Bazar günü günü, 08 noyabr 2026
     

“Onların ordusu o qədər güclüdür ki, bir döyüş əməliyyatı ilə Ermənistanı yerlə yeksan edə bilər”

Image


Azərbaycanın işğalçı Ermənistan üzərində əzici hərbi üstünlüyünü artırması düşmən ölkədə böyük narahatlıqla qarşılanmaqda, eyni zamanda danışıqlar prosesində ölkəmizin daha güclü mövqe sahibi kimi çıxış etməsini təmin etməkdədir. Məhz bu fonda Azərbaycan həm hərbi, həm də diplomatik müstəvidə işğalçı Ermənistanı kifayət qədər sıxışdırmaqdadır. Ölkəmizin əldə etdiyi bu üstünlüklər beynəlxalq miqyasda da açıq etiraf edilməkdə, Ermənistana Dağlıq Qarabağ münaqişəsini dinc müstəvidə həll etməyin vacibliyinə dair ünvanlanan tövsiyələr artmaqdadır.

Açıq şəkildə vurğulanır ki, İrəvan məsələnin dinc müstəvidə çözümü üçün müvafiq addımlar atmasa, Ermənistanın özündən belə əsər-əlamət qalması böyük sual altına düşəcək.  Bu xüsusda ukraynalı hərbi ekspert Oleq Jdanovun “Obozrevatel” nəşrinə müsahibəsində səsləndirdiyi fikirlər xüsusi diqqət cəlb edir. Ekspert diqqəti ona yönəldir ki, Ukrayna ərazi bütövlüyünü bərpa etmək üçün Azərbaycanın hazırlıq təcrübəsindən faydalanmalıdır. Oleq Jdanov bildirir ki, ötən dövr ərzində Azərbaycan ordusunu əhəmiyyətli dərəcədə gücləndirib və bu da ona danışıqlar prosesində daha güclü mövqe sahibi olmağa imkan verib. O qeyd deir ki, Ukrayna da Azərbaycan kimi öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə hazır olmalıdır: “Ukrayna öz ərazilərini hərbi yolla geri qaytarmağa hazır olmalıdır və düzgün dövlət yanaşması olarsa, bir il ərzində ən azı Donbasdakı qoşun qruplaşmasını modernizə edib döyüş vəzifələrinin yerinə yetirilməsinə hazırlaya bilər. Əslində ordu əraziləri geri qaytarmağa Minsk razılaşmasından dərhal sonra hazırlaşmalıydı. Çünki atəşkəs Ukraynanın xeyrinə deyil. Belə münaqişələrdə həmişə iki yol olur: siyasi yol və hərbi yol. Yaxud onların kombinasiyası, yəni güc tətbiq etmə ilə danışıqlara məcbur etmə. Lakin istənilən halda, prezident danışıqlar prosesinə çıxırsa və bilirsə ki, arxasında məsələni minimal itkilərlə həll edə biləcək güclü ordu var, o zaman danışıqlar prosesi güc nöqteyi-nəzərindən gedir. Prezident başa düşür ki, üstünlük onun tərəfindədir və özünü daha inamlı hiss edir. Məsələn, Azərbaycan. Onlar gündəmdə birinci məsələ kimi Dağlıq Qarabağda hərbi əməliyyatları qoyurlar. Onların ordusu o dərəcədə hazırlıqlıdır ki, bir döyüş əməliyyatı ilə bütün Ermənistanı yerlə bir edə bilərlər. Bu da qüvvələr bölgüsünü dəyişir, onların danışıqlar prosesindəki mövqeyini dəyişir”.

Ekspertin fikirlərindən də göründüyü kimi, Azərbaycan hərbi müstəvidə əldə etdiyi üstünlüklər sayəsində işğalçı Ermənistanı kifayət qədər təzyiq altında saxlaya bilir. Bunun əvəzində isə Ermənistan getdikcə daha zəif duruma düşür. Ermənistanın Respublika  Partiyasının mətbuat katibi Eduard Şarmazanov da bunu açıq şəkildə etiraf edir. Onun sözlərinə görə, Azərbaycan hərbi, diplomatik qüdrətini artırdığı halda, Nikol Paşinyanın rəhbərliyi altında hökumət bir sıra təhlükəli əlamətlərə qarşı cinayət tolerantlığı nümayiş etdirir: “Son bir il ərzində Ermənistanda böyük sürətlə xəyanət, transgenderlik və həmcinsliliyin total şəkildə təbliğatı aparılır. Paşinyanın rəhbərliyi altında hökumət bu təhlükəli əlamətlərə qarşı cinayət tolerantlığı nümayiş etdirir. Homoseksuallar polislə toqquşdu, hakimiyyət susdu, transseksual erməni parlamentində təbliğat apardı, hökumət bunu da qınamadı. İndi də kitab təqdimatları təşkil edirlər və 3-6 yaş arası uşaqları hədəfləyirlər. Hökumətdəkilərin bunu qınamaması azmış kimi, biz qınayanları da siyasi saxtakarlar adlandırırlar. Onlar kimi siyasi transgender olmaqdansa, siyasi saxtakarlıqda ittiham edilmək daha yaxşıdır”. Şarmazanov qeyd edib ki, belə vəziyyət cəmiyyətə mənfi təsir edərək onu ruhdan salır və bu da ölkəni fəlakətə sürükləyir: “Bu gedişlə biz çağrışlara cavab verə, Ermənistanı məhvdən qoruya bilmərik. Biz zəifləyirik, bunu Azərbaycan diqqətdən qaçırmır, mövqelərini daha da gücləndirir”.

Eyni mövqeni “Milli Gündəm” partiyasının təsisçi qrupunun katibi Ara Qasparyan da bölüşür. Onun sözlərinə görə, Azərbaycanın güclənməsi, Ermənistanın zəifləməsi fonunda müharibə ehtimalı getdikcə artır: “Amma bunlara rəğmən, hökumət erməni ictimaiyyətini müharibəyə hazırlaya bilmir. Azərbaycanda isə əks proses baş verir. Xatırladım ki, Azərbaycanın hərbi xərcləri 2013-2014-cü illərdə pik nöqtəsinə çatmaqla 3.7 mlrd dollar təşkil etsə də, bundan sonra hərbi xərclər tədricən azaldılıb. Buna baxmayaraq, müharibə ehtimalı getdikcə artır, çünki Azərbaycan silahlanmanı başa çatdırdığını bildirir. Qarabağ məsələsini güc yolu ilə həll etməyə hazırlaşır. Bizdə isə buna hələ də lazımi diqqət yetirilmir. Ona görə də 2016-cı ilin aprel sürprizlərini yenə yaşaya bilərik”.

Bütün bunlar işğalçı tərəfin ordumuzun gücündən əhəmiyyətli dərəcədə çəkindiyini aydın nümayiş etdirir. Həqiqətən də ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində əsas güc məhz Azərbaycan ordusudur. Ordumuzun 2016-cı ilin şanlı aprel döyüşlərindən sonra Günnüt zəfəri də bunun təsdiqidir və elə o vaxtdan bəri ermənilərdə ciddi narahatlıq yaradıb. Ordunun inkişafına, onun təchizatının yüksəlməsinə göstərilən diqqət artıq öz nəticələrini verir. Bakı bu sahədə mövqeyini onunla əsaslandırır ki, müharibə aparan ölkənin güclü ordusunun olması şərtdir. Məhz bu fonda indi ordumuz qısa müddətdə işğal altında olan ərazilərimizi erməni terrorçularından təmizləməyə qadirdir. Ölkəmizin davamlı olaraq aldığı ən müasir hərbi texnikalar da düşmən üzərində üstünlüyümüzü əhəmiyyətli dərəcədə yüksəldir. Son illər ərzində ən müasir texnika və silahlar alınır, eyni zamanda ölkənin özünün müdafiə sənayesinin sürətli inkişafı artıq xarici ölkələrin silah-sursat asılılığından azad olunmasını şərtləndirir. Bu gün Azərbaycan MDB məkanında dörd ölkədən biridir ki, onun müasir tələblərə cavab verən  müdafiə sənayesi mövcuddur. O da xüsusi qürurverici haldır ki, bu gün ölkəmiz ən müasir silahların ixracatçısıdır. Bütün bunlar həm də onun təsdiqidir ki, güclü Azərbaycan ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir. Məhz qeyd edilən amillər də artıq Ermənistanda ciddi təşviş yaradır. Bunu bu günlərdə Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan da açıq şəkildə etiraf edib. O bu məsələ barədə danışarkən Azərbaycan ordusunun gücünü və böyüklüyünü diqqətə çatdırıb: "Vəziyyətdən asılı olmayaraq, erməni tərəfi Azərbaycanın hərəkətlərinə cavab verməlidir. Azərbaycan ordusu çox güclü, təhlükəli və qüdrətlidir. Azərbaycan ordusu Ermənistan üçün, həyatımız  və müstəqilliyimiz üçün təhlükədir. Biz hər zaman hazır olmalıyıq. 2016-cı ilin aprel ayından dərs çıxarmalıyıq". Beynəlxalq miqyasda da ordumuza verilən qiymət Vigen Sarkisyanın və digər ermənilərin narahatlıqlarının əbəs olmadığını göstərir. Belə ki, son illərdə güclü hərbi potensialın təkmilləşdirilməsi nəticəsində artıq Azərbaycan ordusunun adı dünya miqyasında güclülər sırasına daxil edilməkdədir. Beynəlxalq hərbi ekspertlərin də etiraf etdiyi kimi,  müdafiə qüdrəti artan Azərbaycanın reytinqinin yüksək səviyyədə olması bu istiqamətdə atılan addımların real təzahürüdür. ABŞ-ın “Global Firepower” araşdırma mərkəzinin son hesabatı da bunların təsdiqdir. Xatırladaq ki, “Global Firepower” bu günlərdə 2019-cu il üçün dünya orduları reytinqini dərc edib. Portal analitiklərinin hesablamalarına görə, Azərbaycan ordusu 137 ölkə arasında 52-ci yeri, Ermənistan ordusu 96-cı yeri tutur. Elə bu beynəlxalq qiymətləndirmənin özü də güc baxımından Azərbaycanın hansı üstünlüklərə malik olduğunu açıq şəkildə nümayiş etdirir. Düşmən özü də görür ki, Ermənistanın dağınıq ordusu yüksək mənəvi-psixoloji durumu, təchizatı və nizam- intizamı ilə fərqlənən Azərbaycan əsgərinin qarşısında dayana bilməz. Məhz belə bir vaxtda Ermənistan mediası ordularında ciddi nöqsan və böhran barədə yeni maraqlı məlumatlar yaymaqdadır. Düşmən ölkənin mediası Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilən erməni hərbi birləşmələrinin əsgərlərinin müəmmalı şəkildə güllə yarası aldığını, yaxud yoxa çıxdıqlarını yazır. “Lragir” saytının məlumatına görə, bir həftə əvvəl 32 yaşlı gizir Arqişti Stepxanyan başından güllə yarası alıb. Mayın 4-də isə 1998-ci il təvəllüdlü əsgər Aqanik Zorolyan yaralanıb: “Bununla yanaşı, 1-3 may tarixində Azərbaycan və Türkiyə Silahlı Qüvvələri “Mustafa Kamal Atatürk-2019” təlimləri keçirdilər. Cəbhədə baş verənlər fonunda bu təlimlər diqqət çəkir. Azərbaycan müttəfiqi ilə birgə açıq mesaj verir, bizim ordumuzda isə, buna cavab vermək əvəzinə, daha ciddi problemlər yaşanır”. Sayt erməni əsgərlərin yaralanması və ya yoxa çıxmasının digər versiyası kimi ordu daxilindəki çəkişmələri də göstərir. Belə ki, erməni zabitlər, yaxud əsgərlər bir-birilə qarşıdurma yaşayır, bəzən bir-birini güllələyərək, günahkar kimi Azərbaycan tərəfini göstərirlər. Bu versiyanın həmişə mövcud olduğuna diqqət çəkən erməni şərhçi Karpis Paşoyan isə son dövrlər Azərbaycan ordusunun Dağlıq Qarabağ danışıqları fonunda aktivləşdiyini bildirib:
“Faktların analizi göstərir ki, Azərbaycan danışıqlara paralel olaraq, cəbhədə vəziyyəti ələ alır. Hazırda baş verənlər “aprel müharibəsi”ndən öncəki vəziyyəti xatırladır. Bakının addımları İrəvanın manevr imkanlarını daraldır”.

Bütün bunlar onu deməyə əsas verir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın, digər sahələrlə yanaşı, hərbi müstəvidə də mövqeləri kifayət qədər güclüdür. Məhz bu durumda Azərbaycan işğal altındakı ərazilərini güc yolu ilə azad etməyə hazır olduğunu ən yüksək səviyyədə bəyan edib. İndi seçim erməni tərəfindədir: düşmən ya zəbt etdiyi ərazilərin dinc yolla azad olunmasına başlamalıdır, ya da qüdrətli Azərbaycan ordusunun dağıdıcı zərbəlrinə hazır olmalıdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ