şənbə günü, 07 noyabr 2026
     

Rusiya Gürcüstana sanksiyaları sərtləşdirir – Azərbaycana yeni iqtisadi perspektiv açılır…

Image


Qonşu Rusiya və Gürcüstan arasında münasibətlərin yenidən pisləşməsi, bunun isə regionda təkcə siyasi yox, iqtisadi duruma da əhəmiyyətli dərəcədə təsir göstərməsi gözlənir. Məsələnin maraqlı tərəfi isə prosesin Azərbaycana da təsir göstərəcəyi ilə bağlıdır. Hadisələrin gedişi bundan Azərbaycanın iqtisadi mənfəətlərinin olacağını üzə çıxarır ki, bunu rus rəsmilər və mediası da indi açıq mətnlə vurğulayır.

Bu barədə danışmazdan öncə qeyd edək ki, hər şey Tiflisdə Gürcüstan parlamentinin binası qarşısında iyunun 20-də başlanmış aksiyalarla start götürüb. Həmin vaxt Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tiflisdə keçirilən 26-cı Baş Assambleyasında iştirak edən Rusiya nümayəndə heyətinə qarşı aksiyalar başlanıb. Rusiya Dumasının üzvlərinin Tiflisdə beynəlxalq tədbirdə iştirak etməsi və PPA-nın prezidenti Sergey Qavrilovun Gürcüstan parlamenti sədrinin kürsüsündə əyləşməsi bəzi deputatlar və müxalifət arasında böyük narazılıq yaradıb. Onlar aksiyalarda rus deputatların ölkədən rədd olmasını tələb ediblər. Deputat Sergey Qavrilov və Rusiya Dumasının digər üzvləri bundan sonra Tiflis hava limanından təyyarə ilə yola salınıblar. Rusiyalı deputatlar qaldıqları hoteldən çıxarkən vətəndaşların etirazları ilə qarşılaşıblar. Onlar rusiyalı deputatlar istiqamətinə su qabları atıblar. Bunun ardınca parlament spikerinin və daxili işlər nazirinin istfefası, eləcə də digər tələblərlə aksiyalar keçirilib. Gürcüstan prezidenti Salome Zurabişvili Tiflisdəki iğtişaşlarda Rusiyanın beşinci kolonunu günahlandırıb. Zurabişvili Rusiyanı düşmən və işğalçı adlandıraraq, onun Gürcüstanın daxili problemlərindən yararlanmağa çalışdığını bildirib. Kreml bütün bunlardan sonra məsələyə sərt yanaşma sərgiəlyib. Moskva ilk olaraq iqtisadi rıçaqları işə salıb. Rusiya baş naziri Dmitri Medvedyev isə vurğulayıb ki, Zurabişvilinin son bəyanatı qeyri-peşəkarlıqla hazırlanıb. Onun sözlərinə görə, bu cür ritorika, eləcə də antirusiya əhval-ruhiyyəsi Moskvanın öz turistlərinə Gürcüstana səyahət məsələsində lazımi məsləhət verməsilə nəticələnəcək. O, bunun nəticəsində Gürcüstanın iqtisadiyyatında real problemlər olacağını bildirib. Medvedyev situasiyanın gərginləşməsində radikal müxalifəti ittiham edib. Baş nazir Tiflisdəki etirazların səbəbini Gürcüstanın siyasi sistemində olan partlayışla əlaqələndirib.

Rusiya prezidenti Vladimir Putin iyulun 8-dən Gürcüstana sərnişin təyyarələrinin, kommersiya uçuşlarının müvəqqəti qadağan edilməsi barədə fərman imzalayıb. Turizm operatorlarına Gürcüstana turizm yollayışları satmamaq tövsiyə olunub. Rusiya Nəqliyyat Nazirliyinin məlumatına əsasən, iyulun 8-dən Gürcüstan aviaşirkətlərinə məxsus təyyarələrin Rusiya ərazisinə uçuşları dayandırılacaq. Nazirlik bəyan edib ki, Gürcüstan aviaşirkətlərinin Rusiya Federasiyasının Hava Məkanında Hərəkətin Təşkili üzrə Dövlət Korporasiyasına xeyli borcu var.

Hazırda rus turistlərin Gürcüstandan çıxarılması həyata keçirilir. Artıq "Aeroflot" aviaşirkəti Gürcüstanda olan Rusiya vətəndaşlarının ölkədən çıxarılmasına başlayıb.  Bütün bunlar isə iqtisadiyyatında turizm mühüm rol oynayan Gürcüstan üçün ciddi zərbə sayılır.  Rusiyanın “Avropa” İnformasiya və Toplumsal Əməkdaşlıq Platformasının sədri Eduard Popov isə bildirir ki, Rusiya Gürcüstanla bağlı daha sərt tədbirlər görə bilər. O qeyd edir ki, rus turistlərin üçdə ikisi hazırda Gürcüstana fərdi şəkildə gedirsə, böyük ehtimalla, yaxın zamanda bununla da bağlı məhdudiyyətlər yaranacaq: “Düşünürəm ki, Rusiya daha sərt tədbirlərə gedərək, öz bazarlarını Gürcüstanın şərab, meyvə və digər bu kimi kənd təsərrüfatı məhsullarınün üzünə bağlayacaq”. Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü Oleq Morozov isə vurğulayır ki, Rusiya turistlərinin Gürcüstana getməkdən imtina etməsi bu ölkənin iqtisadiyyatına neqativ təsir göstərəcək: “Biz Gürcüstanda turizmdə liderik. İl ərzində yarım milyondan çox turist bu ölkəni ziyarət edir”.

Gürcüstanın Respublikaçılar Partiyasının liderlərindən Levan Berdzenişvili isə qeyd edir ki, Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarının ləğvi gürcü xalqını cəzalandırmaq cəhdidir. O, Rusiya turistlərinin Gürcüstana gəlməməsinin ölkə iqtisadiyyatına təsir edəcəyini bildirib. Gürcüstanın Turizm Departamenti isə bəyanat yayıb ki, Rusiya vətəndaşları Gürcüstana tam rahat gələ bilər, ölkədə hətta antirusiya aksiyaları fonunda onlar üçün təhlükə yoxdur.  Bildirilib ki, dünyanın müxtəlif yerlərindən gələn turistlər ölkənin görməli yerlərini ziyarət edə bilərlər. Amma Rusiya turistlərini artıq Gürcüstandan geri çəkir. Bir qədər əvvəl məlum olub ki, ruslar Gürcüstana olan biletlərini kütləvi şəkildə qaytarırlar. Rusiya İqtisadi İnkişaf Nazirliyi yanında Turizm üzrə Federal Agentlik artıq bəyan edir ki, Rusyadan Gürcüstana turist axını qonşu ölkədəki son hadisələrin fonunda 60-70% azalacaq. Qurum hesab edir ki, bu yay istirahət üçün Gürcüstanı seçən rusiyalı turistlər üçün əsas alternativ istiqamətlərdən biri, böyük ehtimalla, Azərbaycan olacaq. Agentliyin başçısı Zarina Doquzovanın sözlərinə görə, aviasiya vasitəsilə səyahət edən turistlərin payı ümumi axının 70-75%-ni təşkil edirdi. Bu səbəbdən avtobus turlarının satışı da arta bilər, amma bu kəmiyyət cüzi olacaq: "Bu yay əsas alternativ istiqamətlər, güman ki, Krasnodar vilayəti və Krım, Qafqazda isə - Azərbaycan və Ermənistan olacaq".

Bütün bunlar fonunda bu il Rusiyadan Azərbaycana daha çox turistin gəlişi gözlənir. Bu arada qeyd edək ki, ümuiyyətlə, cari il ərzində Azərbaycana gələn turistlərin sayı artır. Belə ki, yanvar-may aylarında Azərbaycana gələn turistlərin sayında ötən ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artım müşahidə olunub. Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib ki, ötən il ölkəyə 2,8 milyon turist gəlib. Çin, Koreya Respublikası və Yaponiyadan gələn turistlərin sayında 8-9 faiz artım olub. Həmçinin, Yaxın Şərq ölkələrindən, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı da artıb. Amma liderlik yenə də ruslara məxsusdur və bu il onların sayının daha çox olması proqnozlaşdırılır. Beləliklə, bu il bütün deyilənlər fonunda təkcə Bakı yox,  Azərbaycanın bölgələrinə də turist axınının daha da artması gözlənir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ