şənbə günü, 07 noyabr 2026
     

Paşinyan “Qarabağ klanı” əleyhinə dövlətə xəyanət elementləri tapdı – 2008-ci ilin 1 mart hadisələrində xarici “spetsnazlar”…

Image


Azərbaycan ərazilərinin işğalında xüsusi rol oynamış “Qarabağ klanı”na qarşı Ermənistanda Nikol Paşinyan iqtidarının təzyiqləri getdikcə kəskinləşir. Belə görünür ki, Paşinyan iqtidarı “Qarabağ klanı”nı sıradan çıxarmaq üçün “1 mart hadisələri”, 2016-cı ilin aprel döyüşlərindən istifadə etməyə getdikcə daha çox önəm verir. Bu fonda o, həm də  “Qarabağ klanı”nın xəyanətkar obrazını yaratmağı düşünür.

Qeyd olunan xüsusda Ermənistanın “1in.am” portalının yazdıqları xüsusi diqqət cəlb edir. Portal yazır ki, Paşinyan “Qarabağ klanı”na qarşı çox incə gedişlər etməyə başlayır: “Xüsusi İstintaq Xidməti (XİX), deyəsən, bu günlərdə  “Aykakan jamanak” qəzetində nəşr edilən “1 mart hadisələri” ilə bağlı “xaricidilli” sərəncamla əlaqədar yayılan informasiyaya indiyədək heç bir reaksiya verməyib.

Qəzetə görə, sərəncamda hakimiyyətin müxalifət və cəmiyyətə qarşı hansı tədbirləri görməli olduğu dəqiq yazılıb. Nəşr edilən informasiyada qeyd edilib ki, bu sənədin işə əlavə edilib-edilmədiyi məlum deyil. Eyni zamanda qeyd edilib ki, başqa bir dövlətin xüsusi qurumlarının əməkdaşları həmin günlərdə İrəvanda olublar və gizli şəkildə hökumətin iclas zalında yerləşdiriliblər. Nəşr edilmiş bu məlumat elə bir informasiyadır ki, praktiki olaraq, “1 mart işi”ni tamamilə alt-üst etməli idi, çünki söhbət, faktiki olaraq, xarici müdaxilədən gedir. Və burada yalnız istintaqı aparan, yeri gəlmişkən, faktiki ilk həbsi həyata keçirən və “1 mart hadisələri” zamanı baş verən 10 qətl üzrə ittiham irəli sürən orqan kimi Xüsusi İstintaq Xidmətinin reaksiyası maraqlı deyil.

“1mart işi” üzrə, böyük hesabla, başlıca və ya əsas müttəhim statusunda olan Robert Köçəryanın da nəşr edilmiş informasiya ilə bağlı hansı mövqe tutduğu maraqlıdır. Onun mövqeyi, xüsusilə o nöqteyi-nəzərdən diqqətçəkicidir ki, həm Köçəryan, həm də oğlu bəyan edir ki, ölümlərdən sonra ən çox onlar zərər çəkiblər, çünki bütün günahlar onların ayağına yazılıb və bir çoxları bununla spekulyasiya edib. Bununla əlaqədar Robert Köçəryanın nəşr edilmiş informasiyalar haqqında nə düşündüyü maraqlıdır. Məsələn, o, “0038 saylı əmr” haqqında deyir ki, xəbəri olmayıb. Deyir ki, bu, qanunsuz bir əmr deyil. Lakin istənilən halda, xəbərinin olmadığını deyir. Onu da deyir ki, 1 mart sabahı Azadlıq meydanında keçirilən xüsusi polis əməliyyatından da xəbəri olmayıb. Hadisələrin faciəvi gedişi də, İrəvanın mərkəzində keçirilən dinc nümayişin fövqəladə vəziyyətə çevrilməsi də məhz oradan başlayıb.

Xarici xüsusi xidmət əməkdaşlarının Ermənistanda olmasından Robert Köçəryanın xəbəri olubmu? Onların hökumətin iclas zalında olmaları haqqında məlumatı olubmu? Yoxsa hökumətdən yalnız baş nazir Serj Sarkisyanın xəbəri olub? 1 mart günü ikinci prezidentin faktiki “xaricidilli tapşırıq” haqqında məlumatı olubmu? Əgər olmayıbsa, onda bu sənədin və bütövlükdə xarici xüsusi xidmətlərin olması faktının aydınlaşdırılmasında, təsdiq və ya təkzib edilməsində ən maraqlı şəxs məhz o olmalıdır. Çünki nəzəri olaraq elə alına bilər ki, Robert Köçəryan da sui-qəsdin qurbanı olub. Yeri gəlmişkən, 13 iyunda Rusiya səfiri ilə üzbəüz keçirilən, təbii, məzmunu məlum olmayan görüş (Rusiya  səfiri Sergey Kopırkinlə Robert Köçəryan arasında keçirilən görüş) onun bu informasiyaya marağını artırıb, yoxsa azaldıb? ”. Nəşr onu da qeyd edir ki, məhz xarici xüsusi xidmət orqanlarının işə cəlb edilməsi fonunda Köçəryanın durumu daha da ağırlaşa, ona yeni ittihamlar irəli sürülə bilər. Məhz bu da Paşinyanın “Qarabağ klanı”nın əsas fiqurlarından birini sıradan çıxarması üçün əlavə imkanlar yaradır.

2016-cı ilin aprel döyüşləri fonunda isə Paşinyan klanın digər əsas aparıcı simalarını sıradan çıxarmağı düşünür. “Eurasianet.org” saytı bu xüsusda yazır: “Ermənistan parlamenti Azərbaycanla 2016-cı il “aprel savaşı”nı araşdırmaq üçün komissiya yaradıb. Bu addım ölkənin kənarlaşdırılan hökumətinin təmsilçiləri və onların Dağlıq Qarabağı idarə etməyi sürdürən müttəfiqləri ilə genişlənən qarşıdurma fonunda atılıb. Baş nazir Nikol Paşinyan komissiyanın yaradıldığı haqda mayın 20-də elan edib. O deyib: “Hamımızı həyəcanlandıran bir sıra suallara cavab almağın zamanı çatıb”.

Paşinyan araşdırma çərçivəsində hansı konkret suallara cavab axtarmaq niyyətində olduğunu dəqiqləşdirməyib. Lakin 2016-cı ilin dördgünlük savaşı –1994-cü ildə atəşkəs haqda saziş imzalandığı andan bəri Dağlıq Qarabağ uğrunda Ermənistan və Azərbaycan qüvvələri arasında ən qanlı toqquşma haqqında çoxdan şübhələr var idi. Hər şeydən savayı, Ermənistan tərəfi sülh dövründə ilk dəfə bu münaqişə çərçivəsində nəzarətdə saxladığı ərazinin bir hissəsini itirib ki, bu da İrəvan və Xankəndidə öz silahlı qüvvələrinin fəal inkişaf edən Azərbaycan ordusuna qarşı durmaq bacarığı haqda narahatlıq doğurub. Ermənistana aid məsələlər üzrə Vaşinqtonda analitik işləyən Emil Sanamyan deyib: “Komissiya, ən azı, bir neçə əsas faktı müəyyən edə bilər ki, məsələn, nə qədər əsgər və haçan öldürülüb, amma əlbəttə, mən inanmıram ki, komissiyanı məhz buna görə formalaşdırıblar”.

O, Paşinyanın ötən il devirdiyi Ermənistan lideri Serj Sarksyanı və  Dağlıq Qarabağın de-fakto başçısı, Sarksyanın siyasi müttəfiqi Bako Saakyanı nəzərdə tutaraq əlavə edib: “Bunu Serji və Bakonu cəzalandırmağa görə edirlər”. Müdafiə nazirinin keçmiş müavini və Nikol Paşinyanın “Mənim addımım” alyansından parlament deputatı Andranik Köçəryanın başçılıq etdiyi komissiyaya 11 deputat daxil olacaq. Komissiya hələlik yalnız iyunun 4-də qapalı rejimdə bir iclas keçirib. “Mənim addımım”ın parlament fraksiyasının başçısı Lilit Makunts deyib:“Komissiyanın işi əsasən qapalı rejimdə aparılacaq. Komissiya materialların hansı hissəsini elan etməyin gərəkdiyi haqda qərar verəcək”.

Andranik Köçəryan ilk toplantı günündə mətbuat konfransında deyib ki, gözlənildiyi kimi, komissiyanın işi altı aya yaxın çəkəcək və döyüş əməliyyatları zamanı komandirlərin qərarları, habelə silahlı güclərin gərəkli şəkildə təchiz edilib-edilmədiyi və kəşfiyyat məlumatları ilə təmin olunub-olunmadığı da daxil olmaqla, məsələlərin geniş çevrəsi əhatə olunacaq. İşdə əsas şahidlərdən biri Müdafiə Nazirliyinin başçısı, 2016-cı il savaşı zamanı bu idarədə nazir müavini postunu tutmuş David Tonoyan olacaq.

Keçmiş hakimiyyət təmsilçiləri bildirirlər ki, onları haqsız təqib edirlər. Respublika Partiyasının yüksəkməqamlı təmsilçisi Armen Aşotyan  deyib: “Paşinyan Respublika Partiyasını, Serj Sarksyanı və Bako Saakyanı, buna görə qanunsuzcasına məsuliyyətə cəlb oluna biləcək adamların hamısını küncə sıxmağa çalışır”.  Politoloq Anait Şirinyan  deyib ki, incə məsələləri açıq müzakirəyə hazırlıq sərgiləməklə “ola bilsin, Azərbaycana dolayı siqnal verirlər ki, inqilabsonrası Ermənistanda savaş şəraitində, adətən, qapalı olan hərbi sahəyə və təhlükəsizliyə dair incə yönlərin yoxlanışı mümkündür”. Onun sözlərinə görə, bundan savayı, bu həmçinin göstərir ki, “indiki anda dövləti gərəyincə idarə etmək məsələləri effektsiz idarəçilik və korrupsiyanı gizlətmək üçün tez-tez istifadə olunan hərbi-vətənsevərlik ritorikasından daha önəmlidir”. “Aprel savaşı”ndan dərhal sonra Müdafiə Nazirliyinin bir neçə məmuru korrupsiyada ititham edilib və vəzifəsindən götürülüb”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ