Prezident İlham Əliyev Vilayət Eyvazova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazova general-polkovnik ali hərbi rütbəsi verilsin.
Bundan başqa, Prezident İlham Əliyev Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında da sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilsin.