17/07/2019 09:22
728 x 90

İstanbulda qalmaqallı seçkinin qalibi məlum oldu... Binəli Yıldırımdan sonra Ərdoğan da İmamoğlunu təbrik etdi - YENİLƏNDİ

img

İstanbul şəhərində keçirilən təkrar bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb. Baki-xeber.com xəbər verir ki, bu saata olan məlumata görə, səslərin təxminən 99,37 faizi hesablanıb.

Ilkin nəticələrə görə, müxalif Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu 54,03 faiz səslə irəlidədir. Hakim Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım isə 45,09 faiz səs toplayıb.

İlkin nəticələrlə bağlı açqlama verən B.Yıldırım rəqibi Əkrəm İmamoğlunu təbrik edib: “Hazırda seçkində rəqibim Əkrəm İmamoğlu öndə görünür. Onu təbrik edirəm. Uğurlar arzulayıram.

Seçkilərin ardından Prezident Rəcəb Tayyib Ərdoğan da açıqlama verib və Əkrəm İmamoğlunu təbrik edib: “Qeyri rsmi məlumatlar görə seçkidə qələbə qazanan Əkrəm İmamoğlunu təbrik edirəm”.

Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb.

Hakim partiya İstanbulda səsvemənin nəticəsinə etiraz edib və seçkilərin təkrar keçirilməsi barədə qərar qəbul edilib.

Son xəbərlər