22/10/2019 08:19
728 x 90

"Jurnalist barədə hökmü siyasiləşdirənlər öz mənafelərini güdürlər" – Aydın Quliyev

img

“Reallıq info” saytının keçmiş baş redaktoru İkram Kərimov uzun illər jurnalist adı ilə bir araya sığmayan fəaliyyətlərinin məntiqi nəticəsi olan bir sonluğa yetişdi. Onun bu nöqtəyə gəlib çata biləcəyini hesablayan Mətbuat Şurasının idarə heyəti bunun qarşısını almaq üçün əlindəki imkanları sərf etməyə çalışdı. Təəssüf ki, jurnalistika meydanında qeyri-qanuni üsullarla hərəkət etməyə aludəçilik dərinə işlədiyinə görə İkram Kərimov sağlam tövsiyələrə və ictimai qınağa əhəmiyət vermədi”.

Bu fikirləri SİA-ya açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, İkram Kərimov vaxtında Mətbuat Şurasının tövsiyələrinə əməl etsəydi, bu gün məhkəmə hökmünün əsaslı hədəfinə çevrilməzdi.

A.Quliyev bildirib ki, sözügedən baş redaktor guya əsassız təqibə məruz qaldığını sübut etmək kimi perspektivsiz yola baş vurmaqdansa, səhvlərindən nəticə çıxarsa daha doğru yolda ola bilər: “Eyni sözləri onun həbsini siyasi mövzu alətinə çevirmək istəyənlərə də aid etmək lazımdır. Bu gün müəyyən qüvvələr və şəxslər İkramın məhkəmə hökmünü siyasiləşdirməklə əslində öz qrup mənafelərini düşünür və onun özü barədə daha düzgün nəticələr çıxarmasına imkan vermirlər”.

Baş redaktor qeyd edib ki, bu vəziyyət ilk növbədə İkramın özünü düşündürməli və normal jurnalist fəaliyyətinə qayıtmaq üçün yollar axtarışına yönləndirməlidir: “Bütün hallarda İkramın hökmünü siyasiləşdirənlər ona yaxşılıq yox, pislik edirlər”.

Son xəbərlər