Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycanın ABŞ - Çin ticarət müharibəsindən uduşlu çıxmaq imkanları…

Image


ABŞ və Çin arasında şiddətlənməkdə olan ticarət müharibəsinin dünya iqtisadiyyatında hansı şoklar yaradacağı indi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Belə fikirlər səslənir ki, tərəflər mövqelərindən geri çəkilməsə, dünya iqtisadiyyatında yeni böhranın yaşanması qaçılmaz olacaq. Çünki ABŞ və Çin hazırda dünyada ən böyük iqtisadiyyata malik birinci, ikinci yerləri bölüşən ölkələrdir. Dünya iqtisadiyyatının az qala yarısı onların payına düşür. Bu mənada, iki ölkənin gərginləşən münasibətlərinin qlobal iqtisadi böhşrana rəvac verməsi heç də istisnalıq təşkil etmir.

İndilikdə isə belə görünür ki, tərəflər iqtisadi savaşı daha da dərinləşdirməkdə israrlıdır. Məsələ ilə bağlı ABŞ-ın mövqeyinə münasibət bildirən Çin rəsmilərinin prosesə yanaşması da qeyd edilənləri təsdiqləyir. Çinin Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Qen Şuan bildirib ki, Pekin ticarət müharibəsini istəmir, lakin eyni zamanda ondan qorxmur:"Birləşmiş Ştatlar bərabərhüquqlu məsləhətləşmələrə hazırdırsa, onda bizim qapımız açıqdır. Birləşmiş Ştatlar yalnız ticarət çəkişmələrinin bundan sonra da gərginləşməsini istəyirsə, onda biz qətiyyətli cavab verəcək və sona qədər vuruşacağıq". Şuan ABŞ prezidenti Donald Trampın Çinlə bağlı səsləndirdiyi bəyanatı şərh edərkən vurğulayıb ki, Çin liderinin iyunun sonunda Yaponiyada "G20" sammiti çərçivəsində Donald Trampla görüş keçirib-keçirməyəcəyinə dair hələlik məlumatı yoxdur.

Donald Tramp isə bundan əvvəl  bəyan edib ki, çinli həmkarı Si Tsinpin "Böyük İyirmilər"in Osakada keçiriləcək sammitinə gəlməsə, ABŞ dərhal Çin məhsullarına yeni rüsumlar tətbiq edəcək. Xatırladaq ki, mayın ortalarında ABŞ-Çin ticarət danışıqlarının sonuncu raundu Çindən gələn mallara rüsumların qalxması fonunda nəticəsiz başa çatmışdı. O zaman ABŞ rüsumları 10%-dən 25%-dək artırmışdı. Tramp, həmçinin, Çindən gələn və təqribən 300 milyard dollar dəyərində olan bütün digər idxalata qarşı rüsumların artırılması prosesini başlatmağı tapşırmışdı. Bunun ardınca Donald Tramp yenidən bəyan edib ki, ehtiyac olarsa, Çinin 300 milyard dollar həcmindəki məhsuluna əlavə gömrük vergisi tətbiq ediləcək. Baş verənlərə cavab olaraq Çin 60 milyard dollarlıq ABŞ məhsuluna əlavə vergi tətbiq etdiyini açıqlayıb.

Qeyd edək ki, "Böyük İyirmilər"in sammiti iyunun 29-da Osakada keçiriləcək. Həmin vaxt ABŞ və Çin liderlərinin görüşü baş tutmasa, ekspertlər ticarət müharibəsinin miqyasının daha da genişlənəcəyini proqnozlaşdırır. Hazırda ABŞ, Rusiya, Çin, Hindistan, Avropa İttifaqı ölkələri arasında ticarət müharibəsi bir reallıqdır. Onun qısa mahiyyəti belədir ki, tərəflər bir-birinin mallarına vergini yüksəldir. Hazırda ticarət müharibəsindən kimin qalib çıxacağı dəqiq bilinmir. Amma bir məsələ dəqiqdir ki, bu hal dünya miqyasında ciddi geosiyasi, geoiqtisadi dəyişikliklərə də səbəb olacaq. Hesab edilir ki, indi Pekin və Vaşinqton daha çox ölkəni öz yanında görməyə çalışır. Qeyd olunan məsələdə indilikdə Rusiya, Türkiyə, İran, bəzi Avropa ölkələrinin Çinin yanında yer alması müşahidə olunur. Belə görünür ki, hazırkı iqtisadi vəziyyətdə qlobal ticarət müharibəsi dünyada qüvvələr balansına ciddi təsir edəcək ssenarilərə yol aça bilər. Burada aparıcı rolu ABŞ - Çin münasibətlərinin oynaya biləcəyi ehtimal edilir. Yeri gəlmişkən qeyd edək ki, hər iki ölkənin son dövrlərdə Azərbaycanın da yerləşdiyi Cənubi Qafqaza marağı əhəmiyyətli dərəcədə artıb. Xüsusən də istər Çinin, istərsə də ABŞ-ın regionun əsas dövləti olan Azərbaycanla iqtisadi münasibətlərə indi daha çox diqqət yteirməsi aydın müşahidə olunur.

Ümumiyyətlə, Qafqazda vəziyyət belədir ki, Ermənistan burada hansısa iqtisadi çəkiyə malik olmadğından, onunla əməkdaşlıq digər ölkələr, o cümlədən ABŞ və Çin üçün arxa plandadır. Qonşu Gürcüstan isə daha çox ABŞ-a meyllənir. Amma region iqtisadiyatının böyük hissəsinə malik Azərbaycanla vəziyyət fərqlidir. Çin və ABŞ indilikdə Azərbaycanla iqtisadi əlaqələri daha da dərinləşdirməyə can atır. Azərbaycan isə hər iki ölkə ilə iqtisadi əməkdaşılığı genişləndirməkdə maraqlıdır və tərəflərin hər birinə münasibətdə neytral siyasət yürüdür. Belə görünür ki, Bakının bu yanaşmasından Pekin və Vaşinqton özləri də razıdır.

Hazırda Birləşmiş Ştatlarla Azərbaycan arasında bir çox istiqamətləri əhatə edən münasibətlər mövcuddur. Azərbaycan Birləşmiş Ştatlarla geniş iqtisadi əməkdaşlıq əlaqələri qurub. Bu əməkdaşlığın əsas istiqamətləri isə Azərbaycanda neft və qaz sektorunun inkişafı, yeni boru kəmərlərinin tikintisi və istismarı, "Şərq-Qərb" dəhlizi boyu infrastruktur layihələrinin həyata keçirilməsi, qeyri-neft sektoru sahəsində qarşılıqlı ticarətin genişləndirilməsidir. İki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsinin göstəricilərindən biri olaraq ticarət dövriyyəsinin həcmi də ildən-ilə artmaqdadır.

Hazırda Azərbaycanın Çinlə də ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Bununla belə, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün potensial böyükdür və bu potensialın reallaşdırılması istiqamətində Azərbaycan tərəfindən ardıcıl tədbirlər görülür. Məsələn, ötən dövrdə Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri açılıb, Honkonq, Quancou, Urumçi, Şanxay və Pekin şəhərlərinə ixrac missiyaları təşkil edilib. Eyni zamanda, Çin tərəfindən həyata keçirilən idxala dəstək siyasəti Azərbaycanın yüksək keyfiyyətli məhsullarının Çin bazarında təklif olunması üçün əlverişli şərait yaradır. Çinin “Bir Kəmər və Bir Yol” strategiyasını dəstəkləyən ilk ölkələrdən olan Azərbaycan, həm də bu təşəbbüsün reallaşdırılmasında fəal iştirakçıdır. Çinin “Bir Kəmər - Bir Yol” təşəbbüsü çərçivəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından istifadə olunması iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit və digər  sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açır. Məhz bütün bunları əsas götürərək, nə ABŞ, nə də Çin Azərbaycanla münasibətləri pisləşdirməkdə maraqlıdır. Əksinə, belə görünür ki, tərəflərin hər ikisi, ticarət müharibəsinə rəğmən, Azərbaycanla əlaqələri daha sürətlə inikşaf etdirəcək.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ