Bazar günü günü, 08 noyabr 2026
     

Köçəryanla Sarkisyan açıq birləşir, Qarabağa anti-Paşinyançı yeni “prezidenti” də tapıblar…

Image


Ermənistan hakimiyyəti ilə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejim arasında qarşıdurma getdikcə daha maraqlı xarakter alır. Belə görünür ki, qarşıdakı dövr ərzində tərəflər əsas diqqəti bir-birinin mövqeyini sarsıtmağa yönəldəcək. İndiki vəziyyətdə separatçı rejimlə müqayisədə Nikol Paşinyan hakimiyyəti müəyyən qədər güclü görünsə də, yayılan məlumata əsasən, sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan prosesə daha fəal şəkildə müdaxilə etmək qərarına gəlib. Əsas niyyət isə gələn il ərzində də separatçı rejim rəhbərliyində tərəflərin hər birinin özünə yaxın saydığı şəxsi görməsidir.

Hazırda proseslərin gedişindən belə bəlli olur ki, Bako Saakyandan sonra “Qarabağ klanı” separatçı rejimin başında “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanı görmək istəyir. Nikol Paşinya isə birmənalı şəkildə buna qarşıdır. Xatırladaq  ki, artıq separatçı rejimin “rəhbəri” Bako Saakyan “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanı vəzifəsindən kənarlaşdırıb. Buna səbəb Paşinyanın hakimiyyətinin separatçılara maliyyə yardımını davam etdirmək üçün Balasanyanın qovulmasını şərt kimi irəli sürməsidir. Balasanyan “Qarabağ klanı”nın əsas fiqurlarındandır və Paşinyana qarşı açıq mətnlə çıxışlar edib. Saakyan maliyyəni almaq üçün Paşinyanın şərtini yerinə yetirib, lakin eyni zamanda əks-həmlə də etdi. Belə ki, separatçı lider “fövqəladə hallar naziri” Levon Mnasakanyanı “polis rəisi” təyin etdi. Mnasakanyan separatçı rejimdə “müdafiə naziri” idi. Onun da bu postdan uzaqlaşdırılmasını Paşinyan istəmişdi. Çünki Mnasakanyan Paşinyan hakimiyyətinə qarşı “əraziləri Azərbaycana qaytarmaq” ittihamı irəli sürmüşdü. Ermənistanın “İrates” nəşri yazır ki, bu halda Paşinyan separatçı rejimlə qarşıdurmanı davam etdirməyi düşünür: “Ermənistanla qaşıdurma şəraitində Qarabağın “rəhbərliyi” mümkün qədər sakit şəkildə hakimiyyət dəyişikliyini həyata keçirməyə çalışır. Lakin bununla belə, bəzi qüvvələr bütün bunları qızışdırmağa və intriqalar yaratmağa çalışır. Qarabağdakı mənbələrimizin verdiyi məlumata görə, hazırkı vəziyyətdə prezidentliyə namizədlər içərisində təhlükəsizlik şurasının rəhbəri Vitali Balasanyan favoritdir və qarabağlılar ona xüsusi rəğbət bəsləyir. Qarabağdakı “hakimiyyətin” bəzi nümayəndələri gecə-gündüz “inqilabçıların” siyasətini tərifləyən Ara Harutyunyanı üstün tutursa, o zaman bu məsələdə digərlərinin ciddi ziddiyətləri var. Bizdə olan məlumata görə, Köçəryan öz şəxsi komandası ilə, Sarkisyan isə Respublika Partiyası ilə Balasanyana öz dəstəyini ifadə edib. Paşinyanın Balasanyana sərt münasibət göstərməsinin səbəbi də məhz budur”. Erməni nəşri yazır ki, Paşinyan bu durumda Köçəryan və Sarksiyanı da sıradan çıxarmaq üçün müvafiq addımlar atmağa çalışır. Məsələn, qeyd olunur ki, yaxın tezlikdə Serj Sarksiyana və bir neçə oliqarxa qarşı cinayət işləri açıla bilər. Ermənistan hüquq-mühafizə orqanlarının 3 istiqamətdə durmadan istintaq aparmasının səbəbi də bununla əlaqələndirilir. Bu istintaqlardan biri 1 mart hadisələri ilə bağlı Sarkisyana qarşı olan ifadələr, digəri aprel döyüşləri və nəhayət, üçüncüsü Mehri dəmir yolu cinayətinin araşdırmasıdır. Bundan əlavə, əldə edilən məlumatlara görə, inqilabın ikinci dalğasında Sarkisyana yaxın çevrə də istintaq araşdırmaları şousuna cəlb edilə bilər. Artıq Ermənistanın keçmiş maliyyə və kənd təsərrüfatı nazirləri Qaqik Xaçatryan və Serqo Karapetyana qarşı rəsmi ittiham irəli sürülüb. Onların adları dövlət subsidiyaları çərçivəsində fermerlərə güzəştli qiymətlərə gübrələr ayrılması ilə bağlı cinayət işində hallanıb. Keçmiş nazirlər Ermənistan dövlətinə milyard dram məbləğində zərər vurub. Zərərin böyük hissəsi artıq ödənilib. Maraqlıdır ki, Xaçatryan Karapetyanın üzərinə düşən ödənişi öz öhdəsinə götürüb. Bundan əvvəl Ermənistanın Araqatsot vilayətində fermerlərə gübrələrin paylanması zamanı baş verən sui-istifadə halları ilə əlaqədar 9 cinayət işi açılıb. Erməni mediası yazır ki, Sarksiyanın nazirlərinin sıradan çıxarılmasının əsas səbəbi “Qarabağ klanı”nın zəiflədilməsidir. Nazirlərdən sonra sıranın Sarksiyana çatacağı vurğulanır. Eyni zamanda, hələ də istitanqı davam edən Köçəryanın da yenidən həbsə atılmasına hazırlıq görülür. Respublika Partiyasının sözçüsü Eduard Şarmazanov vurğulayıfr ki, belə addımlar atan Paşinyan mədəni zalım, diktator və demokratiya məfhumuna yaraşmayan bir şəxsdir: “Bir adam yoxdurmu Paşinyana desin ki, bəsdir demokratiyadan danışdın? O hara, demokratiya hara? O, gizli dinləmələrdən, insan zorakılığından, xarici agentlərdən və sui-qəsdçi qüvvələrdən danışa bilər. Yoxsa ki, gəlib demokratiya zəfərini ortaya qoyub. Sən mədəni bir zalımsan və diktatorsan, məgər demokratiya sənə yaraşır?” Hazırda Qarabağda qarşıdakı “prezident seçkiləri” ilə əlaqədar olaraq separatçılarla İrəvanın çəkişməsinin daha da dərinləşəcəyi gözlənir. Erməni politoloqlar vurğulayır ki, bir çoxları Paşinyanın adamı kimi Dağlıq Qarabağın keçmiş “baş naziri” Araik Arutyunyanı görür. Politoloq Yervand Bozoyan bu xüsusda bildirir: “Birbaşa tərəfdaşı olmayan Paşinyan Arutyunyan üçün meydanı təmizləməyə çalışır, onun potensial rəqiblərini hədəfə götürür”. Bütün bunlar separatçı rejimlə İrəvan arasında gərginlyin hələ də davam edəcəyini deməyə əsas verir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Azərbaycan Zəfər Gününü qeyd edir

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ