Bazar günü günü, 08 noyabr 2026
     

Dünyanın üçdə birini təşkil edən türkdilli ölkələrin teleefir məkanında AzTV və İTV…

Image


Bu gün türkdilli dövlətlərin qarşısında duran ən aktual məsələlərdən biri türk birliyinə nail olmaqdır. İlkin mərhələdə ortaq türk tarixi dərsliyinin yazılması məsələsi gündəmə gətirildi və hazırda bu dərs vəsaitinin hazırlanması prosesinin başa çatdığı bildirilir. İndi isə ən aktual məsələlərdən biri türkdilli dövlətlərin televiziya kanallarının qarşılıqlı olaraq yayımının həyata keçirilməsidir.

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov bir sıra diqqətçəkən təkliflərlə çıxış edib. Ə.Həsənov bildirib ki, Azərbaycan Televiziyası və İTV turk dövlətlərində yayımlansın.

Bu gün hər iki televiziyanın Türk dünyasında yayımlanması Türk dünyasına, bizim ölkəmizə nə fayda gətirə bilər? Bu televiziyaların Türk dünyası auditoriyasının zövq və tələbatını ödəmək potensialı nə dərəcədə yetərlidir?

  • Fərəc Quliyev: “Azərbaycan Televiziyasının bütün türk coğrafiyasında göstərilməsi həm Azərbaycan həqiqətlərinin yayılması, həm də ölkələrimizin daha dərin inteqrasiya olunması, əlaqələrdə olan boşluqların aradan qaldırılması baxımından çox əhəmiyyətli olacaq”

Millət vəkili Fərəc Quliyev bizimlə söhbətində bildirdi ki, həm AzTV-nin, həm də İTV-nin türkdilli ölkələrdə yayımlanması çox müsbət hadisə olardı. “Bu olduqca mütərəqqi təklifdir, sıradan bir məsələ deyil. Həm türk cümhuriyyətləri arasındakı münasibətlərin, həm də türkdilli əhalinin özünün formalaşmasında bu cür məsələlərin böyük rolu var. Üstəlik də biz həmişə təklif etmişik ki, türk coğrafiyası, türk tarixi, türk ədəbiyyatı bir millət olaraq birgə öyrənilməlidir. Coğrafi baxımdan dağınıq olsaq da, vahid bir məkandan informasiyanın yayılmasına böyük əhəmiyyət veririk. Azərbaycan Televiziyasının bütün türk coğrafiyasında göstərilməsi həm Azərbaycan həqiqətlərinin yayılması, həm də ölkələrimizin daha dərin inteqrasiya olunması, əlaqələrdə olan boşluqların aradan qaldırılması baxımından çox əhəmiyyətli olacaq. Yaxşı olardı ki, digər türkdilli respublikalar da eyni davranış nümayiş etdirib öz televiziyalarından birinin müxtəlif türk ölkələrində yayımını təmin etsinlər” - deyə F.Quliyev qeyd etdi.  

  • Məhərrəm Zülfüqarlı: “... ümumtürk birliyinə böyük fayda verə bilər”

Tarixçi-alim, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, həm Azərbaycan Televiziyası, həm də İTV türkdilli ölkələrdə yayımlana bilər. O hesab edir ki, bunun üçün sözügedən telekanallarda bu istiqamətdə köklü işlər görülməli və ümumtürk birliyinə xidmət edən proqramların həcmi artırılmalıdır. “Biz əgər türk xalqlarının birliyindən danışırıqsa, siyasi məsələlərdən əvvəl mədəniyyət, tarix, mənəviyyat birliyindən danışmalıyıq. Türk birliyinin formalaşmasında, türkdilli dövlətlər arasında qarşılıqlı mədəni, tarixi əlaqələrin daha yüksək səviyyədə inkişaf etdirilməsində, bu istiqamətdə inteqrasiyanın sürətlənməsində televiziyanın, mətbuatın rolu böyükdür. Mən Əli Həsənovun fikirləri ilə tam şərikəm ki, Azərbaycanın hər iki televiziyası türkdilli ölkələrdə yayımlanmalıdır. Əgər gələcəkdə türkdilli ölkələrin bir-birilə daha da yaxınlaşmasına, beynəlxalq müstəvidə bir-birinə daha böyük dəstək verməsinə nail olmaq istəyiriksə, bizim televiziyaların, onların da televiziyalarının qarşılıqlı şəkildə yayımı təmin edilməlidir. Əlbəttə, Azərbaycan Televiziyasının, yaxud İTV-nin digər türkdilli ölkələrdə yayımlanması bu ölkələr arasında münasibətləri daha da gücləndirə bilər. Bu da olduqca müsbət nəticə əldə etməyimizə gətirib çıxarar”.

M.Zülfüqarlı hesab edir ki, adları qeyd edilən Azərbaycan televiziyalarının həm potensial imkanları, həm yaradıcılıq istiqamətləri türkdilli xalqların diqqətini çəkə bilər. O, həmçinin, bildirdi ki, sözügedən telekanallardan hansısa birinin türkdilli dövlətlərdə yayımı reallaşarsa, həmin televiziyalar bu ölkələrin əhalisinin zövqünə, maraqlarına uyğun, onları düşündürən mövzulara da müraciət etməlidirlər. “Türkdilli ölkələrdə yayımlanması təklif edilən Azərbaycan televiziyaları öz işlərində, fəaliyyətlərində dönüş yaratmalıdırlar. Mən televiziya kanalları arasında ayrıseçkilik etmək istəməzdim. Hər ikisi də baxımlıdır. Hesab edirəm ki, həm AzTV-nin, həm də İTV-nin türkdilli ölkələrdə yayımlanmasının çox böyük əhəmiyyəti olardı. Bu gün AzTV çox güclü maddi-texniki bazaya malikdir, yaranma müddəti o qədər çox olmasa da, İTV də xeyli təcrübəyə malikdir. Həm AzTV-nin, həm İTV-nin türkdilli ölkələrdə yayımının həyata keçirilməsi ümumtürk birliyinə böyük fayda verə bilər” - deyə M.Zülfüqarlı bildirdi.

  • Hafiz Cabbarov: “Bu televiziyalarda Türk dünyası üçün maraqlı olan proqramlar var”

Tarixçi Hafiz Cabbarov da hesab edir ki, Azərbaycan Televiziyasının və İTV-nin türk coğrafiyasında yayımlanmasının gerçəkləşdirilməsi həm bizə, həm də digər türkdilli dövlətlərə böyük fayda verə bilər. Azərbaycanın tarixən türkoloji fikrin beşiyi başında durduğunu deyən H.Cabbarov hesab edir ki, türk birliyi ilə bağlı bütün ideyalar Azərbaycandan türk coğrafiyasına yayılıb. “Azərbaycan istər tarixi, istərsə də coğrafi baxımdan bütün Türk dünyası üçün körpü rolunu oynayıb. Bu yalnız coğrafi baxımdan deyil, həm də mənəvi baxımdan belədir. Türk dünyasının həmişə Şərq və Qərb qanadı olub. Qərb qanadını Türkiyə, Anadolu türkləri təmsil ediblərsə, Şərq qanadını Mərkəzi Asiya türkləri təmsil ediblər. Onun mərkəzində duran, ürəyini, beynini təşkil edən isə Azərbaycan olub. Türkçülüyün yaranmasında və inkişafında da təbii ki, Azərbaycan ziyalılarının tarixən çox böyük xidmətləri olub. Bu da onu göstərir ki, üzərinə götürdüyü bu missiyanı Azərbaycan bu gün də uğurla davam etdirir. Azərbaycan televiziyaları da, xüsusən də Azərbaycan Televiziyası və İctimai Televiziya türkçülüyün yayılmasında, türk birliyinin daha da möhkəmlənməsində böyük rol oynayır. Hər iki televiziyada bu barədə çoxlu veriliş yayımlanır. Düşünürəm ki, həm Azərbaycan Televiziyasının, həm də İctimai Televiziyanın bütün türkdilli ölkələrdə yayımlanmasının, bütün mənalarda, faydası əvəzsiz olacaq. Çünki bu televiziyalarda Türk dünyası üçün maraqlı olan proqramlar var” - deyə H.Cabbarov qeyd etdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ