Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistan özünü qədim Urartu mədəniyyətinə bağlamaqdan əl çəkmir - bu dəfə rus muzeyini də özünə qoşub...

Image


Qədim Azərbaycan dövləti olan Urartunun tarixinin saxtalaşdırılması sahəsində ermənilər son bir neçə ildir müxtəlif işlər görürlər. Qafaza yad olan və bu ərazi ilə heç bir əlaqəsi, tarixi bağlılığı olmayan ermənilərin Urartuya iddia etməsi həqiqətən də gülüncdür.  

Tarixçilər qeyd edirlər ki, tarixi xronoloji ardıcıllıqla saxtalaşdırmaqda davam edən və özlərinə aid olmayanı mənimsəmək cəhdlərindən əl çəkməyən ermənilərin uydurma yollarla sahib çıxmağa və erməniləşdirməyə çalışdıqları Urartu dövlətinin gerçək sahibi Azərbaycandır. 

Bu həqiqəti qəbul etmək istəməyən ermənilər tarixi saxtalaşdırmaqla bağlı fəaliyyətlərini davam etdirməkdədirlər. Bu dəfə onlar öz saxta əməllərini Rusiyada gerçəkləşdirmək istəyirlər. Söhbət Ermənistanın Rusiyada Urartu sivilizasiyası ilə bağlı açmağa hazırlaşdığı sərgidən gedir.

Rusiya Prezidentinin mədəni əlaqələr üzrə köməkçisi Mixail Şvidkoy mətbuata bildirib ki, Rusiyanın A.Puşkin Muzeyi ilə Ermənistanın Milli Muzeyi arasında “Urartu sivilizasiyası”na aid sərginin keçirilməsi ilə əlaqədar razılıq əldə olunub. Hətta onun sözlərinə görə, Urartu mədəniyyəti ilə bağlı Rusiya muzeylərində kifayət qədər eksponat, fakt və materiallar var. Ermənistan mətbuatının yazdığına görə, M.Şvidkoy bu sərginin hər iki ölkənin seyrçiləri tərəfindən maraqla qarşılanacağını deyib.

Məsələ burasındadır ki, Urartunun ermənilərlə heç bir bağlılığı olmadığı halda, saxta erməni təbliğatı nəticəsində Urartu mədəniyyəti ermənilərin adları ilə təqdim ediləcək.

Tarixçilərin bildirdiyinə görə, Rusiya muzeylərində Urartu dövləti ilə bağlı saxlanan eksponatlar Azərbaycan ərazilərindən aşkar olunan arxeoloji örnəklər, əşyalar və sairdir. Onlar hesab edirlər ki, Çar Rusiyası Azərbaycan ərazilərini qəsb etdikdən sonra müxtəlif dövrlərə aid olan Azərbaycan dövlətlərinə aid arxeoloji tapıntıları, nümunələri Rusiya muzeylərinə daşıyıb. Müasir Ermənistanın Azərbaycan torpaqları üzərində qurulduğuna diqqət çəkən ekspertlər hesab edirlər ki, Rusiya tərəfi Urartu mədəniyyətini, sivilizasiyasını ermənilərə bağlamaqla və belə saxta bir sərginin məhz Rusiyada təşkil edilməsinə şərait yaratmaqla səhvə yol verir, tarixi təhrif edir.

  • Faiq Ələkbərli: “Urartu sivilizasiyası ilə bağlı bütün araşdırmalar göstərir ki, burada daha çox türk xalqlarının, xüsusən də Azərbaycan türklərinin və eləcə də digər Qafqaz xalqlarının tarixi mədəniyyət izləri kifayət qədərdir”

Tarix üzrə fəlsəfə doktoru, tanınmış tarixçi-alim Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, belə bir sərginin Rusiyanın dəstəyilə təşkil edilməsi təəssüf doğurur. “Urartunun, ya da Urartu sivilizasiyasının ermənilərlə əlaqəsi ancaq uydurmalardır. Bu cür uydurmalar haylar tərəfindən dəfələrlə səsləndirilib. Onlar Ermənistan xalqının tarixini qədimləşdirmək niyyətindədirlər. Üstəlik, Azərbaycan türk tarixinin üstündən xətt çəkmək istəyirlər. Hesab edirəm ki, ermənilərin türklərin və digər yerli xalqların tarixini mənimsəmələri heç bir nəticə vərməyəcək”.

F.Ələkbərlinin qeyd etdiyinə görə, yenidən bu cür məsələlərin gündəmə gətirilməsi ermənilərin öz tarixini qədimləşdirmək istəyindən irəli gəlir. Onun sözlərinə görə, onların Urartu məsələsinə qayıtması və Urartunu özlərinə aid etmələrinin heç bir əsası yoxdur. “Şübhəsiz ki, ermənilər bu məsələdə Rusiyanın mədəniyyət mərkəzlərini, xüsusən də Puşkin adına Muzeyi bu işə qatmaqla, sadəcə, siyasi məqsəd güdürlər. Ermənilərin istər Azərbaycan türklərinin, istərsə də digər Qafqaz xalqlarının tarixini, mədəniyyətini mənimsəməsi heç bir halda öz bəhrəsini verə bilməz. Yəni onsuz da müasir Ermənistan xalqının kökünün necə qarışıq olması hər kəsə bəllidir. Sadəcə, qarışıq xalqlardan törəmiş indiki Ermənistan xalqını qədimləşdirmək istəyirlər. Onların bu cəhdləri faydasızdır. Çünki Urartu dövləti, Urartu sivilizasiyası ilə bağlı bütün araşdırmalar göstərir ki, burada daha çox türk xalqlarının, xüsusən də Azərbaycan türklərinin və eləcə də digər Qafqaz xalqlarının tarixi mədəniyyət izləri kifayət qədərdir. Urartu sivilizasiyası haqda danışarkən burada haylardan söhbət belə gedə bilməz. Onlar qıpçaq kökənli, sonradan qriqoryan məzhəbinə görə xristianlaşmış türklərin bir qisminə görə buna iddia edirlərsə, yenə də heç bir nəticə əldə edə bilməyəcəklər. Ona görə ki, onlar da məhz türk mənşəlidirlər. Yəni xristian qıpçaqların türk mənşəli olması və onların bir hissəsinin indiki Ermənistan xalqının tərkibində qalması, sadəcə olaraq, qriqoryan məzhəbinə görə haylaşması məlumdur. Bu anlamda onların Urartu sivilizasiyasına yiyələnmək istəyinin heç bir mənası yoxdur” - deyə F.Ələkbərli bildirdi.        

Tarixçilərin verdiyi bilgiyə görə, Urartu adına ilk dəfə Assur çarlarının kitabələrində rast gəlinir. E.ə. XIII əsrin əvvəllərində I Salmanasara aid mətnlərdə Urartu adı tayfa ittifaqını bildirən Uruatri formasında işlədilir. E.ə. X-IX əsrlərin qovşağında II Adadnirariyə aid mətnlərdə Uratri termininə rast gəlinir. Bu adın Urartu forması isə e.ə. IX əsrdən işlədilir və “yuxarı ölkə” mənasını verir. Urartu dövləti e.ə. IX –VI əsrlərdə mövcud olmuş, əsasən Anadolu yaylasının bir hissəsini, Cənubi Qafqazın qərb rayonlarını, Van, Urmiya və Göyçə gölləri arasındakı ərazini əhatə edirdi. Dil və mədəniyyət baxımından urartulular hurri-het ənənələrini davam etdirirdilər.

Melikişvili qeyd edir ki, Urartu və hurri dilləri arasında qohumluq əlaqələri artıq şübhə doğurmur. Buna baxmayaraq, mif yaradıcılığını davam edən erməni müəlliflər onlara heç bir aidiyyəti olmayan qədim Urartu irsinə sahib çıxmağa çalışırlar.

Tarixçilərin sözlərinə görə, ermənilərin tarixi saxtalaşdıraraq Urartuya sahib çıxmaq istəklərini motivasiya edən səbəblərdən biri onların tarixin erkən dövrlərində öz dövlətçilik ənənələrindən məhrum olmaları və dünyanın müxtəlif ölkələrinə səpələnmələri ilə bağlıdır. Onlar, həmçinin, vurğulayırlar ki, Urartu və regionun digər qədim dövlətlərini “özəlləşdirmək” ermənilərə daha çox öz qonşularına qarşı əsassız ərazi iddiaları irəli sürərkən tarixi hüquq anlayışına istinad etmək üçün lazımdır.

Onların heç bir vaxt bu iddialarını reallaşdıra bilməyəcəklərini deyən tarixçilər hesab edirlər ki, Urartu sivilizasiyası ilə hayların yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Azərbaycan Zəfər Gününü qeyd edir

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ