çərşənbə günü, 19 avqust 2026
     

SOCAR “Türkiyə təcrübəsi”nin Rusiyada da tətbiqinə hazırlaşır…

Image


Bu gün Azərbaycan üçün xarici iqtisadi strategiyada ən mühüm məsələlərdən biri təkcə xaricdən sərmayə axınına nail olmaq yox, həm də ölkənin özünün beynəlxalq miqyaslı investora çevrilməsidir. Qeyd edilən xüsusda atılan addımlar artıq dünya miqyasında Azərbaycana maraq və diqqəti artırır. İndi bir çox ölkələr Azərbaycan sərmayəsini görməkdə maraqlı olduqlarını açıq bəyan edirlər.

İndilikdə Bakı  Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Dövlət Neft Fondu (ARDNF) vasitəsilə fəal investisiya siyasəti həyata keçirir. Belə ki, təkcə ötən il ARDNF müxtəlif ölkələrdə daşınmaz əmlaka 115 milyon dollar həcmində investisiya edib. Fondun daşınmaz əmlak portfeli həmin tarixə 2,14 milyard dolları keçib. Hazırda fond Londonda dəyəri 120 milyon funt sterlinq təşkil edən ofis kompleksinə, Moskvada dəyəri 3 milyard 269 milyon rubl təşkil edən “Qalereya Aktyor” ofis-ticarət kompleksinə, Parisdə dəyəri 186,1 milyon avro təşkil edən daşınmaz əmlak kompleksinə, Cənubi Koreyada dəyəri 515,5 milyard Cənubi Koreya vonu olan “Payn Avenyu A qülləsi” ofis binasına, Tokioda dəyəri 58,4 milyard yapon yeni təşkil edən ticarət mərkəzinə, İtaliyada dəyəri 99,6 milyon avro təşkil edən “Palazzo Turati” ofis binasına investisiya edib.

SOCAR da dövləti xətti ilə fəal investisiya siyastəti həyata keçirir. Özü də şirkətin getdikcə dünya  enenrji sektorunda xüsusi çəkisinin artması müşahidə olunur. İndilikdə isə yayılan məlumatlardan belə bəlli olur ki, Türkiyədən sonra SOCAR Rusiyanın enerji sektorunda böyük bir investisiya layihəsi həyata keçirməyə hazırlaşır. Elə bu günlərdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Dövlət Neft Şirkətinin  Rusiyadakı Antipin neft emalı zavoduna marağı var. Onun sözlərinə görə, hazırda zavodun alınması ilə bağlı danışıqlar aparılır: "Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır. Ümumilikdə isə SOCAR dünyanın hər yerində danışıqlar aparır". Belə bir vaxtda  Rusiyanın "Kommersant" qəzeti məsələ ilə bağlı maraqlı məlumat yayıb. Qəzet yazır ki,  SOCAR və Rusiyanın "Sberbank" bankı "SOCAR Enerqoresurs MMC" adlı birgə müəssisə yaradıb. Artıq bu haqda məlumat Rusiyanın Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrində dərc olunub. Müəssisədə payların 60 faizinin "SOCAR Russia Investments Ltd" şirkətinə, 40 faizinin isə "Sberbank"ın struktur hissəsi olan "SBK Komplekt"ə məxsus olduğu bildirilir. Yeni birgə müəssisənin müflis vəziyyətdə olan Antipin neft emalı zavodunda prosessinqlə məşğul olacağı gözlənilir. Prosessinq sxeminə əsasən, neftin sahibi onu neft emalı zavoduna çatdırır, zavoda neft emalı xidmətlərinə görə ödəniş edir, sonra isə əldə olunan neft mallarını təhvil alır və onların satışını həyata keçirir.

Mənbələrdən biri "Kommersant"a bildirib ki, SOCAR iyula kimi Antipin zavodunda prosessinq işlərini başlamaq niyyətindədir. Qeyd olunur ki, yeni müəssisəni yaratmaqda məqsəd zavodun fəaliyyətində durğunluğun qarşısını almaqdır. Zavodun fəaliyyəti apreldə dayanmışdı. Səbəb kimi emal üçün neftin alınmasına kifayət qədər maliyyə vasitələrinin olmaması göstərilirdi.

"Kommersant" həmçinin qeyd edir ki, birgə müəssisə əldə etdiyi gəlirin bir hissəsini Orenburq vilayətində yataqların işlənməsinə də yatıra bilər. Məlumatda bildirilir ki, birgə müəssisənin baş direktoru Fərid Cəfərovdur. O, SOCAR-ın Rusiyada əsas strukturu olan "SOCAR Rus MMC"nin rəhbəridir.

Birgə müəssisənin nizamnamə kapitalının 10 min rubl, təqribən 260 manat olduğu göstərilir. Bütün bunlar Türkiyədən sonra Azərbaycanın Rusiyada da enerji sahəsində mühüm oyunçulardan biriən çevrilməkdə olduğunu göstərir. Xatırladaq ki,  SOCAR Türkiyədə dəyəri 6,3 milyard dollar olan nəhəng STAR neft emalı zavodunun sahibidir. İndi isə qeyd edilir ki, Antipin neft emalı zavodu ilə bağlı layihə SOCAR-ın Rusiya neft sənayesinə ilk nəhəng yatırımı ola bilər. Amma görünən budur ki, Azərbaycan tərəfini Rusiyada təkcə Antipin neft emalı zavodu maraqlandırmır.  Belə ki, SOCAR və Rusiyanın "Tatneft" şirkəti neft-kimya məhsullarının tədarükü barədə də saziş imzalayıb. Sənəd Bakıda keçirilən "Caspian Oil and Gas - 2019" sərgi-konfransında imzalanıb. "Tatneft" şirkətinin təmsilçisi bu xüsusda bildirib: "Şirkətimiz yataqların işlənməsi sahəsində əməkdaşlıq üçün açıqdır. Yeni tərəfdaşlar, yeni satış bazarları axtarırıq. "Tatneft" neft hasilatı sahəsində 75 illik təcrübəyə malik şirkətdir. Neftin çıxarılması və emalı sahəsində, neft sənayesi avadanlığının istehsalında, neft-kimya sahəsində və sairdə müəyyən təcrübəmiz var. Ona görə də SOCAR ilə ortaq nöqtələr axtarırrıq". Onun sözlərinə görə, gələn il üçüncü ölkələrin bazarında SOCAR ilə əməkdaşlıq haqqında da danışmaq olar.

Türkiyə təcrübəsi isə göstərir ki, xarici enerji bazarında fəal iştirak Azərbaycana böyük miqdarda gəlir gətirir və digər dividendlər qazandırır. Belə görünür ki, SOCAR Türkiyə təcrübəsini Rusiyada da tətbiq etmək niyyətindədir. Yəni burada olduğu kimi, SOCAR Rusiyanın neft və qaz, həmçinin neft-kimya sferasında fəal iştirakçı olmağı düşünür. Türkiyədə STAR neft emalı zavodunun sahibi olan SOCAR qardaş ölkədə  yeganə neft-kimya kompleksi olan “Petkim”də əsas səhmdardır. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir. "Petkim"in qalan səhmləri isə İstanbul Fond Birjasında dövriyyədədir. “Petkim Holding”in baş direktoru Anar Məmmədov şirkətin kifayət qədər gəlirlə işlədəyini vurğulayır: “Petkim”  bu ilin ilk rübünü uğurla yekunlaşdırıb. Bu dövrdə 142 milyon  Türkiyə lirəsi xalis mənfəət əldə etmişik. Bu çox gözəl nəticədir. Dünya bazarında neqativ şərtlərə baxmayaraq, bu nəticəni əldə edə bilmişik. Düşünürəm ki, bu da son illərdə həyata keçirdiyimiz optimallaşdırma işlərinin birbaşa nəticəsidir. Artıq STAR zavodundan nafta almağa başlamışıq. Bu günə qədər STAR-dan 100 min tona yaxın nafta almışıq. Təkcə qənaət deyil, naftanın keyfiyyətinin də bizim üçün çox uyğun olduğu qeyd edilməlidir. Hələ STAR zavodunun layihələndirmə mərhələsində, xüsusilə “Petkim”in ehtiyaclarını qarşılayacaq şəkildə ən effektiv nafta olması nəzərdə tutulmuşdu. STAR-ın faydası sadəcə logistika baxımından qənaətdə deyil, naftanın çox yüksək keyfiyyətinə görə istehsalımızda artım olmasında da özünü göstərir.  STAR tam gücdə istehsala başladıqdan sonra ildə 1,6 milyon  ton nafta alınması nəzərdə tutulur. Bu il üçün “Petkim”ə 800-900 min ton nafta alışı gözlənilir”. İndi Türkiyədəki bu uğurlu təcrübənin Rusiyada da tətbiq edilməsi nəzərdə tutulur.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ