şənbə günü, 07 noyabr 2026
     

BAMF-ın Yüksək Səviyyəli Siyasi Forum üzrə bəyanatı BMT-də təqdim olunacaq

Image


Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası (ECOSOC) yanında Əsas məşvərətçi statusuna malik Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yazılı bəyanatı BMT-nin Nyu-Yorkda keçiriləcək Davamlı inkişaf üzrə Yüksək səviyyəli Siyasi Forumunun (YSSF 2019) yeddinci sessiyasının gedişində təqdim olunacaq.

YSSF 2019 "İnsanların imkanlarının genişləndirilməsi, inklüzivliyi və bərabərliyi təmin etmək" mövzusuna həsr olunacaq. Burada hər il geniş şəkildə müzakirə edilən   DİM 17 (məqsədlər üçün tərəfdaşlıq) ilə yanaşı, (DİM) 4 (keyfiyyətli təhsil), DİM 8 (layiqli əmək və iqtisadi artım), DİM 10 (bərabərsizliyin azaldılması), DİM 13 (iqlim dəyişikliyinə qarşı mübarizə) və DİM 16 (sülh, ədalət və səmərəli institutlar) dərindən araşdırılacaq.

Eurasia Diary xəbər verir ki, hesabat hazırda ECOSOC Vətəndaş Cəmiyyəti Şəbəkəsinin rəsmi internet saytında yerləşdirilib. Hesabatda BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün birgə fəaliyyətin əhəmiyyəti vurğulanır. Bəyanatda dünyada baş verən müharibələr, etnik və dini münaqişələr, ərazi mübahisələri və terror hücumları, iqtisadi böhran və ekoloji fəlakətlərin cəmiyyətin bərabər və davamlı inkişafına birbaşa təsiri nəticəsində yaranmış mövcud vəziyyət əks olunur.

İctimaiyyətə açıq olan bəyanatda Azərbaycan torpaqlarının 20%-nin - Dağlıq Qarabağ və 7 ətraf rayonların işğalı ilə, habelə Azərbaycanda yaşayan 1.2 milyon qaçqın və məcburi köçkün probleminin yaranmasına səbəb olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri əhatəli şəkildə göstərilib.  Bundan əlavə, Bəyanatda işğal olunmuş ərazilərdə dağıdılmış əmlaklar, şəhərlər və ekoloji fəlakət haqqında real faktlar yer alır.Nəticə etibarilə Bəyanat münaqişələrin ədalətli həlli, işğal olunmuş ərazilərin azad edilməsi, bütün qaçqın və məcburi köçkünlərə bərabər şəraitin yaradılması, davamlı inkişafın və sülhün bərqərar olması üçün qlobal tərəfdaşlığın qurulmasına çağırır.

Dərc olunan bəyanatın tam mətnini təqdim edirik:

"İqtisadi və Sosial Şuranın 2019-cu il sessiyası üçün müəyyən edilmiş "İnsanların imkanlarının genişləndirilməsi, inklüzivliyi və bərabərliyi təmin etmək" mövzusu bu istiqamətdə əldə olunan inkişafın müəyyən edilməsi üçün “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi”-nin  həyata keçirilməsi ilə bağlı inkişaf prosesindən geridə qalan insanların xüsusi ehtiyaclarının təmin edlməsində həll yolarını tapmaq üçün prioritetləri müəyyənləşdirmək istiqamətində aparılan beynəlxalq müzakirələrdə vacib məqamdır. 2015-ci ildə Davamlı İnkişaf Məqsədlərinin qəbul edilməsi ilə dünya qeyri-bərabər və davamlı olmayan inkişafa gətirib çıxaran və nəticədə qeyri-sabitliyin yaranmasına səbəb olan bərabərsizlik problemini tamamilə həll etmək üçün vaxtın yetişdiyini qəbul etdi. Davamlı İnkişaf üzrə 2030 Gündəliyinin qəbul edilməsindən təxminən 4 il keçib və dövlətlərin daxilində, eləcə də ölkələr arasında planetimizin davamlı inkişafı üçün yeni təhdidlərin yaranmasına gətirib çıxaran  iqtisadi və sosial bərabərsizliyə dürüst yanaşmaq zamanı gəlib.

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) - 1992-ci ildə "Evdə Sülh, Ölkədə Sülh, Dünyada Sülh" şüarı ilə qlobal sülhü, bərabər və davamlı inkişafı dəstəkləyən uzunmüddətli məqsədlə yaradılan beynəlxalq Qeyri-Hökumət Təşkilatıdır. Yarandığı vaxtdan bəri BAMF regional sahədə fəaliyyətini postsovet, Asiya və Avropa ölkələrinə yaymışdır; Birləşmiş Millətlər Təşkilatı, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Sülh Bürosu, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xarici diplomatik missiyalar və beynəlxalq təşkilatlar, hökumət və qeyri-hökumət qurumları ilə yaxşı əməkdaşlıq əlaqələri yaradıb.

BAMF, müharibədən əziyyət çəkən bölgələrdə yaşayan əhalinin həssas hissəsini, xüsusilə qadın və uşaqların, minadan zərərçəkənlərin, qaçqın və məcburi köçkünlərin cəmiyyətə inteqrasiyası, hüquq və imkanlarının genişləndirilməsi, bərabərliyinin təmin edilməsində onları dəstəkləmək məqsədi ilə müxtəlif humanitar, sosial, media və təhsil layihələrinin reallaşdırılması üzərində işləyir. Hal-hazırda BAMF beş əsas istiqamətdə fəaliyyət göstərir: Media və Vətəndaş Cəmiyyətinin İnkişafı; Sülhyaratma və münaqişələrin həlli; İcmanın inkişafı; Qaçqınlar / məcburi köçkünlər; və Təhsil.

Biz hesab edirik ki, hər bir insan Davamlı İnkişaf Məqsədlərinə nail olmaqda töhfə verməlidir. Siyasi liderlər, tədqiqatçılar, vətəndaş cəmiyyəti qrupları və gənclər də daxil olmaqla dünyada milyonlarla insan bütün insanların davamlı gələcəyə nail olmaqda birgə fəaliyyət göstərməsi üçün Davamlı İnkişaf Gündəliyi və 17 qlobal məqsədin müəyyənləşdirilməsi üzərində işləyəcəklər.

Qaçqın və məcburi köçkünlərin də bərabər hüquqları daxil olmaqla, bərabərsizlik problemini həll etmək vacibdir.Bu gün cəmiyyətin bərabər və davamlı inkişafına birbaşa təsir göstərən müharibələrin, etnik və dini münaqişələrin, ərazi mübahisələrinin və terror hücumlarının, iqtisadi böhranın və ekoloji fəlakətlərin ən yüksək həddə çatdığı bir tarixi dövrdür.Dünyanın 50-dən çox ölkəsində baş verən münaqişələr, eləcə də müharibələrin səbəb olduğu ciddi fəlakətlər, iqtisadi və ekoloji risklər nəticəsində 65 milyondan çox insan evlərini tərk etməyə məcbur qalıb.Əksər hallarda, bu insanların yaşamaq, təhsil almaq, işləmək hüquqları pozulur və bu da onları inkişaf prosesindən geri qoyur.

Azərbaycan etnik təmizləmələrə məruz qalan və işğaldan əziyyət çəkən ölkələrdən biridir. Nəticədə bu gün Azərbaycanda 1,2 milyondan çox qaçqın və məcburi köçkün yaşayır. Təkcə 1989-cu ildə Sovet ordusunun köməyi ilə Ermənistandan təxminən 300 min azərbaycanlı deportasiya edilib.Bu gün Azərbaycan əhalisinin sayının 10 milyona çatdığını nəzərə alsaq, qaçqın və məcburi köçkünlərin sayı digər ölkələrə nisbətən daha çoxdur.1988-1993-cü illərdə erməni qoşunları Azərbaycan torpaqlarının 20%-ni - Dağlıq Qarabağ və ona bitişik 7 ətraf rayonun ərazisini işğal edib. Azərbaycanın işğal olunmuş ərazilərində 900-dən çox yaşayış məntəqəsi və ümumi sahəsi 9,1 mln. m2, 4 376 sosial və mədəniyyət obyekti, 7 min ictimai bina, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 1025 məktəb, 855 uşaq bağçası, 4 sanatoriya və istirahət kompleksi, 798 tibb müəssisəsi, 927 kitabxana, 1,510 mədəniyyət müəssisəsi, 598 rabitə obyekti, 40 mindən çox muzey eksponatı məhv edilib. Mülkiyyət hüququ, bir milyondan artıq insanın dinc və davamlı şəraitdə yaşamaq hüququ ciddi şəkildə pozulub. İşğal olunmuş bölgələrin dağıdılması, əkinçiliyə, infrastruktura, sənayeyə və tarixi irsə zərər verilməsi, qayda-qanunu sülh yolu ilə  bərpa etmək üçün mümkün qədər tez dayandırılmalıdır. Beynəlxalq ictimaiyyət təxminən 30 il davam edən bu vəziyyətə daha çox diqqət yetirməlidir. Müharibə zamanı qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə (822, 853, 874 və 884) baxmayaraq, Ermənistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və Cənubi Qafqaz regionunun daha da davamlı və bərabər inkişafı üçün vacib olan bu qətnamələrə məhəl qoymur.

Üzv dövlətlərin "heç kim unudulmayıb" prinsipi ilə bağlı öhdəliyi bizdən bərabərsizliyə qarşı mübarizə aparmağı və hər bir insanın səsini eşitmək üçün istənilən ayrı-seçkilik formalarını aydın şəkildə müəyyənləşdirib aradan qaldırmamızı tələb edir. Bütün insanların əsas hüquqlarının, o cümlədən təhsil almaq və işləmək hüququnun bərabər şəkildə təmin olunması vacibdir.Bu mənada vətəndaş cəmiyyətinin və qeyri-hökumət təşkilatlarının rolu çox vacibdir.Bərabərliyin təşviqində qeyri-ənənəvi peşələr üzrə peşə təhsili almaqda, xüsusilə qızlara, qadınlara, qaçqınlara, məcburi köçkünlərə və əlillərə üstünlük verilməlidir.

Buna təsir etmək üçün qəbul olunacaq strategiyalar mədəni, coğrafi və ekoloji dəyişiklikləri, eləcə də yoxsulluq və cəhalət kimi problemləri nəzərə almalıdır.Bundan əlavə, gənclərin inkişafı və onların qərarların qəbul edilməsi prosesinə inteqrasiyasını dəstəkləyən layihələr üzərində işləmək lazımdır.Həmçinin, qaçqın və məcburi köçkünlərin bərabər hüquqlarının qorunması üçün daha güclü qurumlara ehtiyacımız var. Əvvəl və yeni yaranmış qaçqın və / və ya məcburi köçkünlər arasında ayrı-seçkilik olmamalıdır.Bu insanların hüquqları milli və beynəlxalq səviyyədə müdafiə olunmalıdır.

Nəticə etibarilə, Beynəlxalq Avrasiya Mətbuat Fondu İqtisadi və Sosial Şuranın ""İnsanların imkanlarının genişləndirilməsi, inklüzivliyi və bərabərliyi təmin etmək"" adlı sessiyasının əsas məsələlərdə bərabərliyin təşviqində vətəndaş cəmiyyətinin rolu və iştirakına vahid  yanaşmaya əsaslanan konkret təkliflər hazırlamaq və beyin fırtınası üçün yaxşı bir platformdur. "Evdə Sülh, Ölkədə Sülh, Dünyada Sülh" şüarı ilə yaradılan Beynəlxalq Avrasiya Mətbuat Fondu dünyada qeyri-sabitlik və bərabərsizlik dövründə, iqtisadi, sosial və siyasi davamlı inkişaf ilə əlaqəli olan bərabərsizlik probleminin tamamilə olmasa da, əsasən həll edilməli olduğu zamanın yetişdiyi ilə razılaşır.Dünyada ən çətin şəraitdə yaşayan insanların həqiqətin səsi olması üçün bərabərsizliyi yaradan səbəblərə obyektiv yanaşmaq və hökumətlərlə tərəfdaşlıq quraraq vətəndaş cəmiyyətinin rolunu təşviq etmək üçün birgə işləmək vaxtı çatıb. Buna görə də, biz beynəlxalq ictimaiyyəti, BMT qurumlarını, hökumət və qeyri-hökumət təşkilatlarını münaqişələrin ədalətli həllinə, işğal olunmuş ərazilərin azad edilməsinə daha çox diqqət yetirmək, eləcə də bütün qaçqın və məcburi köçkünlərə bərabər şərait, davamlı inkişafın və dinc mühitin yaradılması üçün qlobal tərəfdaşlıq yaratmağa çağırırıq".

BMT-nin davamlı inkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumun (YSSF 2019) yeddinci sessiyası BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) rəhbərliyi altında keçiriləcək.Sessiya, 9 İyul, Çərşənbə axşamından, 15 İyul 2019, Bazar ertəsinə kimi davam edəcək. 16 İyul, Cümə axşamı, 18 İyul 2019 tarixləri arasında ECOSOC-un illik yüksək səviyyəli forumla yanaşı nazirlər səviyyəsində üç günlük toplantı keçiriləcək.

Qırx yeddi ölkə YSSF 2019 üçün Könüllü Milli Hesabatda (KMH-lar) təqdim edəcək. Bu ölkələr 2019-cu ildə ilk dəfə olaraq iştirak edəcək: Vyetnam, Əl-Cəzayir, Bosniya və Herseqovina, Burkina Faso, Kamboca, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Konqo, Côte d'Ivoire, Xorvatiya, Svazilend, Fici, Qana, Qayana, İslandiya, İraq, İsrail, Qazaxıstan, Küveyt, Lesoto, Lixtenşteyn, Mavritaniya, Mavriki, Monqolustan, Nauru, Yeni Zelandiya, Oman, Pakistan, Palau, Ruanda, Sent Lusiya, Serbiya, Cənubi Afrika, Timor-Leste, Tonqa, Tunis, Türkmənistan, Böyük Britaniya, Tanzaniya və Vanuatu.

Bundan əlavə, Azərbaycan, Çili, Qvatemala, İndoneziya, Filippin, Sierra Leone və Türkiyə KMH-ları ikinci dəfə təqdim edəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ