şənbə günü, 07 noyabr 2026
     

Ermənistan və Gürcüstanda anti-Rusiya çıxışlar hərəkata çevrilir - Azərbaycanın isə stabil müttəfiq imici möhkəmlənir

Image


Xəbər verildiyi kimi, pravoslav parlamentlərarası assambleyasının Tiflisdə keçirilən iclası zamanı Rusiya nümayəndə heyətinin rəhbəri, kommunistlər fraksiyasından Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündə oturub. Bu fakt müxalifəti hiddətləndirib və onlar dərhal tərəfdarlarını küçələrə çağırıblar. İclas yarımçıq qalıb, müxalifət tərəfdarları rusiyalı deputatların qaldıqları otelin qarşısında da aksiya keçiriblər, onların Gürcüstandan “rədd olub getmələrini” tələb ediblər.

Spiker İrakli Kobaxidze yaranmış vəziyyətlə bağlı Bakıya səfərini yarımçıq qoyub. Minlərlə müxalifət tərəfdarı parlamentə hücum edib, onlardan bir qrupu binaya daxil olub. Xüsusi təyinatlılarla toqquşmalarda onlarla adam xəsarət alıb, xüsusi vasitələr, rezin güllələr tətbiq edilib.

Parlamentin qarşısında aksiya dağıdıldıqdan sonra müxalifətçilər hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının ofisinə basqın edib dağıdıblar.

Ölkədə yaranmış vəziyyətlə bağlı Prezident Salome Zurabişvili də Belarusa səfərini yarımçıq qoyub. O, Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Minskə getmişdi. Xəbər verilir ki, Zurabişvili iyunun 21-də səhər saatlarında Minskdən Tiflisə dönüb. Zurabişvilinin sözlərinə görə, daxili qarşıdurmanı qızışdıran hər kəs Rusiyanın əlinə oynayır və Kremlin planlarını icra edir: “Rusiya bizim düşmənimizdir və işğalçıdır”.

Eks-prezident, hazırda Ukraynada olan Mixeil Saakaşvili isə etirazları dəstəkləyib, polisi xalqın tərəfinə keçməyə çağırıb.

Göründyü kimi, Gürcüstanda sırf anti-Rusiya ovqatı hakimdir. Bu tendensiya Cənubi Qafqaz  respublikaları arasında yalnız Gürcüstan üçün xarakterik deyil. Eyni zamanda, Ermənistanda da cəmiyyətdə Rusiyaya qarşı aqressiya müşahidə edilir. Xüsusilə də Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra bu yöndə olan fikirlər açıq ifadə olunmağa başlayıb. Ermənistanda mütəmadi olaraq anti-Rusiya aksiyaları keçirilir. Bu coğrafiyada olan ölkələrin sırasında yalnız Azərbaycandır ki, Rusiya ilə səmimi əməkdaşlıq, hətta müttəfiqlik edir. Etiraf etməliyik ki, bizdə Rusiyaya qarşı bu cür antipatiya müşahidə olunmur. Əksinə, rusdilli məktəblərdə oxumağa tələbat günü-gündən artır, həmin ölkə ilə münasibətlərimizdə inkişaf dinamikası nəzərə çarpır.  Bəs Rusiya necə, Azərbaycanın hərəkətlərinə adekvat reaksiya verirmi? Ölkəmizlə olan səmimi, stabil münasibətləri saxlamaq üçün Rusiya daha hansı addımları atmalıdır?

  • Nəzakət Məmmədova: “Rusiya bunu ədalətli şəkildə qiymətləndirərsə...”

Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, baş verənlərin fonunda Gürcüstan Prezidentinin açıqlaması maraqlıdır: “Xanım Zurabişvili Rusiyanı işğalçı adlandırmaqla müxalifətçiləri sakitləşdirmək və həm öz hakimiyyətini, həm də onu iqtidara gətirən "Gürcü arzusu" partiyasını qorumaq məqsədi güdür. Təbii ki, rusiyalı deputatın spiker kürsüsündə əyləşməsi iğtişaşlara bəhanə oldu, çünki vəziyyətin bu məcrada cərəyan etməsi gözlənilən idi. Lakin proseslər bir qədər tez başladı, hadisələrin 2020-ci il parlament seçkiləri ərəfəsində geniş vüsət alacağı gözlənilən idi. Bəlkə də Qavrilovun spiker kürsüsündə əyləşməsini gürcü müxalifəti rəmzi bir mesaj kimi qəbul edib və gələnilki parlament seçkilərində Rusiyayönümlü qüvvələrin parlamentdə üstün olacağı kimi qəbul edərək hiddətləniblər.

Bu ayın əvvəlində Gürcüstan Baş naziri ABŞ-da yüksək səviyyəli görüşlər keçirdi, o cümlədən, dövlət katibi Mayk Pompeo ilə görüşdü. Artıq ABŞ Gürcüstanda açıq nüfuz savaşına başlayıb və Qərbə bağlı müxalifətin Rusiyaya bağlı "Gürcü arzusu" partiyasının qərargahına hücum etməsi Amerikanın Rusiyaya hücumu kimi qəbul edilə bilər. Vaşinqton Moskvaya Gürcüstanı ona buraxmayacağı mesajını verdi. Ermənistanda da ötən il bənzər proseslər baş vermişdi. Azərbaycan xalqı isə Rusiyaya radikal yanaşmanı daha çox müstəqilliyin ilk illərində ortaya qoymuşdu. İndi isə Rusiyaya münasibət cəmiyyətdə birmənalı deyil”.

Politoloqun sözlərinə görə, Rusiya bizim əbədi qonşumuz, böyük dövlətdir: “Onun maraqlarını heç bir güc, dövlət, hətta ABŞ inkar edə bilməz. Hər şeyi Rusiyadan gözləmək, hər şeydə Moskvanı günahlandırmaq, yaxud əksinə, ona sitayiş etmək doğru mövqe deyil. Rusiyadan nə çox gözləntilərə qapılıb, məyus olmamalı, yaxud əksinə, onu inkar etməməliyik. Bizim Rusiya ilə münasibətimizdə əsas prioritet müstəqilliyimizə xələl gəlməməsi olmalıdır. Çünki Moskva, təbii olaraq, fövqəldövlət statusunu bərpa etməkdən ötrü regionda öz mövqeyini qoruyub-saxlamalı, onu gücləndirməli və digər güclərə öz nüfuz dairəsinə müdaxilə etməyə imkan verməməlidir. Təbii ki, Rusiyanın regionda öz maraqlarını həyata keçirmək üçün geniş və təsirli vasitələri var.

Rusiya Qarabağ məsələsini Qafqazdakı geosiyasi mövcudluğunu saxlamağın əsas vasitəsi kimi görür. Ölkəmizin KTMT, AİB kimi hərbi, iqtisadi təşkilatlara qoşulması, daxili siyasi sistemimizin Rusiyanın istədiyi formada olması, Qarabağda sülhməramlı qüvvələr qismində Rusiya hərbi qüvvələrinin yerləşdirilməsi işğal olunmuş rayonların geri verilməsinə təsir edə bilərdi. Rusiyanın Cənubi Qafqaz ölkələrinə münasibətində siyasəti ilk növbədə onun siyasi maraqlarının, fövqəldövlət statusunun bərpasına yönəlib. Azərbaycan bu münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq və milli maraqlar əsasında davam etdirərsə və Rusiya bunu ədalətli şəkildə qiymətləndirərsə, heç bir radikal etiraza, iğtişaşa ehtiyac qalmaz”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ