şənbə günü, 07 noyabr 2026
     

Dünya mediası ABŞ-ın İranla müharibə qərarı verdiyini konkret yazdı…

Image


Bir neçə gün əvvəl Panama qeydiyyatlı “Kokuka Courageos” və Marşal adaları bayrağı altındakı “Front Altair” tankerlərinin Hörmüz boğazından keçdikdən sonra Oman körfəzinin bəynəlxalq sularında hücuma məruz qalmasının ABŞ və İran arasında savaşa rəvac verəcəyinə dair proqnozlar özünü doğruldur. ABŞ bu hücumda İranı ittiham etsə də, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu ittihamların əsassız olduğunu bildirib.

ABŞ dövlət katibi Maykl Pompeo isə əks mövqedən çıxış edərək, yaranmış vəziyyətdə müharibə olmasını istisna etmir. Onun sözləriə görə, ABŞ regionda İrana müqavimət göstərmək üçün bütün variantları, o cümlədən hərb yolunu nəzərdən keçirir. Artıq Vaşinqton insidentlə əlaqədar regiona “Patriot” kompleksləri, qırıcılar və döyüş gəmiləri göndərməyi planlaşdırıb. “The Jerusalem Post” qəzeti isə BMT-dəki diplomatik mənbələrə istinadən məlumat yayıb ki, ABŞ administrasiyası həm də İranda nüvə proqramı ilə əlaqəli bir obyektin hava zərbələri ilə vurulması ideyasını müzakirə edir: “Söhbət kütləvi bombardmandan gedir, ancaq o, konkret bir hədəflə məhdudlaşdırılacaq”. Nəşrin məlumatına görə, bu məsələ ətrafında gedən danışıqlarda ölkənin yüksək rütbəli hərbi simaları, Pentaqonun nümayəndələri və prezident Donald Trampın məsləhətçiləri iştirak edir. Bildirilir ki, bu qərar İranın uran istehsalı ilə bağlı son açıqlamasından qabaq Ağ Evdə müzakirə edilib. Qəzet yazır ki, prezident Tramp özü də İran məsələsində istənilən hərbi qərara həvəssiz yanaşır, ancaq eyni zamanda dövlət katibi Mayk Pompeonun məsləhətləri əsasında addım ata da bilər.

İsrailin baş naziri Benyamin Netanyahu isə həm nüvə proqramı, həm də Oman körfəzində neft tankerlərinə hücumlara görə İranı ittiham edib və dünya cəmiyyətini Tehrana qarşı savaşa çağırıb. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman da eyni mövqedən çıxş edərək, Oman körfəzində neft tankerlərinə hücumlarda İranı ittiham edib. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də Oman körfəzində tankerlərə hücumda İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) ittiham edib. Almaniyanın “Die Welt” nəşri yazır ki, artıq ABŞ İranla savaşa qərar verib və ətrafına müttəfiqlər yığr: “ABŞ dövlət katibi günahkarı birmənalı şəkildə göstərib. Pompeo mətbuat konfransında bildirib: “Birləşmiş Ştatların dəyərləndirməsinə görə, bu gün Oman körfəzində baş vermiş hücumlarda İran məsuliyyət daşıyır”. Belə dəyərləndirmələr kəşfiyyat məlumatları, istifadə edilən silah, bu növ əməliyyatları aparmaq üçün gərəkli təcrübənin səviyyəsi və bölgədə heç bir qruplaşmanın bu səviyyədə mürəkkəb əməliyyatı həyata keçirmək üçün resurs və vərdişlərə malik olmadığı cəhətə əsaslanır. Amma bu nəyi bildirir? ABŞ İran İslam Respublikasına qarşı savaş aparmağa başlayacaq”.

ABŞ kəşfiyyatına yaxınlığı ilə tanınan “Stratfor” mərkəzi isə bildirir: “İranda da, Birləşmiş Ştatlarda da sərt xətt izləyən və qarşıdurmaya girməyə hazır olan nüfuzlu qrupların varlığı böyük hərbi münaqişəyə yol açır. İrandakı güc tərtibinə və onun münaqişəli durumlardakı davranışına, hər iki ölkənin hərbi hazırlıqları sürətləndirməsinə əsasən yanılma və gərginlik risqi yüksək qalacaq. Bu və ya başqa insident halında gərginlyi azaltmaq tələb olunarkən mühüm rabitə kanallarının yoxluğu da hər iki ölkənin imkanlarını məhdudlaşdırır.

Birləşmiş Ştatlar Fars körfəzinə əlavə güc göndərir, eyni zamanda İran öz ordusunu hazırlayır və səfərbər edir; hər iki ölkənin fəaliyyəti yekun halında savaş ehtimalını xeyli yüksəldir. Vəziyyət bununla ağırlaşır ki, Ağ Evdəki qruplaşmalardan biri milli təhlükəsizlik üzrə davakar müşavir Con Boltonun simasında İranla münaqişə başlamağa prezident administrasiyasında başqalarından daha çox can atır. Əlbəttə, İran tərəfdə də qaynar başlar, savaş ideoloqları var,  özəlliklə İslam İnqilabı Keşikçiləri Korpusunda (İİKK). İndi daha əhatəli münaqişə tam gerçək görünür ki, bu da ölkələrin bir-birinə qarşılıqlı ədavəti və inamsızlığı, münaqişəli durumların sürətli həlli üçün rabitə kanalının yoxluğu, əsas stimulu “dəmiri isti-isti döyərlər” olan İran silahlı güclərinin məqsədi ilə şərtlənir.

ABŞ silahlı qüvvələrinin ənənəvi orduları dəfələrlə üstələdiyi haqda özünə hesabat verən Tehran asimmetrik savaş aparmağa on illər boyu yatırım qoyub, yəni oyuncaq qoşunlar, ballistik raketlər, dəniz minaları, ABŞ-a, Fars körfəzi bölgəsində önəmli energetika strukturlarına və bölgənin başqa əsas strateji obyektlərinə effektli zərbə vurmaq üçün sürətli döyüş katerləri. Amma güman etmirik ki, bu qüvvə və taktika İranın ümumi nisbi zəifliyini tarazlaşdırır; doğrudan da Tehran çox gözəl anlayır ki, bu aktivlərdən çoxu ABŞ-ın zərbələri üçün son dərəcə dişbatandır, çünki bunlar limanlara, qarnizonlara və ya bazalara bağlı qalır.

Deməli, İranın istifadə edə biləcəyi Hörmüz boğazını bağlamaq təhdidini həyata keçirmək xeyli dərəcədə mina düzən gəmilər, raket və torpedo katerləri, silahlanmış sürətli katerlər və gəmiyə qarşı sahilyanı qanadlı raketlər barateyasını birləşdirən döyüş vasitələrindən asılıdır. Bu aktivlərdən çoxu hələlik öz liman və bazalarında olunca ABŞ-ın yüksəkdəqiqlikli zərbələrinə məruz qalacağı az deyilmiş, hətta bunlar münaqişə başlanana qədər həmləyə etməyə nail ola bilsə də, ABŞ və ya müttəfiqlərinin aviasiyası tərəfindən məhv edilmək təhlükəsi altındadır. Başqa sözlə, İranın olduqca kiçik imkanlar pəncərəsi var ki, özünün bütün minalarını düzsün və Birləşmiş Ştatlar və müttəfiqləri bu vəzifəni xeyli çətinləşdirənə qədər Hörmüz boğazı bölgəsində mümkün qədər böyük ziyan vursun.

Söhbət İranın ABŞ-ın bölgədəki bazalarına və energetika infrastrukturuna zərbə vurmaq bacarığından gedərkən eyni prinsip onun ballistik raketlər cəbbəxanasına da tətbiq edilə bilər. Tehran münaqişənin gedişində bu raketləri vaxtında buraxmağa nail olmasa, Vaşinqton onların çoxunu ölümsaçan yükü  çatdırmamışdan qabaq məhv edə bilər. Beləliklə, İranın qarşısında gerçək “istifadə et, ya da itirərsən” dilemması durur, çünki onu hücuma təkcə cəld reaksiya verməyə deyil, həm də atəş gücünə görə onu xeyli üstələyən rəqiblərinin aktivlərinə qaçılmaz ziyan vurmazdan əvvəl mümkün qədər böyük ziyan vurmaq üçün bir sıra qabaqlayıcı tədbirlər görməyə tutarlı səbəbləri var. İzah edək: Amerikanın hətta çoxaylıq hücumları da İranın tam tərki-silahına gətirməyəcək, lakin Tehran asimmetrik aktivləri, xüsusən də raket və hərbi-dəniz qüvvələrini işə salmağa nə qədər gec nail olarsa, İslam Respublikası öz silahlarından faydalanmazdan qabaq  Birləşmiş Ştatların bu silahları məhv etmək risqi bir o qədər yüksəkdir. ABŞ - İran qarşıdurmasını kəskinləşdirə biləsi başqa bir amil iki ölkənin gücləri arasında birbaşa effektli əlaqənin yoxluğudur. “Qaynar xətt”in və gərginliyi əlüstü yumşaltmağın yoxlanmış üsullarının yoxluğu daha böyük inamsızlığa və rəqibin niyyətini anlamamağa səbəb ola bilər. Dialoq üçün kanalın yoxluğu hətta ən yüksək nazirliklər səviyyəsində də müşahidə olunur. İran xarici işlər naziri Cavad Zərif böhranın qabağını almaq üçün İran və Birləşmiş Ştatların tez əlaqə təşkil edə bilib-bilməyəcəyi haqda sualı cavablandırarkən deyib ki, ABŞ-ın keçmiş dövlət katibi Con Kerri ilə sürətli danışıqlardan fərqli olaraq, indiki dövlət katibi Mayk Pompeo ilə heç vaxt birbaşa təmasda olmayıb. Zərif hətta deyib ki, ədavətli münasibətlər üzündən dövlət katibinin hər hansı zənginə cavab verməyi özünə borc saymır.

Əlbəttə, məsələ gərginliyin yayılmasına qədər gedib çıxsa, İran və Amerika məmurları son nəticədə bir-birilə rabitə qurmağa nail olacaqlar – təbii, bunu istəsələr – amma hər şeyi saatların deyil, dəqiqələrin həll etdiyi bir durumda kommunikasiyanın və yaxud münaqişələrin həlli kanalının yoxluğu deeskalasiya üzrə sürətli səylərə əngəl olacaq. Əslində, Amerika və İran məmurları danışıqlara başlayana qədər hücum və əks-hücum silsiləsi elə bir miqyas alar ki, bir neçə danışıq az ola bilər. Yaranmış  vəziyət  güman etməyə əsas verir ki, yeganə yanlışlıq söndürülməsi hətta hər iki paytaxtdakı sağlam düşüncəli liderlərə də çətin olacaq yanğının ilk qığılcımı ola bilər”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ