Rusiya Azərbaycana çoxfunksiyalı “Su-34” qırıcı-bombardmançı təyyarəsi və çoxfunksiyalı 4++ nəsil, yüksək manevrli "SU-35" qırıcı təyyarəsinin satışına hazırdır.
Baki-xeber.com İnterfax-a istinadən xəbər verir ki, bu barədə AzeriDefence hərbi xəbərlər saytı məlumat verir.
Məlumata görə, Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyası “Army-2019” Beynəlxalq Hərbi-Texniki Forum çərçivəsində Su-34 və Su-35 döyüş təyyarələrinin Azərbaycan Müdafiə Nazirliyinin heyəti üçün təqdimatını keçirib.
“Army-2019” çərçivəsində Azərbaycana təklif olunan yenilənmiş İl-76MD-90A hərbi nəqliyyat, Su-34 və Su-35 döyüş təyyarələrinin Azərbaycan heyəti üçün təqdimatı keçirilib. Biz adı çəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazırıq”, - BAK-ın nümayəndəsi sayta bildirib.
Nümayəndənin sözlərinə görə, BAK ötən illərdə Azərbaycana Su-30SM və MiQ-35 təyyarələri təklif etsə də, Azərbaycan tərəfi seçim etməyib.