbəst gedib-gəlirlərsə, bəs onda necə ola bilir ki, yaxınlarının qəbrini ziyarət etmək üçün doğma yurduna gedən Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də erməni əsirliyində, girovluğunda saxlanırlar. Məlumdur ki, Ermənistanın bütün giriş məntəqələrində azərbaycanlı soyadlıların ölkəyə daxil olmasına qadağa qoyulduğu halda, necə olur ki, bir qrup azərbaycanlı işğal altındakı İsa bulağına gedib çıxa bilib və sərbəst şəkildə erməni qızına Azərbaycan dilində içki sifariş edir?

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videogörüntüdəkilərin azərbaycanlı olmadıqları şübhə doğurmur. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərindən əhalini qovub, etnik təmizləmə siyasəti həyata keçiriblər. Orada yalnız ermənilər yaşayırlar.

  • Akif Nağı: “UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirildiyi bir zamanda belə saxta videogörüntülərin ermənilər tərəfindən sosial şəbəkələrdə yayılması...”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı olayla bağlı “Bakı-Xəbər”ə bildirdi ki, yayılan videogörüntülərdəki şəxslər azərbaycanlılar deyil, bu insanlar ermənidirlər. A.Nağının sözlərinə görə, bu gün hansısa bir azərbaycanlının turist kimi, yaxud başqa bir şəkildə işğal altında olan Azərbaycan torpaqlarına getməsi, hələ üstəlik də orada məclis qurması, birmənalı olaraq, mümkün deyil. Yayılan videogörüntünün növbəti erməni təxribatı olduğunu deyən A.Nağının sözlərinə görə, onların məqsədi belə videolar yaymaqla Azərbaycan cəmiyyətini qıcıqlandırmaqdır. “Bu videogörüntü sosial şəbəkələrdə çox qızğın şəkildə müzakirə olunur və bununla bağlı müxtəlif fikirlər mövcuddur. Hətta bu görüntüdən depressiyaya düşənlər də olub. Bu videogörüntülər bizim cəmiyyətdə səs-küylü reaksiyalar doğurub. Ancaq bu görüntülər həqiqəti əks etdirmir və təxribatdır. Hesab edirəm ki, ermənilərin qəsdən çəkdikləri və görüntülərdəkilərin azərbaycanlılar olduğunu iddia etdikləri videogörüntü təxribat xarakterlidir. Bu görüntülərdəkilər azərbaycanlılar deyil, ermənilərin özləridir. Bu videonu ermənilər haradasa çəkiblər və onu montaj edərək Azərbaycan cəmiyyətini qıcıqlandırmaq üçün sosial şəbəkələrdə yayıblar. Erməni təxribatının qarşısının alınması üçün cəmiyyət lazımi reaksiya verməlidir. Fikrimcə, dövlət orqanları ermənilər tərəfindən yayılan bu təxribatçı video ilə bağlı araşdırmalar aparsaydılar və araşdırmaların nəticələri ilə ictimaiyyəti tanış etsəydilər, çox yaxşı olardı”.

A.Nağı, həmçinin, hesab edir ki, ermənilərin “azərbaycanlıların” İsa bulağında kef etməsi ilə bağlı təxribatçı videonu yaymaqda məqsədlərindən biri də UNESCO-nun Bakı sessiyasına qarşı təxribatçı mövqe tutmaları ilə bağlı ola bilər. “Bu gün Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. Bilirsiniz ki, sessiya öz işinə başlamamışdan əvvəl də ermənilər Azərbaycana qarşı müxtəlif təxribatçı fikirlər yayırdılar. Düşünürəm ki, onlar bu videogörüntünü paylaşmaqla dünya ictimaiyyətinin fikrini çaşdırmaq istəyirlər. Bilirsiniz ki, Azərbaycan son illər davamlı olaraq bir sıra beynəlxalq tədbirlərə evsahibliyi edir və bu tədbirlər də çox yüksək səviyyədə keçirilir. Ermənilər isə bütün beynəlxalq məsələlərdən təcrid olunublar və belə bir nüfuzlu sessiyanın Bakıda keçirilməsini qısqanclıqla qarşılayırlar. Bu sessiyada sözsüz ki, ermənilərin işğal altında saxladıqları Azərbaycan əraziləri, tarixi abidələri haqqında da danışılır. Bu da erməni saxtakarlığının, işğalçılığının növbəti dəfə ifşa olunması deməkdir. Ona görə də düşünürəm ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirildiyi bir zamanda belə saxta videogörüntülərin ermənilər tərəfindən sosial şəbəkələrdə yayılması Bakı sessiyasına qarşı da təxribat sayıla bilər” - deyə A.Nağı vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ