19/09/2019 00:38
728 x 90

BMT-dən şok iddia... ABŞ İranı vurmaq üçün hazırlıqlara başladı - “Böyük bir bombardman olacaq, lakin...”

img

ABŞ İranın nüvə proqramına bağlı obyektləri bombalamaq niyyətindədir. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu iddia ilə BMT-dəki adı açıqlanmayan mənbələr çıxış edib.

“Maariv” qəzetinə açıqlama verən BMT-dəki mənbə, cümə günündən etibarən Ağ Evdə yüksək rütbəli komandanlar, Müdafiə Nazirliyinin nümayəndələri və Trampın müşavirləri arasında İranla bağlı müzakirələr getdiyini deyib.

Iddialar görə ABŞ, Oman Körfəzində tankerlərə hücumlara görə, günahkar bildiyi İrana qarşı taktiki hücum hazırlayır. ABŞ İranın nüvə fəaliyyətləri ilə əlaqəli bir obyekti bombalamaq niyyətindədir. Qərbli bir diplomat isə “Böyük bir bombardman olacaq, lakin məhdud olacaq, bir hədəf vurulacaq” deyib.

Son xəbərlər