şənbə günü, 07 noyabr 2026
     

Ermənistanın Qarabağ münaqişəsinin əsl mahiyyətini gizlətmək cəhdləri - əsassız ərazi iddialarını xristian-islam savaşı kimi təqdim etmək iflasa uğrayır...

Image


Azərbaycan torpaqlarını uzun illərdir işğal altında saxlayan Ermənistan işğalçılıq siyasətindən əl çəkmək əvəzinə, Dağlıq Qarabağ münaqişəsi ətrafında müxtəlif oyunlar qurur. Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi üçün BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi mövcud olsa da, Ermənistan sözügedən sənədlərə məhəl qoymur. İşğal altında saxladığı Azərbaycan torpaqlarında beynəlxalq qanunlara zidd əməllər törədir.

Məlumdur ki, Çar Rusiyasının dəstəyilə Qafqaza iki əsr əvvəl köçürülən ermənilər Azərbaycan torpaqlarında yerləşdirilib. Yerlərini möhkəmləndirdikdən sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürən ermənilər öz havadarlarının köməyi, maliyə dəstəyilə ərazilərimizin müəyyən bir qismini zəbt ediblər.  

İşğalçı dövlət olan ermənilər Qarabağ münaqişəsinin əsl mahiyyətini hər zaman gizlətməyə cəhd ediblər. Bütün dünya bilir ki, Ermənistan silah gücünə, eyni zamanda da bəzi iri dövlətlərin dəstəyi, havadarlığı ilə Azərbaycan ərazilərini qəsb edib. Dağlıq Qarabağ münaqişəsinin gerçək mahiyyəti ermənilərin Azərbaycan torpaqlarına sahiblənməsi və ərazilərini genişləndirmək istəyi ilə bağlıdır. Lakin bir çox hallarda qeyd etdiyimiz kimi, ermənilər Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini gizlədərək onu bölgədə mövcud olan (?) islam-xristian qarşıdurması kimi qələmə verməyə çalışırlar. Halbuki, bu gün erməniləri çıxmaq şərtilə Azərbaycanın bölgədə yaşayan heç bir xristian xalqı ilə problemi yoxdur. Dağlıq Qarabağı və ətraf rayonları işğal etməklə Ermənistan bölgədə hələ ki, söndürülməsi mükün olmayan bir münaqişə ocağı yaradıb.

Tarixçilərin qeyd etdiklərinə görə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinə “islam-xristian qarşıdurması” donu geydirməklə, əslində, böyük xristian dövlətlərinin dəstəyini qazanmaq istəyir. Tarixçilər hesab edirlər ki, onlar bu münaqişəni islam-xristian savaşı kimi qələmə verməyə cəhd etməklə, əslində, xristian və müsəlman dünyasına nifaq toxumu səpməyə cəhd edirlər.

Tarixçilər və politoloqların bildirdiyinə görə, Azərbaycanda tarixən hər hansı bir xalqın, dinin nümayəndəsi ilə qarşıdurma qeydə alınmayıb. Onların sözlərinə görə, Azərbaycan dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqlarına təminat verən demokratik cəmiyyət nümunəsini təqdim edir.

Ekspertlərin vurğuladığına görə, Ermənistan nəinki Qafqazda, eləcə də bütün dünyada dövlətlər arasında ixtilaflar, münaqişələr yaratmaqda mahirdir. Azərbaycanın multikulturalizm ənənələrinə sadiq olduğunu deyən tarixçilərin qeyd etdiyinə görə, bütün dünya Azərbaycanın bu nümunəsini təqdir edir. Azərbaycanda dini və milli müstəvidə heç bir qarşıdurmanın yaşanmadığını vurğulayan tarixçilərin sözlərinə görə, bu baxımdan Dağlıq Qarabağ münaqişəsi xristian və müsəlman qarşıdurması sayıla bilməz. Etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs Azərbaycanda normal şəkildə yaşayır. Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dost və mehriban şəraitdə yaşadığını qeyd edən mütəxəssislərin sözlərinə görə, Azərbaycan ərazilərinin 20 faizi uzun illərdir Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bizim torpaqlarımızı işğal altında saxlayan Ermənistanın bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi qələmə verərək dinlərarası münasibətləri gərginləşdirməyə cəhd etdiyini söyləyən mütəxəssislər hesab edirlər ki, buna baxmayaraq, Ermənistanın bütün bu cəhdləri, həmişə olduğu kimi, boşa çıxır. Çünki dünya bu münaqişənin əsl mahiyyətini bilir.

Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı da hesab edir ki, ermənilər Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini saxtalaşdırmağa cəhd göstərir və münaqişənin gerçək səbəblərini ört-basdır etmək məqsədi güdürlər. Onun vurğuladığına görə, böyük güc dövlətləri öz siyasətlərini həyata keçirmək üçüb həmişə ermənilərdən alət kimi istifadə ediblər. “Ermənilər XX əsrin əvvəlində azərbaycanlıları rusların köməyi ilə qətlə yetirdilər, 100 minlərlə insan bu qətllərin qurbanı oldu. Ruslar İran ərazisinə də müdaxilə etdilər, 1917-ci il martın 17-də Urmiya şəhərini ələ keçirdilər, sonra isə erməni quldur dəstələrinin ixtiyarına verdilər. Erməni silahlı dəstələri bir gün ərzində 10 mindən artıq əliyalın dinc əhalini qətlə yetirdilər. Bu, ermənilərin müsəlmanlara qarşı sönmək bilməyən nifrətinin nəticəsi idi. O illərdə azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilən dəstə başçılarından Hamazasp deyirdi: “Mənə hər yerdə müsəlmanları qırmaq əmri verilib və həmin əmri yerinə yetirirəm. Hər bir müsəlman mənim düşmənimdir, yalnız ona görə ki, o, müsəlmandır”.

A.Nağı qeyd edir ki, ermənilərin Dağlıq Qarabağ münaqişəsini islam-xristian qarşıdurması kimi qələmə verməyə cəhd göstərməsi və münaqişə ilə bağlı yanlış təbliğat aparması nəticəsində hətta Papa II İohann Pavel 1992-ci ildə Qarabağda döyüşən erməniləri tərifləyərək din yolunda “mübarizlər” adlandırıb.

Tarixçi Vaqif Abışovun sözlərinə görə, Ermənistan Dağlıq Qarabağ münaqişəsini islam-xristian savaşı kimi qələmə verməklə öz çirkin niyyətlərini gizlətməyə çalışır. Dağlıq Qarabağı münaqişə ocağına çevirən ermənilərin əsl məqsədi Azərbaycan torpaqlarına yiyələnmək və bizim ərazimizdə ikinci erməni dövləti yaratmaqdır. Onların bu cəhdlərinin iflasa uğrayacağını qeyd edən müsahibimiz bildirdi ki, ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən, Dağlıq Qarabağa qarşı iddiaları onların “Böyük Ermənistan” yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsinə daxildir. Ekspert vurğuladı ki, ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyası artıq dünyaya, eləcə də xristian aləminə məlumdur. Ermənilərin bu çürük planlarını həyata keçirmək üçün Azərbaycana qarşı saysız təxribatlar törətdiklərini deyən alimin sözlərinə görə, onlar bu çirkin niyyətlərini həyata keçirmək üçün hələ keçən əsrdən fəaliyyətə başlayıblar. O vurğuladı ki, SSRİ-də 1985-ci ildə ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə gəlməsi erməni separatçılarının yenidən fəallaşmasına səbəb olub. Onun sözlərinə görə, Ermənistanın bu çirkin niyyətinin gerçəkləşməsi üçün xarici ölkələrdəki güclü erməni diasporu da, onların təsiri altında olan qüvvələr də dəstək göstəriblər. Ermənistanın Dağlıq Qarabağ münaqişəsini islam-xristian qarşıdurması kimi qələmə verməyə cəhd etməsi nəticəsində əvvəllər dünya ictimaiyyətində Dağlıq Qarabağ barədə yanlış rəy yarada bilib. Bu gün isə Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü xarici siyasət nəticəsində ermənilərin bu təxribatının uğursuzluğa düçar olduğunu deyən ekspert hesab edir ki, artıq dünya ictimaiyyəti erməni separatçılarının məqsədini anlayıb.

Tarixdə azərbaycanlılara qarşı dəfələrlə terror, qətliam, soyqırım aktları həyata keçirən ermənilər özlərini yazıq kimi qələmə vermək istəsələr də, artıq bu cəhdləri də özünü doğrultmur. Ermənilərin Azərbaycan torpaqlarını işğal etdiklərini və azərbaycanlıları kütləvi olaraq qətlə yetirdiklərini deyən ekspert bildirdi ki, onlar indiki Ermənistan ərazisindən soydaşlarımızı deportasiya etməklə o torpaqlara yiyələniblər.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində Ermənistanın Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladığını deyən ekspertin sözlərinə görə, Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçıları-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarını işğal ediblər. Bu gün onların öz işğalçılıq mahiyyətlərini gizlətmək üçün bir sıra oyunlar qurduğunu deyən ekspert bildirdi ki, ermənilər 1992-ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədiblər.

O, həmçinin, vurğuladı ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edən 822 saylı, 29 iyul 1993-cü il tarixində Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı, bundan başqa, 14 oktyabr 1993-cü il tarixində ATƏM-in Minsk Qrupunun nizama salmaya dair vaxt cədvəlinə uyğun olaraq, dərhal qarşılıqlı və zəruri addımlar atılmasını, o cümlədən, ən son işğal edilmiş ərazilərdən çəkilməyi tələb edən 874 saylı, 11 noyabr 1993-cü il tarixində isə 884 saylı qətnamələri qəbul edib. Sonuncu qətnamədə Zəngilan rayonu və Horadiz qəsəbəsinin işğalını, mülki əhaliyə qarşı hücumu və Azərbaycan Respublikası ərazilərinin bombalanmasını pisləmiş, Zəngilan rayonu və Horadiz qəsəbəsindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılması və Azərbaycan Respublikasının ən son işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılması tələbi irəli sürülüb. Lakin Ermənistanın məlum qətnamələrə əhəmiyyət vermədiyini xatırladan ekspert hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi islam və xristian qarşıdurması deyil, bu münaqişə ermənilərin Azərbaycan torpaqlarına sahib olmaq üçün həyata keçirdikləri işğalçılıq siyasəti sayəsində yaranıb.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ