şənbə günü, 07 noyabr 2026
     

Paşinyan Putini saymadı - Kremlin Ermənistanda qəti hərəkəti üçün əsaslar kifayətdir

Image


Ermənistanda “Qarabağ klanı” ilə mövcud hakimiyyət arasında gərginləşən münasibətlər fonunda Kreml Nikol Paşinyan iqtidarına qarşı daha açıq gedişlərə start verir. Belə görünür ki, Rusiya ona bağlı “Qarabağ klanı”nın Paşinyan tərəfindən hüquqi müstəvidə tam sıradan çıxarılmasını istəmir. Elə buna görə də Moskva indidən hərəkətə keçib.

Elə bu günlərdə Ermənistanın “Baqramyan 26” kanalı belə bir məlumat yayıb ki, Rusiyanın Ermənistandakı səfiri Ermənistan Konstitusiya Məhkəməsinin rəhbərinə sabiq prezident Robert Köçəryanı müdafiə etmək qarşılığında zəmanət verib: “Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın Kontitusiya Məhkəsinin rəhbəri Qrayr Tovmasyanla görüşüb. Tovmasyan Serj Sarkisyanın təyin etdiyi adamdır. Öz karyerasında irəliləməsinə görə o, Serj Sarkisyana borcludur. Səfir Köçəryanla görüşdən sonra Tovmasyanla görüşür, halbuki, məhz Köçəryanla görüşə görə onu Ermənistan Xarici İşlər Nazirliyinə çağırıb, ölkənin daxili işlərinə müdaxilə etməməsi istənilmişdi.

Kopırkinlə görüşə qədər isə Tovmasyan Qarabağda olub. Burada onunla eyni zamanda Serj Sarkisyan da olub və o, Tovmasyana gələcək fəaliyyəti ilə bağlı məsləhət verib. Aydındır ki, səfirlə Tovmasyanın görüşündə Rusiya-Ermənistan əməkdaşlığı müzakirə edilməyib. Səfir, sadəcə, Robert Köçəryanın ittiham olunduğu 1 mart işinin gələcəyi ilə maraqlanıb. İş artıq Konstitusiya Məhkəməsinə göndərilib. Burada Köçəryana qarşı cinayət işinin davam etdirilib-etdirilməməyəcəyinə qərar verilməlidir. Yəqin ki, səfir Tovmasyana Rusiya tərəfinin Köçəryan işi ilə bağlı arzularını çatdırıb və Konstitusiya Məhkəməsinin hakiminə Moskvanın ona kömək və dəstək verəcəyi ilə bağlı zəmanət verib. Səfir Kopırkin çox təhlükəli oyuna daxil olub və əvvəl yazdığımız kimi, Rusiyanın Belarusdakı eks-səfiri Babiçin taleyini təkrarlaya bilər”.

Xatırladaq ki, bu günlərdə Sergey Kopırkinin sabiq prezidentlərlə görüşünün olduğunu keçmiş iqtidar partiyası olan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov da təsdiq etmişdi. O bu xüsusda bildirirdi: “Hakimiyyətin deputatlarından biri bəyan edib ki, Rusiya səfiri Ermənistanın daxili işlərinə qarışmaması kontekstində Ermənistan Xarici İşlər Nazirliyinə söhbətə dəvət edilib. Bəs Bolton birbaşa Ermənistanın daxili işlərinə müdaxilə və erməni xalqını tarixi ideologiyasından imtina etməyə dəvət edərkən, bir adam yoxdur ki, desin siz və sizin şefiniz hardaydı?”. O qeyd edib ki, dövlətin idarə edilməsi və dövlətlərarası münasibətləri partiyadaxili və qruplaşmadaxili münasibətlərlə qarışdırmaq olmaz: “Kopırkinin isə Köçəryandan savayı Serj Sarksiyanla da  bir neçə görüşü olub. Bu görüşlər Rusiya səfirliyində və Respublika Partiyasının ofislərində baş tutub. Əsəbiləşmək və çaşmaq əvəzinə Nikol və onun tərəfdaşları rəsmi və parlament diplomatiyasının alfa ve omeqasını mənimsəsələr, daha yaxşı olar”.

Ermənistanda fəaliyyət göstərən “Məlumatli Vətəndaşlar Birliyi” ictimai təşkilatı da vəziyyətin kifayət qədər gərgin bir həddə çatdığını bəyan edir. Qurum Kremlin Ermənistanda vəziyyəti qarışdırmaq istiqamətində artıq müəyyən addımlar atdığını da bildirir və bununla ilgili yaydığı bəyanatında qeyd edir: “Başqa sözlə desək, yaranmış vəziyyət onu göstərir ki, Rusiyanın özü indiki mərhələdə erməni-rus müttəfiqlik münasibətlərini sınağa çəkir. Bununla da rəsmi Moskva İrəvandan səsləndirilən bəyanatları nəzərə almadan daha sərt addımlar ata bilər. Lakin bunun nəticələri bütün tərəflər üçün gözlənilməz ola bilər. Artıq bizə də məlumdur ki, Sergey Kopırkin Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanla görüşüb. Bu görüş kifayət qədər maraqlı və mürəkkəb, daxili siyasi və xarici siyasi konteksdə baş verib və növbəti dəfə erməni-rus münasibətlərində Moskvanın konkret şəxslərin konkret maraqlarını müdafiə etməyə kökləndiyini göstərir. Hələ iyunun 13-də məlum olub ki, Rusiyanın Ermənistandakı səfiri “1 Mart” cinayət işi üzrə ittiham edilən Ermənistanın ikinci prezidenti Robert Köçəryanla görüşüb. Məlumdur ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Köçəryanla sıx münasibəti var. Görüş erməni tərəfinin kəskin reaksiyasına səbəb oldu. Səfir və Tovmasyanın görüşü, faktiki olaraq, erməni tərəfinin kəskin reaksiyasından sonra baş verib və yeganə diqqətçəkən hal deyil. Məsələ burasındadır ki, Ermənistan Konstitusiya Məhkəməsinin sədri görüş məqamında Köçəryanın gələcək taleyində xüsusi rol oynayırdı. Çünki Köçəryan və digərlərinin işi Konstitusiya məhkəməsinə göndərilir. Bunlardan sonra, faktiki olaraq, Ermənistanın diplomatik heyəti ən sərt vasitələrdən birini seçməklə Köçəryana və Rusiya səfirinin görüşünə münasibət göstərərək, Moskvanın Ermənistanın daxili işlərinə qarışmasına mənfi yanaşdığını nümayiş etdirib. Bundan sonra rus tərəfi hər hansı bir bəyanat və ya diplomatik vasitə ilə vəziyyəti yumşaltmağa cəhd etmək əvəzinə, aşkarcasına erməni tərəfinin mövqeyinə əhəmiyyət verməyərək vəziyyəti daha da kəskinləşdirib. Başqa sözlə desək, yaranmış vəziyyət onu göstərir ki, Rusiyanın özü indiki mərhələdə erməni-rus müttəfiqlik münasibətlərini sınağa çəkir. Ermənistan bu gedişlə Rusiyanın timsalında mütəffiqini itirir. Kreml isə, yəqin ki, İrəvana qarşı daha sərt mövqeyə keçəcək”.

“İravnuk” qəzeti isə baş verənlər fonunda yazır ki, Moskva digər təsir rıçaqlarını da işə salır. Məsələn, qeyd olunur ki, Rusiyada işləyən erməni oliqarxlara ən yüksək səviyyədə xəbərdarlıq olunub ki, Ermənistana  pul ayırmasınlar. Rusiyada yaşayan bir çox erməni biznesmen artıq Ermənistandakı fəaliyyətini dondurub. Digər təsir rıçaqlarının da işə salınması Ermənistan üçün artıq müsbət heç nə vəd etmir.

Qeyd edək ki, az əvvəl Apelyasiya məhkəməsi sabiq prezident Köçəryanı yenidən həbsə qaytarıb. Demək, Kremlin “iç Ermənistanda qəti hərəkətə keçməsi üçün” əsaslar kifayət qədərdi – Paşinyan Putini saymadı...

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ