Bazar günü günü, 08 noyabr 2026
     

“Keşikçidağ” kompleksinə görə Gürcüstanı Azərbaycana qarşı qızışdıranlar var…

Image


“Keşikçidağ” məbədi və yaxud da “David Qareci” məbəd kompleksi ilə bağlı yaranmış vəziyyət onu göstərir ki, Gürcüstanda müəyyən qüvvələr bu məsələ ətrafında süni gərginlik yaratmaqda israrlıdır. Azərbaycan dəfələrlə məsələnin beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarı olduğunu bildirsə də, görünən budur ki, qarşı tərəfdə bəzi qüvvələr əks mövqedən çıxış edir. Hətta bura Gürcüstan patriarxlığı belə daxildir.

Xatırladaq ki, Gürcüstan patriarxlığı məsələ ilə bağlı açıqlama verib. Qurumun açıqlamasında deyilir: "Ruhani və ya dünyəvi şəxslər tərəfindən ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin gərginləşdirilməsinə yönəlmiş istənilən cəhdləri pisləyir, həmçinin müsəlman etiqadını təhqir edən ifadələri digər xalqlar, o cümlədən Gürcüstan müsəlmanlarına münasibətdə qəsdən və yaxud bilməyərəkdən edilmiş təxribat hesab edirik. Bunlarla bərabər, Gürcüstan patriarxlığı xalqın qəzəbini başa düşür. Sözügedən məbədlər kompleksi qədim gürcü mədəniyyətinə aid abidələrdir. Biz o abidələrin müdafiəsi üçün əlimizdən gələni edəcəyik". Halbuki, bu məbədlər kompleksi heç də gürcü mədəniyyətinə aid abidə deyil, lakin Gürcüstan patriarxlığı əks mövqedən çıxış edərək məsələnin həllində yeni problemlər yaradır.

Bununla yanaşı, bəzi gürcü fəalları da məsələ ətrafında problem yaradır. Bunu gürcü vətəndaş fəallarının məbəd ətrafında aksiyaları da təsdiq edir. Son belə aksiyada fəallar əl-ələ tutaraq monastır kompleksinin sərhədin Azərbaycan tərəfində qalan hissəsini canlı zəncirlə əhatəyə alıblar. Fəalların bildirdiyinə görə, onların məqsədi kompleksin Gürcüstanın tərkibində olduğuna dair Azərbaycana mesaj verməkdir. Aksiyada iştirak edənlər gürcü milli mahnıları oxuyublar. Onlar bir neçə kilometr piyada yol qət edərək monastır kompleksinə gəliblər.

Toplaşanlar Gürcüstan himnini oxuyublar, Azərbaycan sərhədçiləri aksiyanı izləyib və nəzarətdə saxlayıb. Əraziyə gürcü sərhədçiləri də cəlb olunub. Aksiyanı "Güc birlikdədir" adlı hərəkat təşkil edib. Hərəkatın rəhbəri David Katsarava bildirib ki, belə aksiyaları müntəzəm olaraq təşkil edəcəklər. Bütün bunlar vəziyyəti daha da gərginləşdirir.

Gürcüstanın baş naziri Mamuka Baxtadze isə hesab edir ki, Gürcüstan - Azərbaycan sərhədində razılaşdırılmayan ərazilərin delimitasiyası və demarkasiyası prosesi mürəkkəb olacaq. O bildirib ki, məsələnin həlli üçün müvafiq qurumların nümayəndələrindən ibarət xüsusi komissiya yaradılacaq. Lakin konkret nəticələrin əldə olunması üçün adi praktikadan istifadə olunacaq. Rəsmi Bakı isə məsələyə hələ də təmkinli yanaşır. Bundan əvvəl Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva monastır kompleksi ilə bağlı məsələyə münasibət bildirib. O deyib ki, Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə prosedurları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur: "Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır". Lakin gürcü tərəfindən atılan addımlar onların məsələyə fərqli prizmadan yanaşdığını göstərir. Gürcüstan Müsəlmanları İdarəsinin sədri hacı Ramin İgidov isə vurğulayır ki, yaranmış vəziyyətdə bəzi siyasətçilərin məsələyə məsuliyyətsiz yanaşması təəssüf doğurur.

O bildirib ki, sovet hökuməti dövründən iki qonşu dövlət arasında sərhədlərin dəqiqləşməməsi indi mübahisələrə səbəb olub: "Bu gün bəzi qüvvələr də bundan sui-istifadə edərək aranı qızışdırmağa çalışır. Bəzi qüvvələr diqqəti əsas məsələlərdən yayındırmaq və bölgədə vəziyyəti daha da gərginləşdirmək üçün süni problem yaratmağa çalışırlar. Təəssüf ki, Gürcüstanın bəzi siyasi və din xadimləri də məsələ ilə əlaqədar düşünülməmiş çıxışlar edirlər. Emosiyalara qapılaraq edilən məsuliyyətsiz çıxışlar xalqlarımız və dövlətlərimiz arasındakı isti münasibətə mənfi təsir edə bilər. Ona görə də bu məsələdə son dərəcə həssas olmalı, hisslərə toxunan sözlərdən çəkinməliyik. Biz din xadimləri çalışmalıyıq ki, məsələ gərginləşməsin".

Xatırladaq ki, Azərbaycanın daş yaddaşı hesab edilən "Keşikçidağ" mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 kilometr məsafədə, Gürcüstanla sərhəd zolağı boyunca ucalan Qatardağ silsiləsində yerləşir. O, dəniz səviyyəsindən 750-950 metr hündürlükdə, sıldırım qayalıqlar boyunca, üzü cənuba doğru 25 kilometrədək uzanır. Ərazidə dövrümüzədək gəlib çatan 100-ə yaxın təbii və süni mağara, Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən ilkin orta əsrlərdə sıldırım dik qaya üzərində müdafiə məqsədilə inşa edilmiş, 11 metr hündürlüyündə üçmərtəbəli qala və üzü cənuba baxan, bir-birindən 1500 metr aralıda yerləşən, yerli daş materiallardan inşa olunmuş iki alban məbədi mövcuddur. Buradakı təbii mağaraların yaşı 2 min il bundan əvvələ gedir. Gürcülər bu monastır kompleksinin kimə məxsus olduğunu mübahisələndirir, onun qədim gürcülərə aid olduğunu iddia edirlər. Monastırda 3 dəfə tədqiqat aparan memar Rizvan Qarabağlı bildirir ki, hələ Sovet dövründə gürcülər “Keşikçidağ” məbədi adlanan alban kilsəsinin tavanına, loru dillə desək, “şpatlyovka” vurub üstündə ikonalar işləyiblər. Gürcülər bununla kilsəni özününküləşdirməyə çalışıb. Lakin abidənin qədim alban kilsəsi olduğunu sübut edən memarlıq üslubu var: “Alban kilsələri ilə gürcü kilsələri arasında bir o qədər də fərq hiss olunmamasının əsas səbəbi odur ki, gürcülər öz kilsələrini alban kilsələrinin davamı kimi inşa ediblər. Memarlıq baxımından gürcülər alban kilsələrinin eynisini yaradıblar. Alban kilsələri ilə gürcü kilsələrinin oxşarlıqları fərqlərindən daha çoxdur. Hər iki kilsədə tarbənd dairəvidir. Hər ikisində də aksida hissəsi nalvaridir. Fərqli cəhətləri də, əlbəttə, mövcuddur. Məsələn, pəncərələrinin formasında, konstruksiyasında fərqlər var. Alban kilsələrinin əksəriyyətində divar çox qalın olduğuna görə pəncərələr içəriyə doğru çox geniş açılır. Ancaq gürcü kilsələrində belə bir memarlıq üslubu yoxdur. Tikinti materialında da fərqlər var. Belə ki, gürcü kilsələrinin əksəriyyəti kərpic materialdan tikilib. Həmçinin, alban kilsələrindən fərqli olaraq, gürcü kilsələrində xaç xüsusi vurğulanır, qabarıq şəkildə və bacardıqca ən uca formada tikilir. Alban kilsələrində belə qayda olmayıb. Mən gürcülərin “David Qareci”, azərbaycanlıların isə “Keşikçidağ” məbədi və ya “Qaraca” məbəd adlandırdığı kilsədə 3 dəfə tədqiqat aparmışam. Orada çoxlu mağara var və əksəriyyəti də süni mağaralardır, sonradan yaradılıb. Hələ Sovet dövründə, sərhədlər olmayan vaxt gürcülər dağı keçərək qədim Alban kilsəsinin tavanına, belə deyək, “şpatlyovka” vurub üstündə ikonalar işləyiblər. Biz tədqiqat zamanı da müəyyən etmişdik bunu. Onlar ikonaları o qədər primitiv şəkildə işləyiblər ki, o işləmələr miqyas baxımından memarlıq üslubuna uyğun gəlmir. Bunu sıravi vətəndaş müəyyən etməyə bilər, ancaq istənilən memar, tədqiqatçı bu dəyişikliyin sonradan edildiyini aydın görə bilər. Bu, gürcülərin özününküləşdirmə siyasətidir. Keşikçidağ məbədində vaxtilə gürcülərin gördüyü işlərin hamısı qanunsuzdur”.

Xatırladaq ki, Gürcüstanla Azərbaycanın ümumi dövlət sərhədinin uzunluğu 480 kilometrdir. İki ölkə arasında sərhədlərin delimitasiyası prosesi 1996-cı ildə başlayıb. Bu gün sərhədin üçdə iki hissəsi razılaşdırılıb. Qalan hissələrlə bağlı məsləhətləşmələr davam edir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ