şənbə günü, 07 noyabr 2026
     

Tankerlər üzərindən İrana qarşı başladılan yeni dünya savaşı…

Image


Son bir ayda Oman körfəzində baş verənlər indi bütün dünyada ciddi narahatlıqla izlənir. Ən azı o baxımdan ki, baş verənlər barəsində illərdir söhbət gedən ABŞ-İran savaşının başlanma ehtimalını reallığa çevirmək üzrədir. Artıq baş verənlərdən sonra ABŞ İran ətrafına əlavə hərbi qüvvələr göndərməyə başlayıb.

Xatırladaq ki, Oman körfəzində neft tankerləri ətrafında qalmaqallı vəziyyət ötən aydın başlanıb. Belə ki, mayın 12-də Oman körfəzindəki Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra limanı rayonunda neft tankerlərinə diversiya hücumları həyata keçirilib. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Norveçə aid dörd ticarət gəmisi hücuma məruz qalıb. Fuceyra terminalı Hörmüz körfəzinin bilavasitə yaxınlığında yerləşən mühüm neftdoldurma məntəqəsidir və dünyanın ən iri dəniz nəqliyyat şəbəkələrindən birində - eyniadlı limanda yerləşir. Həmin vaxt bu hücumu İrana bağlı qüvvələrin həyata keçirdiyinə dair məlumatlar yayıldı. Lakin rəsmi Tehran baş verənlərdən yaxasını kənara çəkib və Fuceyra limanında baş verənləri “vandalizm aktı” adlandırıb: “Oman körfəzində bir neçə gəmi ilə bağlı baş verənlər təəssüf və narahatlıq yaradır, eyni zamanda bizim üçün əlverişsiz vəziyyətə səbəb olur. Biz həmin insidentlərin araşdırılmasına çağırırıq”.

Bu insident tam araşdırılıb başa çatmamış Oman körfəzində növbəti qalmaqallı olay yaşanıb. İyunun 13-də yenə Birləşmiş Ərəb Əmirliklərinin “Ruveys” limanından Tayvana doğru yola çıxan Norveçin “Frontline” şirkətinə aid “Front Altair” və Panama bayraqlı “Kokuka Courageous” adlı tankerlərdə partlayış baş verib. Hücumlar haqqında ABŞ-dan gələn açıqlamada yenə İran ittiham olunur. Dövlət Departamentinin rəhbəri Mayk Pompeo hücumların arxasında İranın dayandığını qeyd edir:  "ABŞ hökuməti hesab edir ki, Oman Körfəzindəki budəfəki hücumlara görə İran İslam Respublikası məsuliyyət daşıyır". Bu ittihamlar fonunda ABŞ Mərkəzi Komandanlığı Oman körfəzindəki tankerlərin partladılmasında İranın iştirak etməsinə dair video paylaşıb. Bütün bunların ardınca ABŞ Mərkəzi Qüvvələr Komandanlığı Oman körfəzinə döyüş gəmiləri göndərməyə başlayıb. Bildirilir ki, Omanda neft tankerlərinə qarşı təşkil olunan hücuma görə bölgəyə “USS Mason” döyüş gəmisi göndəriləcək. Həmçinin qeyd olunub ki, ABŞ donanmasına aid “USS Bainbridge" tankerlərdən birinin yanındadır və növbəti hücum cəhdinə cavab verməyə hazırdır. Mərkəzi Qüvvələr Komandanlığının mətbuat katibi Örl Braun bu xüsusda bildirib: “USS Mason” hadisə yerinə yardım üçün gedib. ABŞ və bölgədəki ortaqlarımız özümüzü və maraqlarımızı qorumaq üçün bütün lazımi tədbirləri görəcək. Hücumlar beynəlxalq səyahət və ticarət azadlığını açıq-aşkar təhdid edir”.

İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif isə qeyd edir ki, Oman körfəzində neft tankerlərinə hücumlarda iştirakla bağlı ABŞ-ın ittihamları əsassızdır: “ABŞ-ın hər hansı fakt və vasitəli sübutlarsız dərhal İrana qarşı ittihamlar irəli sürmək cəhdi yalnız göstərir ki, “B komandası” (İran Ağ Evin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton, İsrailin baş naziri Benyamin Netanyahu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Əbu-Dabinin vəliəhdi şahzadəsi Məhəmməd bin Zeydi “B komandası” adlandırır. Tehranın fikrincə, ABŞ-ın İrana qarşı düşməncəsinə hərəkətlərini bu dördlük müəyyən edir) “B planı”na keçir: Yaponiyanın baş naziri Sindzo Abenin həyata keçirdiyi təşəbbüslər də daxil olmaqla, diplomatiyanı sabotaj etmək və İrana qarşı iqtisadi terrorizmi gizlətmək. Mən məhz bir neçə ay əvvəl belə ssenari haqqında xəbərdarlıq edirdim: mən gələcəyi görən deyiləm, lakin anlayıram ki, “B komandası” nəyi rəhbər tutur”. İranın BMT yanında Daimi Nümayəndəliyi də Oman körfəzində neft tankerlərinə hücumlarda iştirakla bağlı ABŞ-ın ittihamlarını qəti surətdə rədd edib. Bu xüsusda yayılan bəyanatda bildirilir: "İran iyunun 13-də baş vermiş neft tankerləri hadisələri ilə əlaqədar ABŞ-ın əsassız ittihamlarını qəti surətdə rədd edir və onları surətdə pisləyir".

İndilikdə hesab edilir ki, tərəflərin ittihamlarına baxmayaraq, baş verənlər bölgədə fəal müharibəyə doğru aparır. Rusiyanın “vzqlyad.ru” portalı bu xüsusda yazır: “Oman körfəzində iki tanker birdən təxribat hücumuna məruz qalıb. İlkin məlumata görə, hər iki gəmiyə torpedolarla hücum edilib. Hələlik heç kim təxribata görə məsuliyyəti öz üzərinə götürməyib, amma bu, son zamanlar ilk belə hadisə deyil. Rusiya XİN başçısının müavini Sergey Ryabkov deyib ki, Oman körfəzindəki hadisə bölgədəki son dərəcə kəskin durumu əks etdirir: “Bunun hansısa aralıq bir epizod olduğundan danışmaq düzgün olmazdı. Bu, bölgədəki ümumi kəskin durumun əksidir”. Ryabkov qeyd edib ki, Moskva hadisə haqda tələsik nəticələrə qarşıdır və durumdan sakitcə baş çıxartmağa çağırır. Nazir müavini deyib: “İran ətrafında durumu normallaşdırmaq üzrə tədbirlər gərəkdir, baş verənləri sakitcə, ön rəyçilik olmadan araşdırmaq, alova benzin səpə biləcək tələsik nəticələr çıxarmamaq lazımdır”.  Ekspert mühitində istisna etmirlər ki, bölgədəki durum sabitləşməzsə və tankerlər yeni hücumlar təhlükəsi altında olacaqsa, hadisələr bütün dünya iqtisadiyyatına təsir edə bilər.

Rusiya Sosial Analiz və Proqnozlaşdırma İnstitutunun direktor müavini Vladimir Nazarovun fikrincə, baş verənlər Rusiya və qalan neft hasilatçısı ölkələr üçün “qara qızıl”ın qiymətinin artımı planında müsbət təsiri ola bilər. Nazarov deyib: “Neft qiymətləri yüksəlib. Aşağı olmasındansa, yüksək qiymətlər daha yaxşıdır, bu yaxşı cəhətdir, amma nəhəng deyil, aydındır ki, iqtisadi artım tempi bundan dəyişilməyəcək”. Xarici və müdafiə siyasəti üzrə Şuranın rəyasət heyətinin üzvü Fyodor Lukyanov öz növbəsində əmindir ki, baş verənlər İranla münaqişəni qızışdıracaq. O yada salır ki, Vaşinqton 12 may insidentindən sonra sübut olmadan tankerlərə hücumda Tehranın əli olduğunu bildirib: “Bu ruhda davam edərsə, ola bilsin, bundan konkret siyasi hədəflər üçün istifadə olunur”. Onun fikrincə, insidentlər İranı qorxutmağa yönəldilə bilər: “Ola bilsin, ABŞ hesablayır ki, güclü iqtisadi və psixoloji basqı İranı danışıqlara, güzəştlərə getməyə vadar edər”.Beynəlxalq məsələlər üzrə Rusiya Şurasının baş direktoru Andrey Kortunov hesab edir ki, Fars körfəzindən neft nəqlinə təhlükə çoxdan güclənir. Onun sözlərinə görə, bu, bölgədə hərbi gəmilərin yüksək sıxlığı, inam tədbirlərinin yoxluğu və ABŞ və İran tərəfdən sərt bəyanatlar üzündən baş verir. Təxribatların arxasında kimin durduğu versiyasına gəlincə, o göstərib ki, elə həmin İranda “fitnəkarlıq təşkil edə biləsi güclər var. Bu, İŞİD və “əl-Qaidə”nin anklavlarına birmənalı şəkildə əlverişli olardı, çünki hadisələr diqqəti terrorizmlə mübarzədən yayındıra bilər. Hər şey sünni-şiə qarşıdurması müstəvisinə keçə bilərdi”.

Politoloq istisna etmir ki, yayılma ABŞ-a da əl verir, amma amerikalılar “İranla özləri vuruşmaq istəmir”, Tehrana qarşı hərbi əməliyyata başlaya biləcək İsrailə, ya da Səudiyyə Ərəbistanına isə dəstək verərlər. Kortunov habelə hesab edir ki, durum hansısa dərəcədə Rusiyaya əlverişli olmalıdır. Politoloq izah edir: “Gəmiçilik üçün risqlər saxlanarsa, neft qiymətlərinin artımını törədəcək… Eyni zamanda qiymət artımı Amerika nefti və qazı üçün güclü dopinqi də bildirir – qiymətlər nə qədər yüksəkdirsə, yatırımlar da bir o qədər yüksəkdir”.

Tahir TAĞIYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ