şənbə günü, 07 noyabr 2026
     

Qarabağ danışıqlarına dair Vaşinqtonda yeni sənədlər təqdim olunub?

Image


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında baş tutan Vaşinqton görüşü bəzi detllarına görə xüsusi diqqət cəlb edir. İlk növbədə o baxımdan ki, səslənən məlumatlara əsasən, həmsədrlər danışıqlar prosesində tərəflərə münaqişənin həllində nəticə verə bilən yeni sənədlər təqdim edib. Bunu görüş barədə məlumat verən Azərərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da təsdiq edib.

Ümumiyyətlə, azərbaycanlı nazirin açıqlamalarından belə bəlli olur ki, Bakı Vaşinqton görüşündən sonra Ermənistanla Dağlıq Qarabağ münaqişəsinə dair danşıqları davam etdirməyə hazırdır. Məhz bu da danışıqlar vasitəsilə müəyyən yeniliklərin olmasını istisna etmir. Çünki Azərbaycan əvvəldən də bəyan etmişdi ki, nəticəsi olmayan danışıqlara qatılmaq niyyətində deyil. Amma Vaşinqton təmaslarından sonra danışıqların davamı barədə Elmar Məmmədyarovun açıqlamaları artıq hansısa nəticələrin əldə edilə biləcəyi ehtimalını artırır. Nazir bu xüsusda bildirib ki, Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub: “Aramızda hələ də ciddi fərqlər qalır. Ümumiyyətlə, biz təqdim olunan təklifləri anlayırıq. Bunlar eyni təkliflərdir. Biz 15 ildir ki, müzakirə olunan ideyaları, eyni sülh planını izləyirik”. Bununla belə, Elmar Məmmədyarov görüş zamanı “intensiv və dərin” danışıqların aparıldığını qeyd edərək, həmsədrlərin daha məzmunlu danışıqlar üçün əlavə sənədlər təqdim etdiyini söyləyib. O, son vaxtlarda təmas xəttində hərbi durumun gərginləşməsinin xoşagəlməz hal olduğunu bildirərək, eyni zamanda danışıqların davam edəcəyinə əminliyini ifadə edib: “Detallarda bəzi fikir ayrılıqları var idi, ancaq müzakirələrin əsas məğzi də məhz detallardır. Biz dərk edirik ki, daha çox siyasi iradə nümayiş etdirməliyik. Hətta təmas xəttindəki situasiya yekunda bəyannamə, yaxud sülh müqaviləsinə doğru irəliləyişə mane olmamalıdır”. E.Məmmədyarov indiyədək tərəflər arasında etimadı gücləndirməyə yönəlik bir sıra mübadilələrin həyata keçirildiyinə də diqqət çəkib. O, problemin həlli istiqamətində bəzi ilkin addımların atılmasının əhəmiyyəti haqda danışıb: “Ən vacib elementlərdən biri hərbçilərin kazarmalara qayıtmasıdır. Hərbçilərin kazarmalara qayıtması sülh üçün daha yaxşı zəmin yaradacaq. Vəziyyətin normallaşdırılmasından danışanda digər vacib məsələ, Parisdə və Moskva görüşlərimizdə danışdığımız kimi, biz əhalini sülhə hazırlamalıyıq”.

ATƏT-in Minsk Qrupunun həmsədrləri də görüşdən sonra tərəfləri substantiv danışıqlara yardım edən sülh mühitinin bərpası üçün təxirəsalınmaz tədbirlər görmək, həmçinin atəşkəs rejiminə ciddi şəkildə riayət etməyə bağlılıqlarını təsdiq etməyi çağırıb. XİN rəhbərləri isə bu fonda yaxın vaxtlarda həmsədrlərin vasitəçiliyi ilə növbəti görüşün keçirilməsi barədə razılığa gəlib.

Beləliklə, yuxarıda səslənən fikirlərdən aydın olur ki, Vaşinqton görüşünə Azərbaycan nikbin yanaşır. Ermənistanda isə bu sahədə fərqli durum hökm sürür. Məsələn, Respublika Partiyasının sədr müavini, parlamentin sabiq deputatı Armen Aşotyanın sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü yekunlaşdıran ATƏT-in Misk Qrupu həmsədrlərinin mətbuat bəyanatlarından bəzi məsələlər ortaya çıxır: “Vyana-Sankt-Peterburq-Cenevrə razılaşmalarının yerinə yetirilməsi zərurəti yenidən diqqətə çatdırılmayıb. Görüş zamanı həmsədrlər tərəfindən daha öncə təklif olunan təhlükəsizlik təşəbbüslərinin məzmunu bizim üçün naməlum qalıb. Tərəflər ilk dəfə cəbhə xətti boyu ərazilərdə mühəndis işlərinin dayandırılması üçün çağırış etdilər. Hesab edirəm, bu çağırış gecikib. Çünki Azərbaycan Düşənbə razılaşmasından istifadə edib. Birbaşa əlaqənin layiqincə istifadəsinin əhəmiyyəti barədə xatırlatma onu göstərir ki, Düşənbədə əldə edilmiş bu razılaşma bu müddət ərzində təbliğat kimi istifadə edilib və öz məqsədinə xidmət etməyib. Həmsədrlər yenə də Azərbaycan tərəfindən dövriyyəyə buraxılmış substantiv danışıqlar ifadəsini təkrar edir. Qarabağdakı rejimin isə danışıqlar masasına qaytarılmasına dair hər hansı söhbət yoxdur. Yenə də nizamlanma prinsipləri haqqında hər hansı xatırlatma yoxdur. Yəni Vaşinton görüşü də Azərbaycanın lehinə oldu”.

Ermənistanda Vaşinqton görüşü ilə bağlı xüsusi narahatlıq yaradan məqamlardan biri isə bu prosesdə ABŞ-ın aktivləşməsidir. Hesab edilir ki, ABŞ Qarabağ danışıqlarında nəticə üçün Ermənistana qarşı təzyiq rıçaqlarını işə salsa, İrəvanın təcavüzkar siyasətini davam etdirməsi müşkülə çevriləcək. Məsələ burasındadır ki, son dövrlərə qədər ABŞ-ın Qarabağ təşəbbüsləri davamlı xarakter daşımır və Minsk Qrupu daxilində epizodik yer alırdı. Amma son bir ildə vəziyyət dəyişib və bu həm də onu göstərir ki, ABŞ bu prosesdə təşəbbüsü itirmək istəmir. Çünki uzun illərdir münaqişənin həlli istiqamətində fəallığı Rusiya tərəfi göstərirdi və  hazırkı real olan təkliflər də Rusiyaya məxsus idi. Münaqişə tərəfləri də keçirilən görüşlərdə bu təkliflər əsasında müzakirələr aparırdılar. Lakin indilikdə ABŞ özü prosesdə aktiv tərəf qismində çıxış edir və istisna deyil ki, həmsədrlərin Vaşinqtonda təklif etdiyi yeni sənəd əsas etibarı ilə ABŞ-ın təklifləri əsasında hazırlanıb və Azərbaycanın da maraqalrına cavab verir. Elə politoloq Qabil Hüseynli də məsələyə bu prizmadan yanaşraq vurğulayır ki, ABŞ tərəfi müxtəlif təzyiqlər göstərməklə Ermənistanı kompromis xarakterli danışıqlar yoluna dəvət edəcək. O bildirib ki, Ermənistan Vaşinqton görüşünü son şans kimi dəyərləndirib qərar verməlidir: “Hesab edirəm ki, bu görüşdə Con Bolton kifayət qədər mühüm rol oynayır. O hələ Bakıda olarkən bildirmişdi ki, bütün erməni qoşunları Dağlıq Qarabağdan dərhal çıxarılmalıdır. Düşünmürəm ki, ABŞ bu mövqeyini dəyişsin. Onlar bunu NATO-nun zirvə toplantısında da qeyd etmişdilər. Hətta həmin toplantıda Azərbaycanın ərazi bütövlüyünə NATO üzvləri səs verdilər. Ermənistan rəhbərliyi yaxşı bilir ki, bu danışıqlardan müsbət nəticə əldə olunmasa, vəziyyət dəyişəcək. Çünki Azərbaycanın bu məsələdə səbri tükənib”. Politoloq qeyd edib ki, Vaşinqton torpaqların Azərbaycana qaytarılması məsələsində maraqlı tərəfdir: “Vaşinqton üçün Cənubi Qafqazdakı bu qanlı münaqişəni həll etməyin böyük əhəmiyyəti var. Çünki ABŞ-ın geosiyası maraqları tələb edir ki, Cənubi Qafqazda az da olsa, öz mövqelərini möhkəmləndirsin. Rəsmi Vaşinqton Azərbaycanın enerji və nəqliyyat siyasətini və bölgədə oynadığı rolu yüksək qiymətləndirir və ölkəmizi regionun lider dövləti kimi qəbul edir. ABŞ həmçinin yaxşı başa düşür ki, Azərbaycanla münasibətlərin yaxşı vəziyyətdə olması Xəzər dənizində müəyyən üstünlüklər qazanıb, Orta Asiya respublikalarına keçmək imkanı yaradır. Bu səbəbdən Vaşinqton danışıqlarda müsbət nəticələr əldə olunması üçün müəyyən addımlar atacaq. Ümumiyyətlə, hesab edirəm ki, bu görüş danışıqların həllində və Ermənistana təsirdə yeni mərhələ ola bilər”. Hər halda, Azərbaycanın da əsas istəyi münaqişə ilə bağlı nəticələrin əldə olunmasıdır. Bakı hələ də bunun sülh yolu ilə əldə olunmasını istəyir. Azərbaycan açıq bəyan edir ki, sülh yolu ilə nəticələr əldə olunmasa, savaş qaçılmazdır. Bu mənada, Vaşinqton görüşündən 2 gün əvvəl  Azərbaycan müdafiə naziri Zakir Həsənovun jurnalistlərlə görüşməsi və mühüm bəyanatlar səsləndirməsini də qətiyyən təsadüf adlandırmaq olmaz. Həmin görüşdə ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində də genişmiqyaslı işlərin görüldüyünü deyən Z.Həsənov bildirib: "Bilirsiniz ki, döyüş hazırlığının əsas hissəsi şəxsi heyətin, hissə və birləşmələrin səhra bacarığının artırılmasıdır. Biz tez-tez irimiqyaslı təlimlər keçiririk, müasir təlim mərkəzləri qurmuşuq. Təlimlər döyüş vəziyyətinə maksimum yaxın şəraitdə, gecə və gündüz, ilin bütün fəsillərində keçirilir. Biz gündən-günə daha böyük hissə və birləşmələri bu təlimlərə cəlb edirik. 2016-cı ildə üç gün ərzində Azərbaycan ordusunun kiçik bir hissəsi bütün Ermənistan ordusunu darmadağın etdi. Azərbaycan ordusu bu qələbəni hər dəqiqə nümayiş etdirməyə hazırdır".

Ermənilər özləri də etiraf edir ki, Bakı danışıqlarda istədiyi nəticəni almasa, buna güc yolu ilə nail olacaq. “Sasna Tsrer” partiyasının üzvü Ara Papyan da ordumuzun təlimləri fonunda bununla ilgili bildirir: “Ümumiyyətlə, son dövrlərdə ildən-ilə təlimlərin, cəlb edilən şəxsi heyətin, texnikanın sayında artım qeydə alınıb. Hətta cəlb edilən ölkələrin sayı da artmaqdadır. Təlimlərə artıq Türkiyə, Gürcüstan da cəlb edilməkdədir. Bu onu göstərir ki, Azərbaycan müharibəyə də ciddi hazırlıq görür. Lakin sərhəddə gərginliyin artması bu vəziyyətlə əlaqəli deyil. Sadəcə, sərhəddə güc nümayişi həyata keçirilir. Amma Azərbaycan istənilən an savaşa başlaya bilər. Təbii ki, danışıqlarda istədiyi nəticəni görməsə”. “Voskanapat” analitik mərkəzinin rəhbəri Hrant Melik–Şahnazaryan qeyd edir ki, hazırda cəbhədə təhlükəsizlik tədbirlərinin artırılması və atəşkəs pozuntularının sayının azalması barədə çox danışılır:
“Lakin aydındır ki, keçən ilin sentyabr ayından başlayaraq indiyədək zənn edilən sakitlik görünüşündən rəqib gələcəkdə daha əlverişli mövqelərdən hücum həyata keçirilməsi üçün istifadə edir. Bu bir neçə aylıq nisbi qeyri-müəyyən sakitliyin əvəzini ön xətdə erməni tərəfi itkilərlə ödəyir. Bütün məsələ ondan ibarətdir ki, hakimiyyətə və Paşinyana indiki məqamda yalnız nəticələri göstərmək lazım idi. İstənilən halda müharibə olacaq. Dövlət rəhbərinin müharibəni susduran mexanizmləri dağıtdığı bir vaxtda müharibə olmaya bilməz”. Hələlik isə Vaşinqton görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində ən azı irəliləyişin baş verəcəyinə müəyyən ümid yaradır.  Əks təqdirdə bu irəliləyiş savaş yolu ilə əldə olunacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ