Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistan əhalisinin 8 min nəfər azaldığı rəsmi təsdiqlənib

Image


Ermənistan əhalsinin sayı ilbəil azalır. Əvvəllər bu barədə məlumatlar gizlədilsə də, əhalinin ölkəni kütləvi tərk etdiyi rəsmən təsdiqlənməsə də, artıq mövcud hakimiyyət faktı ört-basdır edə bilmir.

Ermənistan mətbuatının yaydığı məlumata görə, bu ölkədə əhalinin siyahıya alınması prosesi keçirilib. Bundan əvvəl əhalinin sonuncu siyahıya alınması 8 il bundan öncə, 2011-ci ildə baş verib. Ermənistanın Milli Statistika Komitəsinin yaydığı rəsmi məlumata görə, 2019-cu ilin 1 aprel tarixində keçirilən siyahıyaalmaya əsasən, əhali sayı 2 milyon 962.1 nəfər təşkil edir. Bu siyahıyaalmadan maraqlı nəticə meydana çıxır. Bu qurum tərəfindən 2018-ci illə 2019-cu il arasında müqayisə aparılıb və Ermənistan əhalisinin son bir ildə 7, 8 min nəfər azaldığı ortaya çıxıb. Bu ilin ilk 4 ayında isə əhalinin sayı 3,2 min nəfər azalıb. Ermənistanda şəhər əhalisinin sayı 1 aprel tarixinə qədər 1 milyon 893 min nəfər təşkil edib. Burada 1,1 min nəfər azalma müşahidə olunur. Kənd əhalinin sayının azalması isə daha qabarıq formada özünü göstərir. Belə ki, kənd əhalisi 6700 nəfər azalıb. Ermənistanın Milli Statistika Komitəsinin yaydığı digər məlumata görə isə ilin I rübündə 8 min 42 min uşaq dünyaya gəlib. Bu da ötənilki göstərici ilə müqayisdə 3,1 faiz azdır.

Bu gün Ermənistanda demoqrafik vəziyyətin həddindən artıq acınacaqlı olduğunu Ermənistanın Milli Statistika Komitəsi özü rəsmən təsdiqləyir.

Son 1 ildə Ermənistan əhalisinin 7, 8 min nəfər azalmasını şərh edən demoqrafların bildirdiyinə görə, Ermənistanın boşalması prosesi illərdir davam edir. Demoqrafların və sosioloqların bildirdiyinə görə, bu gün əsasən də Ermənistan kəndlərinin boşalması prosesi sürətlə gedir. Əhalinin ölkəni tərk etməsi səbəblərinin yalnız sosial-iqtisadi durumla bağlı olmadığını deyən mütəxəssislər hesab edirlər ki, burada siyasi amillər də özünü açıq şəkildə büruzə verir.

  • Aytəkin Kamranqızı: “Ermənistanda baş verən sosial-iqtisadi, siyasi böhranlar, yoxsulluq, işsizlik əhalidə bu ölkənin gələcəyinə inamı kəskin şəkildə azaldıb”

Sosioloq Aytəkin Kamranqızının bildirdiyinə görə, Ermənistan cəmiyyətində stabillik çoxdan pozulub və bunu bərpa etmək üçün mövcud hökumət addımlar atmaq əvəzinə, özlərindən əvvəl hakimiyyətdə olanları təkrar edir. Bu gün Ermənistanın ən yoxsul ölkələr sırasında olduğunu deyən sosioloq hesab edir ki, işsizlik, çörəksizlik problemi ilə üzləşən, normal təhsil almaq imkanlarından məhrum olan insanlar Ermənistanda yaşamaqdan imtina edirlər. “Ermənistan həddindən artıq yoxsul bir ölkədir. Hesablamalara görə, Ermənistanda yoxsulluq səviyyəsi 40% təşkil edir. Bu da ölkə əhalisinin sosial-maddi vəziyyətinin aşağı səviyyədə olmasının əsas göstəricisidir. Sosioloji qənaətlərimiz belədir ki, Ermənistan müstəqillik əldə etdikdən sonra burada iqtisadi və sosial problemlərin daha da çoxaldığı müşahidə ediliməkdədir. Bu problemlər bu günə qədər öz həllini tapmayıb. Bu amil də Ermənistanda təhlükəli sayılan demoqrafik problemi orataya çıxarıb. Bu gün Ermənistanda ciddi demoqrafik problemlər mövcuddur və ölkə əhalisi kütləvi olaraq buradan köçüb gedir. Fakt budur ki, Ermənistan əhalisinin böyük əksəriyyəti sürətlə ölkəni tərk edib başqa ölkələrə üz tutur. Mövcud hakimiyyət təmsilçiləri xalqın rifah halının düzəlməsi istiqamətində heç bir addım atmır, onlar da özlərindən əvvəlkilərin yolu ilə gedirlər. Ermənistanda baş verən sosial-iqtisadi, siyasi böhranlar, yoxsulluq, işsizlik əhalidə bu ölkənin gələcəyinə inamı kəskin şəkildə azaldıb, bu da onların ölkəni tərk etməsinə səbəb olur. Hətta yadımdadır ki, Ermənistanda əhali sayının günü-gündən azalması BMT-nin sənədlərində də əks olunmuşdu” - deyə ekspert qeyd etdi.

  • Vaqif Abışov: “Bu ölkədə həqiqətən də vəziyyət acınacaqlıdır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov hesab edir ki, Ermənistanda son bir ildə əhali sayının 7, 8 min nəfər azalmasının müxtəlif səbəbləri var. O hesab edir ki, sabitliyin olmadığı Ermənistanda əhalinin ölkəni tərk etməsi təbii görünür. “Ümumiyyətlə, demoqrafik vəziyyət heç bir vaxt stabil olmur. İnsanlar müxtəlif səbəblərdən miqrasiya edirlər. Ermənistandakı vəziyyətə gəlincə, deyim ki, bu əsasən ölkədəki siyasi vəziyyətlə, o ölkənin iqtisadi-sosial gücünün hədsiz dərəcədə zəif olması ilə bağlıdır. Bu ölkədə həqiqətən də vəziyyət acınacaqlıdır. Bir vaxtlar Ermənistan hökuməti bu ölkənin boşaldığı faktını təsdiqləmirdi, əksinə, ortaya yalançı, şişirdilmiş rəqəmlər çıxarırdılar. İndi isə 1 ildə 7, 8 min nəfərin ölkəni tərk etdiyini gizlədə bilmirlər, say o qədər çoxdur ki, bunu ört-basdır etmək mümkün deyil. Bu gün Ermənistan əhalisi sabitliyin nə olduğunu bilmir, bu ölkədə təşviş, qorxu amili çox güclüdür. Ermənistandan köçənlərin bir qismi hesab edir ki, Azərbaycan gec-tez Ermənistan tərəfindən işğal edilən torpaqlarını geri qaytaracaq, bu da ölkənin daha pis vəziyyətə düşməsinə səbəb olacaq. Odur ki, əhalinin bir qismi bundan əndişələnib ölkədən köçüb gedir. Bir qismi isə əsasən işsizlik ucbatından, bir parça çörək qazanmaq üçün xarici ölkələrə üz tutur. Bilirsiniz, hazırda Ermənistan əhalisi hər an hakimiyyət dəyişikliyinin baş verəcəyini gözləyir. Yadınızdadırsa, bir neçə il əvvəl Ermənistan parlamenti güllələnmişdi. Bunun xofu da hələ camaatın canından çıxmayıb. Ermənistanda hökm sürən qeyri-sabitlik, siyasi böhran, işsizlik, yoxsulluq əhalinin 1 ildə 7, 8 min nəfər azalmasına gətirib çıxarıb”.

V.Abışovun sözlərinə görə, 7,8 min nəfərin içində ən çox kəndlərdən köçənlərin olması onu göstərir ki, Ermənistan kəndləri tamamilə boşalır. O, həmçinin, qeyd etdi ki, miqrasiya edənlər sırasında gənclərin üstünlük təşkil etməsi həm işsizlik problemi ilə bağlıdır, həm də bu ölkədəki acınacaqlı siyasi vəziyyətlə.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ