Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycanın üç yaxın qonşusunun ABŞ-la münasibəti sürətlə gərginləşir, ölkəmiz hələlik seçim qarşısında deyil…

Image


Azərbaycanın üç böyük qonşusunun ABŞ-la gərginləşən münasibətləri bölgədə yaxın tezlikdə proseslərin daha çox qeyri-sabit məcrada inkişaf edəcəyini göstərir. Söhbət Rusiya, İran və Türkiyənin ABŞ-la gərgin münasibətlərindən gedir. Belə görünür ki, hər üç ölkənin ABŞ-la əlaqələrinin yaxın tezlikdə normallaşması mümkün deyil. Əksinə, ABŞ-ın İranla müharibəyə hazırlaşması, Rusiya və Türkiyə ilə iqtisadi müstəvidə savaş aparması vəziyyəti daha təhlükəli istiqamətə sürükləyir.

Digər tərəfdən görünən budur ki, ABŞ və İran arasında mümkün savaşa elə Rusiya və Türkiyənin özü də biganə qalmayacaq. İndilikdə isə İranla ABŞ arasında münasibətlər gündən-günə gərginləşir. Vəziyyət artıq hərbi güc nümayiş etdirmək səviyyəsinə çatıb. Xatırladaq ki, Vaşinqton administrasiyası bombardmançı təyyarə daşıyan “Avraam Linkoln” hərbi gəmisini Fars körfəzinə göndərmək qərarına gəlib. Hərbi gəmi artıq Virciniya ştatının sahilindəki hərbi bazadan çıxaraq Fars körfəzinə istiqamət götürüb. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bəyan edib ki, rəsmi Vaşinqton istənilən halda müttəfiqlərinin maraqlarını müdafiə edəcək.

Bununla yanaşı, qeyd edək ki, prezident Donald Tramp İran neftinin dünya bazarına çıxarılmasının qarşısını tamamilə almaq məqsədilə 6 ay müddətinə 7 ölkəyə neft almaq icazəsini aradan qaldırdıqdan sonra vəziyyət daha da gərginləşib. İran Silahlı Qüvvələrinin qərargah rəisi general Məhəmməd Baqeri artıq bəyan edib ki, İran dünya bazarına neft çıxara bilməsə, Hörmüz boğazını bağlayaraq Körfəz ölkələrinin də neft satışını dayandıracaq. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Hörmüz boğazı Fars körfəzindən Hind okeanına çıxışı təmin edir və Körfəz ölkələri dünya bazarına tankerlərlə nefti məhz bu yolla çıxarır. Məhz general Baqerinin bəyanatından sonra ABŞ hərbi gəmisini Fars körfəzinə göndərmək qərarına gəlib. Hər iki tərəfin rəsmiləri hərbi toqquşma arzusunda olmadıqlarını bildirsələr də, görünən odur ki, diplomatik dillə deyilən sözlər reallıqda özünü doğrultmur. Qeyd olunduğu kimi, ABŞ körfəzə hərbi gəmi göndərmək qərarına gəlib, cavab olaraq da İran yeni texnologiyalarla hazırlanmış silahlarını nümayiş etdirir. Tərəflər arasındakı gərginliyin artıq hərbi toqquşmaya kimi gedəcəyini proqnozlaşdıranların isə sayı artır.

Yuxarıda qeyd olunduğu kimi isə, prosesə region ölkələrindən Rusiya və Türkiyənin də seyrçi qalmayacağı gözlənilir. Türkiyə ilə bağlı məsələdə maraqlı vəziyyət ondan ibarətdir ki, Vaşinqtonun addımları qardaş ölkəni İranla, Rusiya ilə bir cəbhədə yer almağa sövq edir. S-400 raketdən müdafiə sistemi ilə bağlı məlum qalmaqaldan sonra ABŞ-ın Türkiyənin İrandan neft-qaz alışına qadağa qoymaq niyyəti Ankaraya başqa seçim yeri də qoymur. Xatırladaq ki, ABŞ-ın İran sanksiyaları ilə bağlı bəzi ölkələrə verdiyi imtiyazların möhləti mayın 2-də başa çatıb. Türkiyə isə bu qədər qısa müddətdə neft idxalını başqa mənbələr hesabına təmin edə bilməyəcəyini söyləyib. Buna çarə tapılmadığı təqdirdə, ABŞ-la Türkiyə arasında gərginlik arta bilər. Ankara Vaşinqtonu Tupras neft emalı zavodunun Tehrandan neft idxal etməsinə icazə verməyə çağırır. “Corporate Finance Services Ltd.” şirkətinin idarə heyətinin üzvü Ozan Sakar İranın Türkiyənin enerji enthiyaclarının ödənilməsində mühüm rol oynadığını vurğulayıb: “Türkiyə elektrik enerjisinin 40 faizini idxallardan asılı olan təbii qaz vasitəsilə təmin edir. Benzin də həmçinin. Türkiyə təbii qazının 17 faizini İrandan idxal edir. Türkiyə bunu qəflətən dəyişə bilməz. Bunlar uzun sürən proseslərdir”. Lakin ABŞ İranın əsas gəlir mənbəyinə böyük zərbə endirmək ümidi ilə İranın neft ixraclarını kəsmək niyyətindədir. Sakar isə narahatdır ki, bunun nəticəsində İranda yaşanan qeyri-sabitlik regiona mənfi təsir göstərə bilər: “Hazırda regionda Türkiyənin qonşu ölkələri Suriya və İraqın hansı vəziyyətdə olduqları açıq-aydındır. İranın da regionda sabitliyin pozulması prosesinə cəlb olunması Türkiyə üçün ciddi təhlükəsizlik risqləri yarada bilər. Bu səbəblə də Türkiyə sabitliyin pozulmasına bu prosesə qarşı çıxaraq müdaxilə etmək istəyir”. Lakin bu addım Türkiyə üçün iqtisadi baxımdan çətinliklər yarada bilər. Türkiyə lirəsi ABŞ dollarına qarşı dəyər itirməkdə davam edir. 2018-ci ildə 30 faizlik devalvasiyadan sonra lirə bu il də 10 faiz dəyər itirib. Bunun bəzi maliyyə səbəbləri olsa da, siyasi gərginlik də səbəblər arasındadır. Yuxarıda qeyd olunduğu kimi, Türkiyə onsuz da Rusiya ilə imzaladığı S-400 raketdən müdafiə sistemi ilə bağlı razılıqdan geri çəkilməkdən imtina etdiyinə görə Vaşinqtonla münaqişə yaşayır. Türkiyə ABŞ-ın sanksiyalarına əhəmiyyət verməyib İrandan neft idxal etməyə davam edərsə, hesab olunur ki, Ankara-Vaşinqton münasibətləri daha gərgin məcraya daxil olacaq. Belə vəziyyətdən yararlanmağa çalışan Rusiya isə İran və Türkiyə ilə işbirliyini genişləndirib. həmin ölkələrlə ABŞ-a qarşı üçlü ittifaq yaratmağa çalışır. Məhz bu səbəbdən hesab edilir ki, ABŞ İrana qarşı hərbi əməliyyatlara başlasa, həmin üçlüyün də prosesə müdaxiləsi qaçılmaz olacaq. ABŞ-ın təyyarədaşıyan gəmisinin İran sahillərinə yola düşməsi isə Vaşinqtonun Tehrana qarşı planlarının ciddi olduğunu göstərir. İstənilən kiçik qığılcım böyük toqquşmanın başlanğıcı olacaq. Bu fonda hesab edilir ki, region ölkəsi olaraq, Azərbaycan artıq istənilən variantları gözdən keçirməli, mümkün təhlükələrdən sığortalana bilmək üçün indidən müvafiq addımlar atmalıdır. Belə görünür ki, böyük dövlətlərin qanlı savaşı qaçılmaz olacaq.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ