16/07/2019 13:02
728 x 90

ABŞ-İran müharibəsi hər an başlaya bilər… Tramp İrana məhdud şəkildə hücum əmri verdi, ordu hazır vəziyyətə gətirildi, ancaq…

img

ABŞ-la İran arasında gərginlik davam edir. İyunun 20-də İranın ABŞ pilotsuz təyyarəsini vurmasından sonra isə vəziyyət daha da mürəkkəbləşib. İndi bu hadisədən sonra ABŞ-ın İranı vurub-vurmayacağı məsələsi müzakirələrə səbəb olub.

Baki-xeber.com xəbər verir ki,  ABŞ prezidenti Donald Tramp, İranın ABŞ Hərbi Hava Qüvvələrinə aid ABŞ dronu vurmasını pisləyərək, “İranın böyük bir səhv etdiyini” deyib.

"Onlar çox böyük bir səhv ediblər. pilotsuz uçan aparat beynəlxalq sularda idi, buna dair sübutlara sahibik. Bunu edən insanlar böyük bir səhv ediblər” - ABŞ prezidenti başqa bir açıqlamasında bildirib.

Tramp jurnalistlərin "ABŞ-ın İrana hücum planı varmı?" sualına "Tezliklə görəcəksiniz" deyə cavab verib.

Pilotsuz aparatın vurulmasından sonra Ağ Evdə Tehrana qarşı cavab addımları ilə bağlı toplantı keçirilib. Ancaq toplantının detallara ilə bağlı heç bir açıqlama verilmir.

“New York Times” qəzeti isə, Trampın İrana məhdud şəkildə hücum əmri verdiyini, amma bir neçə saat sonra bu qərarından imtina etdiyini iddia edib.

Qəzetin məlumatına görə, hərbi təyyarələr və gəmilər də daxil olmaqla, ABŞ hərbi qüvvələri bəzi İran hədəflərini vurmaq üçün hazır vəziyyətə gətirilib. Ancaq bu planlar heç bir raket atılmadan ləğv edilib.

Trampın geri addım atmasının səbəbləri isə açıqlanmır, hücum əmrini gələcəkdə yenidən gündəmə gətirib-gətirməyəcəyi də məlum deyil.

Son xəbərlər