07/12/2019 22:39
728 x 90

İran ticarət əməliyyatlarında dollardan imtina ilə bağlı Azərbaycanla saziş bağlamaq niyyətindədir

img

İran bir sıra ölkələrlə, xüsusilə Rusiya, Türkiyə və Çinlə ikitərəfli maliyyə sazişlərinin bağlanmasına dair müzakirələr aparır. Baki-xeber.com İnterfax-a istinadən xəbər verir ki, İran KİV-nin məlumatına görə, bunu İranın xarici işlər naziri Cavad Zərif deyib.

"Biz Türkiyə, Rusiya, Çin, Azərbaycan, Hindistan və digər ölkələrlə maliyyə sazişlərinin imzalanmasına dair danışıqlar aparırıq. Bu ölkələrdən bəziləri ilə sazişlər artıq bağlanılıb, digərləri ilə isə razılaşmalar demək olar ki, əldə olunub", - deyə o qeyd edib.

Məlumata görə, bu sazişlər ticarət əməliyyatlarında ABŞ dollarından imtina edilməsinə yönəlib.

Son xəbərlər