şənbə günü, 07 noyabr 2026
     

Regional proseslərin labüd nəticəsi – Azərbaycan çox da uzaq olmayan zamanda Qarabağ danışıqlarını dayandıracaq

Image


Ərazilərinin bir hissəsi hələ də işğal altında qalan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həllinin daim masa üzərində dayanan əsas variantlardan biri olduğunu bəyan edir. Rəsmi Bakı onu da ən yüksək səviyyədə bildirir ki, aparılan sülh danışıqları yaxın tezlikdə istənilən nəticəni verməsə, hərb variantının işə düşməsi qaçılmaz olacaq.

Bu məsələ Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev tərəfindən yenidən diqqətə çatdırılıb. Ali Baş Komandan bu xüsusda deyib: “Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək səviyyədədir… Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan ordusu öz gücünü göstərir və göstərməlidir. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək”.

Beləliklə, Azərbaycan ən yüksək səviyyədə bəyan edir ki, ordusu doğma torpaqları işğaldan azad etməyə hazırdır. Bu isə həm də Ermənistan rəhbərlyinə ünvanlanmış kifayət qədər sərt hərbi mesaj sayılır. Düşmən yaranmış durumdan lazımi nəticə çıxarmayacağı təqdirdə, aydındır ki, ordumuzun hərəkətə keçməsi qaçılmaz olacaq. Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar da hadisələrin məhz bu səpkidə inkiaşf edə biləcəyini istisna etmir. “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində diplomat bildirib ki, Qarabağ münaqişəsi zonasında situasiya partlayış təhlükəlidir: “Bizim baş nazir Paşinyanla görüşümüz oldu və əlbəttə, Dağlıq Qarabağ haqda da danışdıq, nazirlərin Vaşinqtondakı son görüşünü müzakirə etdik. Və son bir ay-ay yarımda təmas xəttində gərginliyin artmasının şahidi olduğunu dedik. Situasiya olduqca kövrəkdir. Bu baxımdan insan itkiləri ilə nəticələnən atışmalar olur. Və məhz bu situasiyanı aradan qaldırmaq üçün danışıqlar yolu ilə daha uzunmüddətli və möhkəm sülh prosesinə doğru getmək lazımdır. Nə qədər ki, hər iki tərəfin əlində böyük sayda hərbi qüvvə və texnika var, situasiya partlayış təhlükəli olaraq qalacaq, hər şey baş verə bilər”.

Ermənistanın “Past” nəşri isə yazır ki, əslində, Qarabağ münaqişəsinin hərbi həlli bir çox parametrlər baxımından İrəvan üçün qətiyyən sərfəli deyil. Qəzet qeyd edir ki, bunun ümdə səbəblərindən biri Azərbaycanın ötən illər ərzində hərbi cəhətdən kifayət qədər güclənməsi və yeni silahlar almasıdır. Vurğulanır ki, Azərbaycan 2016-cı ilin aprelində 1990-cı illərin ölkəsi olmadığını nümayiş etdirib və son 3 il ərzində də hərbiyə böyük diqqət, vəsait ayırıb. Məhz bu hal yeni savaşın Ermənistan üçün nə qədər böyük təhdid yaratdığını aydın nümayiş etdirir. Bununla yanaşı, qəzet yazır ki, regionda geosiyasi vəziyyət də Ermənistan üçün əlverişli deyil və yeni Qarabağ savaşında İrəvanın kənardan yardım ala bilməyəcəyəi qaçılmazdır: “Gürcüstanda, İranda baş verənlər Ermənistan üçün heç də sərfəli sayılmır. Məsələn, Yuxarı Lars keçid məntəqəsi bağlanarsa, Ermənistan iqtisadiyyatının “axan damarı” kəsilə bilər”. Nəşrə görə, baş verənlər ayıq-sayıq olmağı, təhlükəsizlik çağırışlarına cavab verməyə hazır olmağa tələb edir: “Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Təhlükəsizlik Şurasının növbəti iclası keçirildi. O bildirib ki, Təhlükəsizlik Şurasının keçən iclasından sonra Ermənistan ətrafındakı təhlükəsizlik vəziyyəti azalmayıb, əksinə, ətrafında müəyyən proseslər baş verib.  Baş verənlər ayıq-sayıq olmağı, təhlükəsizlik çağırışlarına cavab verməyə hazır olmağa tələb edir. Paşinyan Təhlükəsizlik Şurasının iclasında bölgəyə dair vəziyyətlə bağlı məsələlərin də müzakirə edildiyini bildirib. Müzakirə olunan məsələlər təhlükəsizlik çağırışlarının layiqincə idarə edilməsinə xidmət göstərməlidir. Gürcüstan və İran ətrafında baş verən proseslərin inkişafının Ermənistan üçün həyati əhəmiyyət daşıması, həmçinin bölgədəki gərginlik mühitinin artması Dağlıq Qarabağ probleminin nizamlanması prosesinə təsir etməklə ön xəttə müəyyən risqlərin yaranmasına səbəb ola bilər. Gürcüstandakı proseslər siyasi xarakter daşıyır, Ermənistanın qonşu ölkəsi Gürcüstan və strateji tərəfdaşı Rusiya münasibətlərindəki gərginlik İrəvandan tarazlaşdırılmış xarici siyasət həyata keçirilməsini tələb edir. Əgər proseslər qeyri-qənaətbəxş inkişaf edər, Yuxarı Lars keçid məntəqəsi bağlanarsa, Ermənistan böyük təhlükə altında qalacaq. Məhz bu vəziyyətdə Qarabağ savaşının yenidən başlanması Ermənistan üçün təhdidlərin miqyasını gözlənilməz dərəcədə yüksəldəcək. Bu mənada, yaranan vəziyyət İrəvandan olduqca həssas Qarabağ siyasəti yürütməyi tələb edir. Hər halda, Azərbaycanı savaşa sövq etmək əlverişli deyil ”.  

Bununla yanaşı, İran-ABŞ münasibətlərində baş verən gərginliyin Ermənistanı getdikcə daha çətin duruma salması da xüsusi diqqət mərkəzində yer alır. Qəzet yazır ki,  məsələ Ermənistanın Qarabağ münaqişəsi, bölgədə hökm sürən vəziyyət və beynəlxalq münasibətlərdəki baxışı ilə sıx əlaqədardır. Erməni politoloq Suren Sarkisyan bununla bağlı qeyd edib ki, ABŞ-İran birbaşa qarşıdurmasının ən arzuolunmaz ölkəsi Ermənistandır və bu, rəsmi İrəvana sərf etmir: "Çünki Ermənistan tərəflərin qarşıdurmasından ən çox zərərçəkən tərəf ola bilər. İrana qarşı birbaşa hərbi əməliyyatlar açıq-aşkar olmayacaq, lakin prosesin sürətlə inkişaf etdiyi nəzərə alınmalıdır. Ermənistan İrana qarşı hərbi əməliyyatların onun üçün fəlakət yaradacağını düşünməlidir. ABŞ tərəfinin İrana doğru hərbi qüvvə göndərməsi və peşman olaraq ləğv edilməsi haqqında yayılan məlumatlar hələ amerikalı rəsmilər tərəfindən inkar edilməyib. Amma İrana qarşı savaş başlasa, bu, Ermənistanın İran üzərindən heç bir yardım almayacağı anlamına gəlir. Bax, onda yaranmış vəziyyət Ermənistanı daha çətin duruma salacaq. Azərbaycanın bundan istifadə etməyəcəyinə dair heç bir təminat yoxdur. Bakı istənilən an savaşa başlaya biələcyini bəyan edir".

Beynəlxalq və təhlükəsizlik məsələləri üzrə ekspert Emma Beqicanyan isə öz növbəsində bildirib ki, ABŞ və İran arasında münasibətlər davamlı olaraq gərgin olsa da, birbaşa toqquşma olmayacaq: "Ona görə ki, həm Amerika, həm də İran birbaşa toqquşmanın olmasında maraqlı deyillər. Ermənistan isə neytral, tarazlaşdırılmış siyasət yürütməlidir. Çünki istənilən səhv mövqe hər iki tərəfdən hiss ediləcək. Hazırda Ermənistan gərginliyin azaldılması üçün rol oynaya biləcəyi halda zəiflik nümayiş etdirir. Azərbaycanı isə bu durumda maraqlanıdaran məsələ Qarabağı necə geri qaytaracıdır. Bakı bunu ya danışıqlar, ya da savaş yolu ilə etməyə hazırdır. Regionda hadisələrin inkiaşfı da Azərbaycanın leyhiən işləyir. Ermənistan bu məqamı mütləq nəzərə almalıdır".

Bütün bu qeyd edilənlər aydın surətdə göstərir ki, Azərbaycanın savaş mesajları, əslində işğalçı ölkədə getdikcə daha böyük təşviş yaradır. Politoloq Qabil Hüseynli də ermənilərin qorxmaqda haqlı olduğunu vurğulayır. Politoloqun sözlərinə görə, Azərbaycanın mənəvi haqqı var ki, istənilən zaman istila edilmiş torpaqlara hücum edərək geri alsın və burada məskunlaşmış əhalini və Ermənistan ordusunun əsgərlərini uzaqlaşdırsın: “Buna istər müharibə desinlər, istər anti-terror əməliyyatları desinlər, istərsə də separatçılığa qarşı mübarizə adlandırsınlar, bütün beynəlxalq hüquq normalarında Azərbaycanın cəhdləri haqlı dəyərləndiriləcək. Mütləq həyata keçirilməlidir.

Ermənilər öz hərəkətlərini müharibə adlandıra bilər. Lakin Azərbaycanın həyata keçirdiyi müharibə deyil, torpaqlarının azad olunma təşəbbüsləridir. BMT-nin nizamnaməsinin 51-ci maddəsində də deyilir ki, təcavüzə məruz qalmış ölkə öz torpaqlarını azad etmək üçün özü və ya hər hansı dövlətin qüvvələrindən istifadə edə bilər. Biz hələ ki, öz qüvvəmizlə bunu həyata keçirmək niyyətindəyik. Bu niyyəti açıq şəkildə də bəyan etmişik. Necə yəni, bizim torpaqlarımıza Suriyadan, İraqdan erməni köçürülür, məskunlaşdırılır, biz isə bunu seyr etməliyik? Dünyada bu cür ədalət prinsipi yoxdur. Heç dünya ictiamiyyəti də bunu qəbul etmir.  Ermənistanın rəsmi nümayəndələri danışıqlara gəlib bizimlə zarafat edir, nağıl danışır, ağlına gələn bəyanatları verir. Danışıqların isə predmeti olmalıdır, nəticə ortaya qoyulmalıdır. Masada müzakirəyə hazır məsələlər olmalıdır. Bunların olmadığı yerdə Azərbaycan sülhə nail olmağı uzun müddət gözləməyəcək. Azərbaycan çox da uzaqda olmayan bir zamanda danışıqları dayandıracaq və Ermənistan o zaman Azərbaycanın müdafiə naziri Zakir Həsənov və onun komandası ilə danışmalı olacaq. Azərbaycan xalqı da vətəninin müdafiəsinə qalxacaq və bu işi dəstəkləyəcək”. Digər ekspertlər də vurğulayır ki, Azərbaycan əsgərinin hərəkətə keçməsinin işğalçı üçün ağır nəticələri olacaq. Ordumuzun döyüş qabiliyyəti və hərbi arsenalındakı silahlar mümkün müharibədə nəticəni bəri başdan müəyyən etməyə imkan verir. Erməni ekspertlər də etiraf edirlər ki, Azərbaycanın son dövrlər nümayiş olunan hava hücumundan müdafiə sistemləri və raket kompleksləri işğalçı Ermənistanı sözün həqiqi mənasında dəhşətə salır. Məhz bütün bunlar Qarabağda baş verə biləcək müharibədə işğalçı ölkənin hərbi qüvvələrini darmadağın etməyə yetərlidir. Ermənistan lazımi nəticə çıxarıb müvafiq addımlar atmasa, böyük zərbələrə də hazır olmalıdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ