şənbə günü, 07 noyabr 2026
     

Qondarma “DQR”i tanıtmaq üçün qurulan idman, mədəniyyət tədbirləri dalbadal iflasa uğrayır

Image


Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanan Azərbaycan torpaqlarında qondarma rejimin saxta rəhbərləri mədəniyyət, idman, turizm və s. bağlı müxtəlif  “beynəlxalq tədbirlər” keçirirlər. Əlbəttə, qondarma rejimin həyata keçirmək istədiyi heç bir tədbirin hüquqi əsası olmadığı bütün dünyaya məlumdur. Bir sıra dövləti çıxmaq şərtilə, erməni fitvasına uyan dövlətlər də az deyil. Onlar burada keçirilən tədbirlərə qatılırlar.

Baxmayaraq ki, qanunsuz keçirilən tədbirlərdə iştirak edən dövlətlərə dəfələrlə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən xəbərdarlıq edilib, etiraz notası göndərilib. Xaricdə fəaliyyət göstərən erməni lobbisinin dəstəyilə təşkil edilən bu tədbirlərə idmançıların, mədəniyyət adamlarının cəlb edilməsini də əsasən onlar həyata keçirirlər.  İşğal altında olan Azərbaycan ərazilərində ermənilərin keçirdiyi tədbirlərin əsas məqsədi qondarma rejimi tanıtmağa xidmət edir.

Ermənilər qondarma “respublika”nın adından keçirdikləri və qatıldıqları tədbirlərə mütləq dırnaqarası rejimin bayrağını da aparırlar. Belə təəssürat yaratmaq istəyirlər ki, qondarma “DQR”  var və onun öz bayrağı mövcuddur. Əslində isə heç kəsin tanımadığı bir qondarma qurumun həyata keçirdiyi tədbirlər onların özlərini aldatmasından başqa bir şey deyil.  

İndiyə qədər ermənilər işğal etdikləri Dağlıq Qarabağ və ətraf rayonlarda bir neçə idman və mədəniyyət tədbiri keçiriblər. Onlar indi də ciddi cəhdlə “ümumerməni yay oyunlar”ı keçirməyə hazırlaşırlar. Əvvəlcədən onu da bildirək ki, ermənilərin bu oyunları keçirməsi artıq bir neçə dövlət tərəfindən etirazla qarşılanıb. Gürcüstan və Türkiyə xarici işlər nazirlikləri öz ölkələrinin idmançılarına bu yarışmaya qatılmağı qadağan ediblər. Məlumatlara görə, bu tendensiyaya digər ölkələr də qoşulacaq. Gürcüstan və Türkiyənin açıq şəkildə boykot etdiyi bu yarışın perspektivi yoxdur.

Ermənilərin “yay oyunları”nı Azərbaycan şəhəri Xankəndidə keçirməsi xüsusi məqsəd daşıyır. Məlum olduğu kimi, vaxtilə Pənah xanın tikdirdiyi Şahbulaq qalasını da mənimsəyən separatçı rejim qalanı təmir etdirərək “dövlət qoruq-muzeyi”nə çevirib və Azərbaycanın bu qədim tarixi abidəsi hesabına xaricdən turist cəlb edərək mümkün qədər pul qazanmağa çalışır. Qalanın ətrafında Ermənistan arxeoloqları qanunsuz və saxta qazıntı işləri aparırlar.

Ermənilər “yay oyunları”na o qədər ciddi hazırlaşırlar ki, hətta erməni mətbuatında gedən məlumatlara görə, İrəvandan Türkiyənin Van şəhərinə təşkil edilən birbaşa aviareysin videogörüntüsü yayılıb. Qeyd edilənə görə, təyyarənin sərnişinləri bu ilin avqust ayında işğal altında olan Qarabağda keçirilməsi planlaşdırılan "Ümumerməni oyunları"nın təşkilat komitəsinin üzvləri olublar. Nümayəndə heyətinə “Ümumerməni Oyunlarının Dünya Komitəsi”nin “sədri” İşxan Zakaryan başçılıq edib. Erməni nümayəndə heyəti Van şəhərində bir sıra görüşlər keçirib. Van bələdiyyəsində baş tutan görüşdə erməni nümayəndə heyətinə qiymətli hədiyyələr təqdim olunub. O da acınacaqlı haldır ki, "ümumerməni oyunları"nın “təşkilat komitəsi”nin üzvləri Türkiyənin Hatay vilyatində yerləşən "Musa Dağı"nın yaxınlığndakı Vakıflı kəndindəki "Məryəm Ana" ("Surb Asdvadzadzin") kilsəsində dini ayin həyata keçiriblər. Ayin zamanı yandırılan şamlar vasitəsilə "Ümumerməni oyunları"nın məşəlini də yandırıblar və bu məşəli bu ilin avqust ayının 6-da işğal altında olan Xankəndi şəhərində baş tutacaq açılış mərasiminə aparacaqlar. Məşəl yandırma mərasimində Ermənistan bayrağı ilə birgə işğal altında olan Dağlıq Qarabağda yaradılan separatçı "Artsax" rejiminin bayrağı da qaldırılıb.

Mərasim iştirakçıları daha sonra "Kilikiya Erməni Krallığının" paytaxtı olduğu iddia etdikləri "Sis" (Kozan) qalasını, həmçinin, özlərinin kralı olduğu iddia etdikləri 2-ci Levonun qalasını da ziyarət ediblər.

Məlumat üçün onu da bildirək ki, "Musa Dağı" ermənilər üçün həm də Osmanlıya qarşı başladılan üsyan hərəkatının simvolu hesab olunur. 1915-ci ildə Osmanlıya qarşı üsyan edən ermənilər "Musa Dağı"na çıxaraq müqavimət göstərmiş və daha sonra Fransız gəmilərinin yardımı ilə oradan xilas olmuşdular. Bununla bağlı "Musa Dağı”nda 40 gün" adlı film də çəkiblər. Qondarma rejimin nümayəndələri saxta yarışmanın ikinci məşəlini isə Ermənistanın Türkiyə ilə sərhədi yaxınlığında, Ağrıdağın ətəyindəki Xor Virap kilsəsində yandırıblar. Üçüncü məşəl isə Şahbulaq qalasında yandırılıb. Azərbaycana aid qalada bu məşəlin yandırılması həqiqətən də böyük saxtakarlıqdır.

Qeyd edək ki, ermənilərin keçirmək istədikləri bu qondarma yarışa etiraz olaraq Azərbaycan tərəfindən addımlar atılmaqdadır. Ümid edirik ki, ermənilərin digər layihələri, tədbirləri kimi, “yay oyunları” da heç bir effekt verməyəcək.

Xatırladaq ki, bir neçə həftə əvvəl qondarma “respublika”da “Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası" çərçivəsində separatçı və tanınmamış ərazilərin "futbol üzrə Avropa çempionatı"keçirilib. Maraqlıdır ki, bu turnirdə heç bir ciddi komanda iştirak etməyib, turnirdə iştirakçıları əsasən tanınmamış rejimlərin təmsilçiləri olub.

Ekspertlər qeyd edirlər ki, ermənilərin bütün tədbirləri Xankəndinə salması bu şəhərin onlara məxsus olduğunu “sübut” etməkdir. Tarixçilər qeyd edirlər ki, əslində, ermənilərin idman, mədəniyyət tədbirlərini belə səsli-küylü keçirməsi dünya tərəfindən müsbət qəbul edilmir və hala qarşı etiraz edirlər. Sadəcə, bu etirazlar müxtəlif formalarda olduğu üçün, diqqəti elə də cəlb etmir.

Qeyd edək ki, Azərbaycan tərəfi dəfələrlə rəsmən bildirib ki ölkəmizin işğal olunmuş ərazilərində hər hansı bir mədəni, idman və digər tədbirlərin keçirilməsi qanunsuzdur.

Qondarma rejim təmsilçiləri idmandan və mədəniyyətdən siyasi məqsədlər üçün istifadə edirlər. Əslində, idmandan və mədəniyyətdən siyasi alət kimi istifadə etməyin özü gülüncdür və bundan yalnız qondarma və saxta insanlar istifadə edirlər. 

Ekspertlər qeyd edirlər ki, qondarma rejimin heç bir idman komandası, eləcə də musiqi qrupu beynəlxalq tədbirlərə buraxılmır. Onlar buna nə qədər cəhd etsələr də, alınmır ki, alınmır.

Separatçı rejim xeyli müddət əvvəl işğal altında olan Azərbaycan torpaqlarında sambo üzrə “beynəlxalq yarış” keçirmişdi. Çox təəssüf ki, bizə “dost” deyən bəzi dövlətlərin idmançıları da bu qondarma yarışa qatılmışdılar. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı altında keçirilən yarışın sözsüz ki, heç bir əhəmiyyəti olmadı. Bu, ermənilərin növbəti təxribatından başqa bir şey deyil.

Sözsüz ki, ermənilərin keçirdikləri bu yarış da Azərbaycanda narazılıqla qarşılanmışdı. 9 qat dünya çempionu, Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov mətbuata bildirmişdi ki, həmin yarış beynəlxalq qurum tərəfindən tanınmır: “Mən Azərbaycan Sambo Federasiyasının prezidenti olmaqla yanaşı, Avropa Sambo Federasiyasının vitse-prezidentiyəm. Bir müddət əvvəl Avropa Sambo Federasiyasının iclasında idim. Bu turnir keçirilən yarışlar siyahısında təqdim olunsaydı, mən öz etirazımı bildirərdim. Ola bilər ki, həmin yarışı ermənilər öz aralarında keçirib. Yəni beynəlxalq qurumlar tərəfindən həmin yarış tanınmır”.

Qondarma rejimin növbəti təxribatı KVN-lə bağlı olub. Ermənilər yalandan məlumat yaymışdılar ki, guya “KVN-2017” festivalında qondarma rejim də təmsil olunub. Lakin onların yaydığı xəbər Beynəlxalq KVN İttifaqı tərəfindən təkzib edildi və rəsmən bildirildi ki, tanınmamış qurumların, yaranmış birliklərin, o cümlədən də “Artsax”ın adı ümumiyyətlə ləğv edilib.

Qeyd edək ki, ermənilər dəfələrlə qondarma rejimin bayrağı altında çıxış etməyə cəhd ediblər. Hətta İranda keçirilən idman yarışında erməni idmançının köynəyində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı əks olunmuşdu. Sözügedən faktla bağlı İran rərəfi bəyanat yaydı ki, idman yarışlarının təşkilat komitəsinə ciddi xəbərdarlıq edilib və gələcəkdə Ermənistandan gələn idman komandaları İrana ciddi nəzarət altında buraxılacaqlar. Onlar hətta “Biz qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımırıq" - bəyanatını da vermişdilər.

Məlum olduğu kimi, qondarma rejimin təşəbbüsü ilə işğal altında olan Azərbaycan şəhərləri ilə bəzi Avropa şəhərlərinin “qardaşlaşması” ilə bağlı müqavilə bağlanmışdı. Artıq Fransa şəhərləri ilə Qarabağ separatçılarının “dostluq xartiyası” ləğv edilib.

Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı Azərbaycan torpaqlarında ermənilər tərəfindən qanunsuz əməllərin davam etdirildiyi məlumdur. Avropa ölkələrindəki erməni lobbisinin təsiri və təhriki ilə Fransanın və digər ölkələrin şəhərləri ilə Azərbaycanın işğal altında olan bir sıra şəhərləri “qardaşlaşdırılıb”. Ermənilərin həyata keçirdikləri bu məkrli siyasətin ifşa edilməsi istiqamətində dəfələrlə Azərbaycan haqlı olaraq öz mövqeyini bildirib. Azərbaycanın bu sahədə həyata keçirdiyi məqsədyönlü işlər artıq bəhrə verməkdədir. Belə ki, “qardaşlaşma” aktları pozulmağa başlayıb. Bu hərəkatın ermənilərə daim böyük dəstək verməklə seçilən Fransada başlaması diqqəti çəkir. Bu ölkənin müxtəlif məhkəmələri tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikası”nın şəhərləri ilə “qardaşlaşan” bir neçə Fransa şəhərinin “qardaşlaşmasını” pozmaqla bağlı qərar qəbul edilib. Belə ki, Fransanın Qrenobl şəhərinin inzibati məhkəməsinin qərarı ilə Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələri ilə Fransanın şəhərləri, kommunaları və bölgələri daxil olmaqla, qəsəbələrlə imzaladığı daha dörd “dostluq nizamnaməsi” ləğv edilib.

Bu qərar 29.05.2019-cu il tarixində Fransanın Serji-Pontuaz inzibati tribunalı tərəfindən qəbul edilmiş birinci qərarın məntiqi davamı sayılır.

Qeyd edək ki, mayın 30-da Fransanın Val d’Oise Departamentinin İnzibati Məhkəməsi Arnuvil şəhəri ilə Dağlıq Qarabağdakı erməni separatçıları arasında imzalanan “Dostluq xartiyası”nı ləğv edib. “Bakı-Xəbər”in yazdığına görə, sözügedən “sənəd” Fransanın Arnuvil şəhərinin meri Paskal Dol ilə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Xocavənd rayonunun Şeher yaşayış məntəqəsinin separatçı rəhbəri arasında imzalanmışdı.

Onu da vurğulayaq ki, Dağlıq Qarabağa qanunsuz səfər edərək orada separatçılarla görüşən və “sənəd” imzalayan merə qarşı ittiham Fransa hökuməti tərəfindən ölkənin regionları ilə əməkdaşlığa dair qanunun pozulması maddəsi ilə irəli sürülüb. Şikayətə baxan Fransanın Val d’Oise Departamentinin Cergy-Pontoise İnzibati Məhkəməsi fransalı merin əleyhinə qərar verib.

Məlumat üçün qeyd edək ki, 2018-ci ilin oktyabrında Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfər ediblər və separatçılarla bir sıra görüşlər keçiriblər. Bundan sonra Fransanın Bakıdakı səfiri Oreliya Buşe Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən, bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilən qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib.

Qeyd edildiyi kimi, artıq Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətlər verilib, Fransa hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə Azərbaycan XİN-in rəsmi notası təqdim olunub.

Bu prosesin Azərbaycanın xeyrinə getdiyi məlumdur. Fransa məhkəməsinin çıxardığı ədalətli qərar nəticəsində beş “qardaşlaşma” hadisəsinə xitam verilib.

Heç şübhəsiz ki, Fransa İnzibati Məhkəməsinin qətnaməsi bir neçə cəhətdən çox əhəmiyyətlidir və bu həm də Fransadakı erməni lobbisinə vurulan ağır bir zərbədir. Ermənilər separatçı rejimin işğal altında saxladığı şəhərlərimizi Fransa şəhərləri ilə “qardaşlaşdırmaqla” qondarma “DQR”i tanıtmaq məqsədi güdürlər.

Məlum olduğu kimi, Fransanın özündə də bu saxta “qardaşlıq xartiyaları”na etiraz edənlər var və olub. Məsələn, Fransa Parlamentində Fransa-Azərbaycan dostluq qrupunun üzvü Jan-Lük Reitzer birmənalı şəkildə Dağlıq Qarabağın hazırda işğal olunmuş ərazi olduğunu bildirir və bu əlaqələrin qəti əleyhinə olduğunu deyir: “Beynəlxalq hüququn qanunları var və onlara riayət etməmiz gərəkdir. Fransa xarici işlər nazirinə məktub ünvanlayaraq Fransanın bir sıra şəhərlərinin başçılarının Dağlıq Qarabağ bölgəsinin şəhərləri ilə əlaqələr qurduqları, səfərlər etdikləri, dostluq xartiyaları imzaladıqları barədə məlumatlandırmışam və bu əlaqələrin Fransa qanunlarına zidd olduğunu vurğulamışam. Bu yaxınlarda (2018-ci ilin oktyabrı - red.) Fransanın Sant-Etyen (Saint-Etienne) şəhəri ilə Dağlıq Qarabağda yerləşən şəhərlərdən biri ilə əlaqələr qurulub. Mən Sant-Etyen şəhərinin merinə məktub yazaraq bunun beynəlxalq hüquq normalarına və Fransa Xarici İşlər Nazirliyinin qərarlarına zidd olduğunu bildirmişəm. Məktubuma Fransa xarici işlər naziri Jan-İv Lö Dryanın mənim məktubumu cavablandıraraq beynəlxalq hüququn qanunlarını pozan bu cür ikitərəfli əlaqələrin məsləhət görülmədiyini təsdiqləyən məktubunun surətini də əlavə etmişəm. Hələlik heç bir cavab almamışam. Sant-Etyen şəhərinin merinə göndərdiyim məktubumun surətini bir sıra orqanlara da göndərmişəm ki, qoy bilsinlər, parlamentarilər beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış ərazilərlə əlaqələr qurmaqla digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən davranışlara yol verən bir sıra şəhər rəhbərlərinə qayda-qanunu xatırladır”.

Həm qondarma rejimin keçirdiyi “beynəlxalq idman və mədəniyyət tədbirləri”, həm də başqa ölkələrin şəhərləri ilə imzalanan “qardaşlıq xartiyaları” iflasa uğrayır. Bu da onu göstərir ki, artıq dünya erməni saxtakarlığından cana doyub.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ