Rusiya, ABŞ hərbi müdaxilə edərsə, İranın yalnız olmayacağını bəyan edib. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Asiya ölkələri üzrə xüsusi səfiri Zamir Kabulov açıqlama verib.
“The Moscow Times” qəzeti yazır ki, Moskvada keçirilən Rusiya-İran Siyasi Forumunda çıxış edən Kabulov İranın belə bir müharibəyə müqavimət göstərəcəyini və tək olmayacağını bildirib. Onun sözlərinə görə, Rusiya, digər dövlətlər kimi, İrana da simpatiya ilə yanaşır.
Bundan əvvəl isə RF xarici işlər naziri Sergey Ryabkov Rusiya və müttəfiqlərinin ABŞ-ın İran sanksiyaları qarşılığında Vaşinqtona qarşı yeni addımlar atacaqlarını açıqlayıb. Ancaq Ryabkov bu addımların nədən ibarət olacağına dair detallara varmayıb.