Azərbaycan və Ermənistan XIN başçıları iyunun 20-də Vaşinqtonda görüşəcəklər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat idarəsindən baki-xeber.com-a verilən məlumata görə, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş iyunun 20-də Vaşinqton şəhərində keçiriləcək.
Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilir.