şənbə günü, 07 noyabr 2026
     

Prezidentin 26 iyun - Ordu günü klipi - hərb sənətimizin yığcam tarixi...

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə “Facebook” və “Instagram” səhifəsində paylaşdığı, əsgər və zabitlərə həsr olunan videoçarx günün trendinə çevrilib.

Kiçik bir filmi xatırladan sözügedən videoçarx ölkənin ictimai-siyasi həyatında müsbət mənada böyük rezonans yaradıb. 101 yaşlı ordumuzun yığcam tarixini əks etdirən videoçarxda Azərbaycan Xalq Cümhuriyyəti dönəmindən başlamış indiyə qədər Azərbaycan Ordusunda əsgər və zabitlərin istifadə etdiyi geyim formaları nümayiş etdirilib.

  • Şair Ramaldanov: “Bu videoçarx Azərbaycan Ordusunun inkişafını göstərməklə yanaşı, həm də Azərbaycan Ordusunun gücünün də göstəricisidir”

Tanınmış hərbi ekspert, iki dəfə “Azərbaycan bayrağı” ordeninə layiq görülmüş Şair Ramaldanov “Bakı-Xəbər”ə Prezidentin paylaşdığı videoçarxla bağlı maraqlı şərh verdi. Ş.Ramaldanovun sözlərinə görə, klipdə 101 yaşlı Azərbaycan Ordusunun tarixi öz əksini tapıb. O qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələri 101 il ərzində böyük tarixi yol keçib. “Azərbaycan Respublikası Prezidentinin “Facebook” və “Instagram” səhifəsində yayılan videoklipi cənab Prezidentin Azərbaycan Ordusuna bəslədiyi münasibət kimi də qəbul etmək olar. Bunu, həmçinin, Azərbaycan Silahlı Qüvvələrinə ölkə başçısının verdiyi yüksək dəyər olaraq da qiymətləndirmək mümkündür. Bu videoçarx Azərbaycan Ordusunun 101 illik zaman ərzində keçdiyi böyük və şərəfli tarixi yolu əks etdirir. 101 il ərzində Azərbaycan Ordusu böyük bir təkamül yolu keçib. Görürsünüz ki, Cümhuriyyət dövründən indiyə qədər əsgər və zabitlərimizin geyim tərzi necə dəyişib, necə təkmilləşib. Yəni 101 il ərzində Silahlı Qüvvələrimizdə xidmət edən hərbçilərin yalnız geyimi dəyişməyib, həm də ordumuz güclənib, qüdrətlənib. Biz o videoklipdə Azərbaycan Ordusunun inkişafını görürük. Azərbaycan əsgəri, Azərbaycan oğlu həmişə ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparıb, Azərbaycanın ərazi bütövlüyünü, xalqımızı qoruyub və qorumağa da davam edir. Əlbəttə, ilk baxışdan o videoklipdə daha çox dəyişən və müasirliyə doğru gedən geyim formasının nümayişini görürük, lakin bu görüntülərin arxasında böyük bir məna, şanlı bir tarix göz önünə gəlir. Biz burada əsgər və zabitlərimizin dəyişən və müasirləşən geyimləri ilə yanaşı, Azərbaycanın qüdrətli dövlət olaraq yenilməz, əzəmətli orduya malik olduğunu da görürük. Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 güclü silahlı qüvvələri sırasında özünəməxsus yer tutubsa, bu, ilk növbədə, onun inkişafının əyani göstəricisidir. Azərbaycan Ordusunun ulu öndərin Vətənə qayıdışından sonra qısa bir zamanda formalaşdığı məlumdur. Qısa bir zamanda Azərbaycan Ordusunun vahid mərkəzdən idarə olunması ordumuzu həm bölgədə, həm də dünyada güclülər sırasına gətirib çıxarıb. Bu gün Ali Baş Komandanımızın orduya xüsusi münasibəti var və o, ordumuza böyük inam, etimad bəsləyir.

Biz həmin videoklipin arxa kadrlarında Azərbaycan Ordusunun hazırda müasir silahlarla silahlanmasını, eyni zamanda, Vətənə fədakarlıqla xidmət edən hərbçilərimizi gördük. Azərbaycan hərbçiləri harada olurlarsa olsunlar, daim seçilirlər. Bu gün Azərbaycan Ordusu müasir silahlarla silahlanıbsa, bu, ilk növbədə, ölkəmizdə hərbçi kadrların, mütəxəssislərin intellektual potensialının inkişaf etdiyinin göstəricisidir. Çünki bugünkü silahlar müasir silahlardır və intellektual cəhətdən böyük bilik tələb edir. Hansı silah olursa-olsun, əlbəttə, onu insan idarə edir və həmin o videoklipdə də Azərbaycan hərbçilərinin bütün sahələrdə inkişaf etdiyi göstərilir. Deyərdim ki, o videoklipə baxdıqda orada yer alan Azərbaycan hərbçilərinin mimika və üz cizgilərini təhlil etdikdə biz onların orada vətənpərvərlik xüsusiyyətlərinin ən yüksək formasını görürük. Azərbaycan əsgəri, zabiti həmişə vətənpərvər olub və vətənpərvərliklə də bərabər öz milliliyini saxlayıb. Bizim ordumuz hər zaman milli dəyərlərimizi yüksək tutub”.

Ş.Ramaldanov qeyd etdi ki, bu vətənpərvərlik hissi əsgərlərimizin, zabitlərimizin öz Vətənlərini, xalqını qoruması ilə müşayiət edilib. O vurğuladı ki, Prezidentin paylaşdığı videoklipdə güclü milli kolorit də öz əksini tapıb. “Bu çox təsirli videoklipdir. Belə bir videoklipin ölkənin birinci şəxsinin “Facebook” və “Instagram” səhifəsində paylaşılması, əlbəttə, o klipin əhəmiyyətini daha da artırıb. Bu həm maraqlı klipdir, həm də Ali Baş Komandanın Silahlı Qüvvələrə bağlılığının göstəricisidir. Hesab edirəm ki, bu videoçarx ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb və onu öz “Facebook”, “Instagram” səhifələrində çoxlu sayda insan paylaşıb, statusa çevirib. Bu videoklip olduqca böyük populyarlıq qazandı. Bu da, ilk növbədə, onu deməyə əsas verir ki, Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti ordu quruculuğu məsələsində Azərbaycan Prezidentini dəstəkləyir və onunla həmrəydir. Düşünürəm ki, bu videoçarx Azərbaycan Ordusunun inkişafını göstərməklə yanaşı, həm də Azərbaycan Ordusunun gücünün də göstəricisidir”.

Ş.Ramaldanov qeyd etdi ki, 101 yaşlı Azərbaycan Ordusu Azərbaycan xalqının qürur mənbəyidir və ordumuz bundan sonra da böyük nailiyyətlərə nail olacaq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ