şənbə günü, 07 noyabr 2026
     

Polad Aslanovun jurnalistlər korpusunda casus şəbəkəsi - jurnalistin səhifəsində onun İrana çox gedib-gəldiyi görünür…

Image


Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməlinə görə şübhəli şəxs qismində saxlanıb.

DTX-dən verilən məlumata görə, müəyyən edilib ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb, müntəzəm pul vəsaitləri ödənilməsi şərtilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib.

O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönələn yazılar yayımlamağa razılaşıb.

P.Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib.

İstintaq zamanı P.Aslanovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı material əldə edilib, P.Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumat verib. P.Aslanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

P.Aslanov peşəkar jurnalist cameəsində tanınan şəxs deyil. Onunla bağlı məlumatları araşdıranda məlum olur ki, dini çevrələrlə sıx əlaqəsi olub. Maraqlıdır ki, o, iyunun 12-də xanımı ilə birlikdə ölkəni tərk edərək, İrana keçmək istəyərlkən saxlanıb. P.Aslanov hərbi xidmətdən iki ay əvvəl təxris edilib. Onun Naxçıvanda həqiqi hərbi xidmət keçdiyi, ali təhsilli kimi bir il xidmət etdiyi deyilir. P.Aslanovun həyat yoldaşı mediaya açıqlamasında bildirib ki, gömrükdə saxlanandan sonra evlərində məhkəmənin icazəsi əsasında axtarış aparılıb və bəzi texniki avadanlıqlar götürülüb. P.Aslanovun səhifəsində paylaşdığı materiallardan görünür ki, o tez-tez İranın “Səhər” telekanalının efirində çıxış edib. İran televiziyası onu siyasi analitik kimi cəmiyyətə təqdim edib. DTX-nin yaydığı məlumatda diqqətçəkən məqamlardan biri isə P.Aslanovun bu ağır cinayət əməlinə bəzi jurnalistləri də cəlb etməsidir. Bu detal DTX-nin rəsmi məlumatında açıq şəkildə vurğulanır. Yəqin ki, istintaq çərçivəsində onun hansı jurnalistləri bu əmələ cəlb etdiyi barədə cəmiyyətə məlumat veriləcək. P.Aslanovun səhifəsini araşdırdıqda məlum olur ki, çox dar çərçivədə jurnalistlərlə təmasda olub. Ancaq yayılan məlumatdan bu qənaətə gəlmək olar ki, yaxın zamanlarda P.Aslanovun çevrəsinə aid olan və jurnalist adı ilə pərdələnmiş bəzi şəxslərlə də bağlı ciddi addımlar atılacaq, həmin adamların da məsuliyyətə cəlb ediləcəyi istisna edilmir. Jurnalist adı ilə pərdələnmiş bəzi şəxslərin pul müqabilində Vətənə xəyanət etməsinə meda mənsubları necə yanaşırlar?

  • Azər Həsrət: “Əminəm ki, aparılacaq geniş araşdırmadan sonra bütün şəbəkə ifşa ediləcək”

Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu adda peşəkar jurnalist tanımayıb: “Ola bilər ki, öz çevrəsində tanınır. Amma normal jurnalistika ilə məşğul olanların arasında belə bir adam yoxdur. Biz dəfələrlə deyirik ki, jurnalistika ilə məşğul olanların kimliyi ilə bağlı qəti qərar verilməlidir. Hər yoldan ötənin jurnalistika ilə məşğul ola bilməsinə şəraitin yaradılması doğru deyil. Jurnalistika ilə belə şəkildə məşğul olanların axır-aqibəti bundan artıq olan deyil. Mən P.Aslanovun səhifəsinə göz gəzdirdim. Onunla daim bir yerdə, yaxın olan adamlarla fotolarını gördüm. Dostlarının da adı normal jurnalist fəaliyyətində hallanmayıb. Bu tip adamların Vətənə xəyanətdə ittiham edilməsi bizi heç də təəccübləndirmir. Bu cür adamlar jurnalistikadan vicdansızcasına sui-istifadə edirlər. Bunlar pula hər şeyi satmağa hazır adamlardır. Təbii ki, həmin pulu hansısa ölkənin xüsusi xidmət orqanları təklif edəndə almaqdan imtina etmirlər”.

Ekspertin sözlərinə görə, rəsmi məlumatda bu işə başqa jurnalistlərin də cəlb olunduğuna dair məqamın olması olduqca təəccüblüdür: “Artıq burada şəbəkələşmiş, jurnalist vəsiqəsi arxasında gizlənən böyük bir heyətdən söhbət gedə bilər. Hesab edirəm ki, DTX P.Aslanovla yaxından işbirliyində olanların hamısı ilə bağlı araşdırma aparmalıdır. Çünki bu adamlar bir yerdə oturub-dururlarsa, təbii ki, bir-birinin gördükləri işlərdən də xəbərdardırlar. Ən azı bir-birilə fikir mübadiləsi edirlər. Bu baxımdan da çevrənin dərindən araşdırılması lazımdır. Əminəm ki, aparılacaq geniş araşdırmadan sonra bütün şəbəkə ifşa ediləcək. Biz bir daha görürük ki, bizim reketlik fəaliyyətinə görə qınadığımız adamlar gəlib hətta Vətən xaini belə çıxa bilirlər. Heç kim Azərbaycan dövlətinə qarşı istənilən bir dövlətlə işbirliyi etməməlidir. Bunun adı Vətənə xəyanətdir. Yəqin ki, əlavə şəxslərin də adı cəmiyyətə məlum olacaq. Bəlkə də DTX onları özü üçün müəyyən edib, sadəcə, istintaq sirri olduğu üçün yaymır. Biz həmişə demişik ki,  jurnalistikadan istənilən məsələ ilə bağlı sui-istifadə edən şəxs peşənin müqəddəsliyi ilə yanaşı, həm də dövlətinə xəyanət etməyin bir addımlığında olur. Onunla bağlı olan fotolara baxanda çox aydın bir mənzərə gözümüzün önündə canlanır”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ